Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q gelin tərkibində 100 mq naproksen (naproksen natrium şəklində) vardır.
Naproff gel aşağıdakı hallarda yerli istifadə olunur: -əzələ və oynaqlarda posttravmatik ağrılar zamanı; -oynaqların degenerativ xəstəliklər zamanı.
-Təsiredici maddəyə və ya preparatın köməkçi komponentlərindən hər-hansı birinə qarşı hiperhəssaslıq; - salisilatlara qarşı (o cüm., asetilsalisil turşusuna qarşı) və digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı hiperhəssaslıq; - anamnezdə salisilatların, naproksenin və ya digər QSİƏP qəbulundan sonra baş verən astma tutmaları; - 15 yaşa qədər uşaqlar; - hamiləliyin üçüncü trimestri və laktasiya dövrü; - dəri örtükləri tamlığının pozulması, açıq yaralar, dərinin qıcıqlanması və ya iltihabı.
Hamiləlik Hamilə qadınlarda naproksen istifadəsinin təhlükəsizliyi müəyyən olunmayıb. Preparatı hamiləliyin ilk iki trimestrl əri ərzində istifadə etmək olmaz, yalnız ana üçün ehtim al edilən faydası döl üçün mümkün olan potensial riskdən üstün olduğu hallar istisna olmaqla. Preparat hamiləliyin üçüncü trimestrind ə əks göstərişdir, belə ki, naproksen uşaqlıq əzələlərinin yığılmasını inhibə edir; naproksenin döl ə təsiri arterial axacağın vaxtından əvvəl bağlanmasına, ağır və uzanmış doğuşa gətirib çıxara bilər. Laktasiya Preparatın laktasiya zamanı istifadəsi əks göstərişdir, belə ki, naproksen ana südünə ifraz olunur.
Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri Preparatın n əqliyyat vasit əsi v ə mexanizmləri idar əetmə qabiliyyətinə mənfi t əsiri müşahid ə olunmamışdır.
Quru və təmiz dəriyə gel zolağını zədələnmiş sahənin ölçüsündən asılı olaraq çəkirlər (adətən 4 sm-ə qədər), zədələnmiş sahəyə yayıb tam sorulana qədər səliqə ilə yeridirlər. Preparat gündə 4-5 dəfə, adətən bir neçə saat interval ilə istifadə edilir. Preparatı çəkdikdən sonra əlləri yumaq lazımdır. Müalicənin davametmə müddəti xəstəliyin gedişindən və müalicənin effektivliyindən asılıdır.
Preparatı 4 həftədən artıq istifad ə etmək olmaz. Əg ər ağrı v ə şişkinlik saxlanarsa v ə ya 1 h əftə müalicədən sonra vəziyyət pisləşərsə həkimə müraciət etmək lazımdır. Dərinin qızarması v ə qıcıqlanması zamanı müalic əni dayandırmaq lazımdır. Əg ər simptomlar saxlanarsa tibbi yardıma müraciət etmək lazımdır.
Naproff geli eyni vaxtda naproksen t ərkibli digər preparatlar il ə (tabletlər, şamlar v ə s.) istifadə etmək olar. Uşaqlar və yeniyetmələr Preparatı uşaqlarda və 15 yaşa qədər yeniyetmələrdə istifadə etmək olmaz. Yaşlı pasiyentlər Yaşlı pasiyentlər istifadəsi barədə məlumat yoxdur.