Sevimlilərə əlavə edin
Paylaşın

Nurofast 400MG N20 Tb

Məhsul Kodu : 111-26349
İstehsalçı ölkə : Oman
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

NUROFAST, örtüklü tabletlər

NUROFAST tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq ibuprofen vardır.

İstifadəsinə göstərişlər

Dayaq-hərəkət aparatının travmatik və iltihabi xəstəlikləri: revmatoid artrit, osteoartroz, ankilozlaşdırıcı spondilit, bursit, radikulit. Podaqra Mialgiya, ossalgiya LOR orqanların xəstəlikləri (kompleks müalicə) Proktit (kompleks müalicə) Ağrılı menstruasiya Baş ağrısı, miqren Diş ağrısı Bel nahiyəsində ağrılar, radikulonevrit, revmatik ağrılar Qrip və soyuqdəymə zamanı hərarəti salmaq məqsədilə

Əks göstərişlər

- İbuprofenə və ya preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; - bronxial astma, burunun və burunətrafı ciblərin residivverən polipozunun və asetilsalisil turşusunun və ya digər QSİƏP -ə qarşı dözümsüzlüyün (o cümlədən anamnezdə) tam və ya qismən birlikdə rast gəlinməsi; - mədə-bağırsaq traktı orqanlarının eroziv- xoralı xəstəlikləri (o cümlədən mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, Kron xəstəliyi, xoralı kolit) və ya aktiv fazada və ya anamnezdə xora qanaxmasının olması (xora xəstəliyinin və ya xora qanaxmasının iki və ya daha çox təsdiq olunmuş epizodu); - anamnezdə mədə -bağırsaq traktından QSİƏP -in təsirindən baş verən qan axma və ya perforasiya; - ağır ürək çatışmazlığı (NYHA təsnifatı üzrə IV sinif – Nyu-York kardioloqlar Assosiasiyasının təsnifatı); - ağır qaraciyər çatışmazlığı və ya aktiv fazada olan qaraciyər xəstəliyi; - ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq), təsdiq olunmuş hiperkaliemiya; - dekompensasiya olunmuş ürək çatışmazlığı; aortokoronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr; - serebrovaskulyar və ya digər qanaxma; - fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, saxaraza-izomaltaza çatışmazlığı; - hemofiliya və qanın laxtalanmasının digər pozğunluqları (o cümlədən hipokoaqulyasiya), hemorragik diatezlər; - hamiləlik (III üçaylıq); - 12 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı bu dövrdə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İbuprofen nəqliyyatı idarəetmə və mexanizmlərlə iş qabiliyyətinə təsir etmir.

NUROFAST istifadə qaydası və dozası

Böyüklər Gündə 1200-1800 mq başlanğıc sutkalıq doza, 3-4 dəfəlik qəbula bölünərək istifadə olunmalıdır. Nurofastın maksimal sutkalıq dozası 2400 mq-dan yüksək olmamalıdır. Revmatoid artritin müalicəsi üçün: 1200-1600 mq, 3-4 dəfəlik qəbula bölünərək istifadə olunmalıdır. Yüngül və orta dərəcəli ağrılar, menstrual ağrılar zamanı və qızdırmasalıcı məqsədlə 4-6 saatdan bir 200- 400 mq və ya həkim təyinatı ilə istifadə olunmalıdır.

Uşaqlar Məsləhət görülən sutkalıq doza 20 mq/kq-dır. Yuvenil revmatoid artrit zamanı isə dozanı 40 mq/kq-a qədər artırmaq və ya həkim təyinatı ilə qəbul etmək olar.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26349

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce