Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NOVORNID 250MG N20 TB

Məhsul Kodu : 111-01076
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
11,69 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NOVORNİD, örtüklü tabletlər

NOVORNİD tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq ornidazol vardır.

İstifadəsinə göstərişlər

NOVORNİD, aşağıda göstərilən hallarda istifadə edilir:  Trixomoniaz: qadınlarda və kişilərdə Trichomonas vaginalis-lə bağlı sidik-cinsiyyət infeksiyaları,  Amöbiaz: amöb dizenteriyası daxil olmaqla, Entamoeba histolytica tərəfindən törədilən bütün bağırsaq infeksiyaları. Xüsusilə, qaraciyərin amöb absesi daxil olmaqla, amöbiazın bütün bağırsaqdankənar formaları.  Giardiaz (lyamblioz).

Əks göstərişlər

Ornidazola (preparatın təsiredici maddəsi), digər nitroimidazol törəmələrinə və ya NOVORNİD-in tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə Hamiləlik kateqoriyası: C. Doğuş potensialı olan qadınlar/doğuşa nəzarət (kontrasepsiya) Ornidazol üçün hamiləlik dövründə istifadə ilə bağlı klinik məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın hamiləliyə/embrional inkişafa/dölün inkişafına/doğuşa və ya doğuşdansonrakı inkişafa birbaşa və ya dolayı təsiri aşkar edilməmişdir (bax: “Klinikayaqədərki təhlükəsizlik məlumatları”). Ornidazol-un doğuş potensialı olan qadınlara və doğuşa nəzarət metodlarına təsiri məlum deyil.

Hamiləlik dövrü Həyata keçirilən müxtəlif geniş tədqiqatlarda preparat teratogen və ya fetotoksik təsir göstərməmişdir. Lakin, hamilə qadınlar üzərində nəzarətolunan tədqiqat aparılmamışdır. Ümumi bir prinsip olaraq, hamiləlik dövründə NOVORNİD ehtiyatla istifadə edilməli və hamiləliyin erkən mərhələlərində zərurət olmadığı halda istifadə edilməməlidir. Laktasiya dövrü Ornidazol-un insanda ana südünə nüfuz edib-etməməsi məlum deyil.

Ornidazol-un heyvanlarda ana südü ilə xaric olması araşdırılmamışdır. Ana südü ilə qidalandırmanın və ya NOVORNİD ilə müalicənin dayandırılması barədə qərar verilərkən, ana südü ilə qidalandırmanın faydası və NOVORNİD ilə müalicənin ana üçün faydası nəzərə alınmalıdır. Reproduktivlik / Fertillik Ornidazol, erkək siçanlarda 400 mq/kq/gün kimi yüksək dozada istifadə edildikdə, spermatozoidlərin hərəkətliliyini azaltmaqla sonsuzluğa səbəb olur. İnsanlar üzərində hər hansı tədqiqatın aparılması barədə məlumat yoxdur

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

NOVORNİD qəbul edən xəstələrdə başgicəllənmə, tremor, rigidlik, koordinasiyanın pozulması, tutma, vertiqo və ya şüurun müvəqqəti itməsi baş verə bilər. Əgər bu əlavə təsirlər meydana çıxarsa, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

NOVORNİD istifadə qaydası və dozası

1.Standart doza Trixomoniaz: daxilə qəbul edilən 250 mq-lıq oral tabletlər 1-ci və 2-ci müalicə variantlarında (aşağıya baxın) göstərilən dozalarda istifadə olunur. Variantlar tək dozalıq və 5-günlük müalicə şəklindədir. Ornidazol istifadə olunarkən və preparatın qəbulunun dayandırılmasından sonra ən azı 3 gün müddətində alkoqol istifadə edilməməlidir, belə ki, bu, qızartı, yuxusuzluq, qızdırma, ürəkbulanma və qusma, hipotoniya, sancma (iynəbatma) hissi kimi əlavə təsirlərlə xarakterizə olunan reaksiyaların baş verməsinə səbəb ola bilər. Müalicə növü 1-ci variant 2-ci variant Tək dozalıq müalicə 6 oral tablet axşamlar 4 oral tablet + 1 vaginal tablet yatmazdan əvvəl 5 günlük müalicə 2 oral tablet səhər 2 oral tablet axşam 2 oral tablet səhər + 2 oral tablet axşam + 1 vaginal tablet yatmazdan əvvəl Bütün vaxtlarda infeksiyanın təkrarlanmasının qarşısını almaq üçün xəstənin cinsi tərəfdaşı da eyni oral doza ilə (variant 2) müalicə olunmalıdır.

Uşaqlar üçün birdəfəlik gündəlik doza 25 mq/kq-dır. 2.Amöbiaz a) Amöb dizenteriyası olan xəstələrdə 3 günlük müalicə; b) Amebiazın bütün formaları üçün 5-10 günlük müalicə; Müalicə müddəti Gündəlik doza Böyüklər və bədən kütləsi 35 kq-dan artıq olan uşaqlar Bədən kütləsi 35 kq-a qədər olan uşaqlar 3 günlük doza Axşam, birdəfəyə6 oral tablet (4 tablet səhər, 4 tablet axşam), Bədən kütləsi 60 kq-dan yüksək olanlar üçün 8 oral tablet Bədən kütləsi 3 kq olanlar üçün birdəfəlik ½ oral tablet 5-10 günlük müalicə 4 oral tablet (2 tablet səhər, 2 tablet axşam) Bədən kütləsi 5 kq olanlar üçün birdəfəlik ½ oral tablet (hər kq üçün 25 mq-a bərabərdir) 3.Giardiaz (lyamblioz) Müalicə müddəti: Gündəlik doza Böyüklər və bədən kütləsi 35 kq-dan artıq olan uşaqlar Bədən kütləsi 35 kq-a qədər olan uşaqlar 1-2 günlük müalicə Axşamlar birdəfəlik doza şəklində 6 oral tablet qəbul edilir Bədən kütləsi 3 kq olan uşaqlar üçün birdəfəlik ½ oral tablet (hər kq üçün 40 mq-a bərabərdir) İstifadə qaydası NOVORNİD tabletləri hər zaman yeməkdən sonra daxilə (oral) qəbul edilməlidir. Xüsusi pasiyent qruplarına dair əlavə məlumatlar Böyrək çatışmazlığı Böyrəklərin funksional çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur. Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə dozalararası interval iki dəfə uzun olmalıdır.

Pediatrik pasiyentlər NOVORNİD-in uşaqlarda istifadəsinə dair “İstifadə qaydası və dozası” bölməsinə baxın. Yaşlı pasiyentlər Yaşlılarda istifadəsi ilə bağlı klinik məlumat yoxdur.

Prepared by  T-Soft E-Commerce.