Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 250 ml infuziya üçün məhlulun tərkibində 400 mq moksifloksasin (moksifloksasin
hidroxlorid şəklində) vardır.
Köməkçi maddələr: natrium xlorid, natrium hidroksid, xlorid turşusu, inyeksiya üçün su.
• Xroniki bronxitin kəskinləşməsi.
• Xəstəxanadankənar pnevmoniya.
• Dərinin və toxumaların ağırlaşmamış və ağırlaşmış infeksiyaları (o cümlədən infeksiyalaşmış
diabetik pəncə).
• Ağırlaşmış qarındaxili infeksiyalar, o cümlədən polimikrob infeksiyalar (absessləşmə kimi).
Əks göstərişlər
• Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
• Hamiləlik.
• Laktasiya.
• 18 yaşa qədər uşaqlar.
• Anadangəlmə QT intervalının uzanması.
• QT intervalını uzadan preparatlarla eyni vaxtda istifadə.
• Elektrolit və su-duz mübadiləsinin pozulması halları (xüsusilə korreksiya olunmayan
hipokaliemiya)
• Klinik əhəmiyyətli bradikardiya
• Simptomatik aritmiya
• Klinik əhəmiyyətli ürək çatışmazlığı
• Ciddi qaraciyər çatışmazlığı və ya qaraciyər fermentlərinin (transaminaza) normadan 5 dəfə
yüksək olduqda
• Anamnezində flüorxinolonlarla müalicə zamanı yaranan vətər xəstəliyi olan pasiyentlər
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi müəyyən olunmayıb, ona görə də bu dövrdə
onun istifadəsi əks göstərişdir.
Moksifloksasin az miqdarda ana südü ilə ifraz olunur, bu səbəbdən preparatın laktasiya dövründə təyin
olunmasına ehtiyac yarandıqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Pediatriyada istifadəsi
Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat başgicəllənmə və ya yuxululuq halları yarada bilər, bu, ani və müvəqqəti görmə itkisinə və ya
qısa müddət ərzində özünü itirməsinə səbəb ola bilər. Əgər belə bir vəziyyət yaranarsa, Moksibest ilə
müalicə zamanı avtomobil idarə etməməli və mexanizmlərdən istifadə etməməlisiniz. Bu səbəbdən
nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarəetmənin mümkünlüyü xəstənin
preparatın qəbuluna qarşı reaksiyasının qiymətləndirilməsi nəticəsində müəyyən edilir.
İstifadə qaydası və dozası
Preparat venadaxili infuziya şəklində yeridilir. Tövsiyə olunan doza - gündə 1 dəfə 400 mq-dır. Müalicə
müddəti infeksiyanın ağırlığı ilə və klinik effektlə müəyyən edilir.
Müalicə müddəti
− xroniki bronxitin kəskinləşməsi zamanı 5 gün.
− xəstəxanadan kənar pnevmoniya zamanı preparatla pilləli terapiyanın ümumi davametmə müddəti (v/d
yeridilmə və sonra daxilə qəbul etməklə) 7-14 gün təşkil edir.
− dərinin və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları zamanı 7 gün.
− dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları zamanı (v/d yeridilmə və sonra daxilə qəbul
etməklə) 7-21 gün.
− polimikrob infeksiyalardaxil olmaqla, ağırlaşmış qarın daxili infeksiyalar zamanı (v/d yeridilmə və
sonra daxilə qəbul etməklə) 5-14 gün.
Yaşlı xəstələrdə, qaraciyər və böyrək funksiyasının cüzi pozulmaları (kreatinin klirensi
≤30 ml/dəq/1,73 m2
daxil olmaqla) olan xəstələrdə, həmçinin fasiləsiz dializdə olan və uzunmüddətli
ambulator peritoneal dializdə olan xəstələrdə dozalanma rejiminə düzəliş edilməsi tələb olunmur.
İnfuziya üçün məhlulun istifadə qaydası
Preparatı venadaxili infuziya şəklində ən azı 60 dəq ərzində yeritmək lazımdır. İnfuziya məhlulunu
birbaşa və ya T-şəkilli kateter vasitəsilə yeritmək olar.
Aşağıda sadalanan məhlullardan istifadə olunmaqla hazırlanmış Moksibest infuziya məhlulu otaq
temperaturunda 24 saat ərzində stabil qalır. Aşağıdakı məhlullar Moksibest ilə uyuşur: inyeksiya üçün su,
0,9%-li natrium xlorid məhlulu, 1M natrium xlorid məhlulu, 5%-li dekstroza (qlükoza) məhlulu, 10%-li
dekstroza (qlükoza) məhlulu, 40%-li dekstroza (qlükoza) məhlulu, 20%-li ksilit məhlulu, Ringer məhlulu,
Ringer laktat məhlulu.
Əgər Moksibestin infuziya üçün məhlulu digər preparatlarla istifadə olunursa, o zaman hər bir dərman
vasitəsini ayrıca yeritmək lazımdır.
Preparatı dondurmaq və ya soyutmaq olmaz, belə ki, soyudulma zamanı çöküntünün yaranması
mümkündür ki, bu da otaq temperaturunda həll olur. Yalnız şəffaf məhlulu yeritmək lazımdır.
Moksibest 250 ml İ.V. İnfuziya 34 mmol natrium ehtiva edir. Əgər sizdə natrium qəbulunun tibbi
əhəmiyyəti olan ürək çatışmazlığı, böyrək çatışmazlığı, nefrotik sindrom (bir növ böyrək xəstəliyi