Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NIZOKSASIN 500MG N7 TB

Məhsul Kodu : 111-27176
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
11,38 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NİZOKSASİN, örtüklü tabletlər

NİZOKSASİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin (levofloksasin hemihidrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Preparat böyüklərdə aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur: - kəskin bakterial sinusit*; - xroniki bronxitin kəskinləşməsi*; - xəstəxanaxaric pnevmoniya*; - dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları*; - pielonefrit və sidikçıxarıcı yolların infeksiyaları; - xroniki bakterial prostatit; - ağırlaşmamış prostatit; - ağırlaşmamış sistit; - qarayaranın ağciyər forması: postkontakt profilaktika və müalicəsi. *Preparat yalnız o halda təyin olunur ki, bu infeksiyaların müalicəsinin başlanğıc mərhələrində adətən tövsiyə olunan antibakterial vasitələrin istifadəsi məqsədəuyğun hesab olunmur. Nizoksasin həmçinin, levofloksasinin venedaxili yeridilməsilə aparılan başlanğıc terapiyadan sonra yaxşılaşma müşahidə olunmuş pasiyentlərdə müalicə kursunun tamamlanması üçün istifadə oluna bilər. Antibakterial vasitələrin düzgün istifadəsinə dair rəsmi tövsiyyələri nəzərə almaq lazımdır.

Əks göstərişlər

- Levofloksasinə, digər xinolonlara və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı hiperhəssaslıq; - epilepsiya; - anamnezində flüorxinolonlar qəbulu zamanı vətərlərin zədələnməsi; - uşaqlar və 18 yaşa qədər yeniyetmələr; - hamiləlik; - laktasiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Levofloksasinin hamilələrdə istifadəsinə dair məhdud məlumatlar mövcuddur. Heyvanlar üzərində reproduktiv toksiklik tədqiqatlarında birbaşa və ya dolayısı mənfi təsiri aşkar olunmamışdır. Lakin insanda levofloksasinin istifadəsinə dair məlumatlar olmadığı üçün və böyüyən orqanizmdə çəki yükü daşıyan qığırdaqların flüorxinolonlar tərəfindən zədələnməsi riskini təsdiq edən, əldə olan eksperimental məlumatlar nəzərə alınmaqla preparatı hamiləlik zamanı istifadə etmək olmaz. Laktasiya Nizoksasin ana südü ilə qidalandırma dövründə qadınlara əks göstərişdir.

Levofloksasinin ana südünə ifraz olunmasına dair kifayət qədər məlumat yoxdur, lakin məlumdur ki, digər flüorxinolonlar ana südünə ifraz olunurlar. İnsanda levofloksasinin istifadəsinə dair məlumatlar olmadığı üçün və böyüyən orqanizmdə çəki yükü daşıyan qığırdaqların flüorxinolonlar tərəfindən zədələnməsi riskini təsdiq edən, əldə olan eksperimental məlumatlar nəzərə alınmaqla preparatı laktasiya dövründə istifadə etmək olmaz. Fertillik Siçovullarda levofloksasin fertilliyə və ya reproduktiv funksiyaya təsir göstərməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzi əlavə təsirlər (məsələn, başhərlənmə, yuxululuq, görmənin pozulması) psixomotor reaksiyaları diqqət konsentarsiyası qabiliyyətini zəiflədə bilər ki, bu isə müəyyən vəziyyətlərdə risk yarada bilər (məsələn, nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə zamanı).

NİZOKSASİN istifadə qaydası və dozası

Preparat daxilə gündə 1 və ya 2 dəfə qəbul edilir. Doza infeksiyanın tipindən və ağırlığından, həmçinin ehtimal olunan törədicinin həssaslığından asılıdır. Preparat həmçinin, levofloksasinin venadaxili yeridilməsilə aparılan başlanğıc terapiyadan sonra yaxşılaşma müşahidə olunmuş pasiyentlərdə müalicə kursunun tamamlanması üçün istifadə oluna bilər; parenteral və peroral formaların bioekvivlentliyi nəzərə alınmaqla levofloksasinin həmin dozasını istifadə etmək olar. Dozalanması Preparatın aşağıdakı dozalanma rejimi tövsiyə olunur: Böyrəklərin funksiyası normal olan (kreatinin klirensi > 50 ml/dəq) pasiyentlər Göstərişlər Gündəlik doza (infeksiyanın ağırlığından asılı olaraq) Müalicənin davametmə müddəti (infeksiyanın ağırlığından asılı olaraq) Kəskin bakterial sinusit 500 mq gündə 1 dəfə 10-14 gün Xroniki bronxitin kəskinləşməsi 500 mq gündə 1 dəfə 7-10 gün Xəstəxanaxaric pnevmoniya 500 mq gündə 1-2 dəfə 7-14 gün Pielonefrit 500 mq gündə 1 dəfə 7-10 gün Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları 500 mq gündə 1 dəfə 7-14 gün Ağırlaşmamış sistit 250 mq gündə 1 dəfə 3 gün Xroniki bakterial prostatit 500 mq gündə 1 dəfə 28 gün Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları 500 mq gündə 1-2 dəfə 7-14 gün Qarayaranın ağciyər forması 500 mq gündə 1 dəfə 8 həftə Xüsusi qrup pasiyentlər Böyrəklərin funksiyası pozulmuş pasiyentlər (kreatinin klirensi ≤ 50 ml/dəq) Kreatinin klirensi Dozalanma sxemi 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat birinci doza: 250 mq birinci doza: 500 mq birinci doza: 500 mq 50-20 ml/dəq sonra: 125 mq/24 saat sonra: 250 mq/24 saat sonra: 250 mq/12 saat 19-10 ml/dəq sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/12 saat <10 ml/dəq (hemodializ və DAPD daxil olmaqla)1 sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/24 saat 1 Hemodializ və ya davamlı ambulator peritoneal dializdən (DAPD) sonra əlavə dozaların yeridilməsi tələb olunmur.

Qaraciyər funksiyası pozulması olan pasiyentlər Qaraciyər funksiyasının pozulması zamanı dozanın korreksiyası tələb olunmur, belə ki, levofloksasin qaraciyərdə cüzi dərəcədə metabolizə olunur və əsasən sidiklə xaric olunur. Yaşlı pasiyentlər Kreatinin klirensi > 50 ml/dəq olan yaşlı pasiyentlər üçün dozanın korreksiyası tələb olunmur, böyrəklərin funksiyasının pozulması halları istisna olmaqla. Uşaqlar və yeniyetmələr Preparat uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə əks göstərişdir. İstifadə qaydası Tabletlər daxilə, çeynəmədən və kifayət miqdarda maye ilə içərək qəbul edilir.

Doza seçimi zamanı tabletləri bölmə riskası boyu bölmək olar. Preparatı qida qəbulundan asılı olmadan qəbul etmək olar. Levofloksasinin absorbsiyasının zəifləməsi ehtimalı olduğu üçün preparatı dəmir duzları, sink duzları, maqnezium və ya alüminium tərkibli antasidlərin, və ya didanozinin (yalnız tərkibində bufer komponentləri qismində maqnezium və ya alüminium olan formaları) və sukralfatın qəbulundan minimum 2 saat əvvəl və ya 2 saat sonra qəbul etmək olar.

Prepared by  T-Soft E-Commerce.