Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NILBEN 100MG N15 TB

Məhsul Kodu : 111-25606
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NİLBEN, 100 mq tabletlər

NİLBEN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq nimesulid vardır.

İstifadəsinə göstərişlər

NİLBEN kəskin ağrının və birincili dismenoreyanın müalicəsi üçün göstərişdir.

Əks göstərişlər

Aşağıdakı hallarda NİLBEN® əks-göstərişdir: Nimesulidə və ya dərmanın tərkibindəki maddələrdən hər hansı birinə qarşı məlum yüksək həssaslığı olan xəstələrə, Anamnezində asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara (QSİƏP) qarşı yüksək həssaslıq reaksiyaları (məsələn, bronxospazm, rinit, övrə) olan xəstələrə, Anamnezində nimesulidə qarşı hepatotoksiklik reaksiyaları olan xəstələrə, Hepatotoksiklik potensialına malik olan dərmanlarla eyni vaxtda istifadəsi, Alkoqol və dərman asılılığı olan şəxslərdə, Fəal mədə və ya onikibarmaq bağırsaq xorası, anamnezində təkrarlanan xora xəstəliyi olan xəstələrə, yaxud mədə-bağırsaq qanaxması, beyin damarlarında qanaxması, yaxud digər fəal qanaxması və qanaxma pozuntuları olan xəstələrə, Ağır dərəcəli laxtalanma pozuntuları olan xəstələrə, Ağır dərəcəli ürək çatışmazlığı olan xəstələrə, Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrə, Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrə, Qızdırması və ya qripəbənzər simptomları olan xəstələrə, 12 yaşdan kiçik uşaqlara, Hamiləliyin üçüncü trimestrində və döşlə əmizdirmə dövründə, Aorta-koronar şuntlama (AKŞ) əməliyyatında perioperativ ağrının müalicəsində.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Nimesulidin hamilə qadınlarda istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Zərurət olmadığı halda, hamilə qadınlarda NİLBEN ®-dən istifadə edilməməlidir. Hamiləliyin üçüncü trimestrində əks-göstərişdir. Digər QSİƏP kimi, nimesulid də hamiləliyi planlaşdıran qadınlara tövsiyə edilmir.

Laktasiya dövrü Nimesulidin insan və ya heyvan südü ilə xaric edilməsinə dair yetərli məlumatlar mövcud deyil. Nimesulidin ana südü ilə ifraz olunması barədə fiziki-kimyəvi və farmakodinamik/toksikoloji məlumatlar mövcud olduğundan, ana südü ilə qidalanan körpə üçün riskin olduğu nəzərə alınmalıdır. Döşlə əmizdirmə dövründə nimesuliddən istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nimesulidin avtomobili və digər mexanizmləri idarə etmək qabiliyyətinə təsiri müəyyən edilməmişdir. Lakin nimesulidin qəbulundan sonra başgicəllənmə, mürgüləmə və ya yuxulama hiss edən xəstələr avtomobili və digər mexanizmləri idarə etməməlidirlər.

NİLBEN istifadə qaydası və dozası

Həkim tərəfindən başqa cür tövsiyə edilməmişdirsə, böyüklər üçün tövsiyə edilən doza gündə iki dəfə olmaqla 100 mq-dır. Preparat bir qədər maye ilə qəbul olunmalıdır. Qida qəbulu preparatın absorbsiyası və biomənimsənilməsinə təsir etmir. Xəstələrin müalicədən razılığına nail olmaq üçün preparatın qəbulunu yeməkdən sonra tövsiyə etmək məsləhət görülür.

Əlavə təsirlərin olmaması üçün preparat kiçik effektiv dozada, qısa müddətlik təyin olunmalıdır. Maksimal preparatın qəbul olunma dövrü 15 gündür. Yaşlılarda Yaşlı insanlarda gündəlik dozanı azaltmağa ehtiyac yoxdur. Uşaqlarda Nimesulidin 12 yaşdan kiçik uşaqlara təyini tövsiyə olunmur.

Prepared by  T-Soft E-Commerce.