Sevimlilərə əlavə edin
Paylaşın

Nurofen 200 Mq N20 Tb

Məhsul Kodu : 111-01641
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

NUROFEN, örtüklü tabletlər

NUROFEN tərkibi

NUROFEN tərkibi, 1 tabletin tərkibində 200 mq ibuprofen vardır

Nurofen, istifadəsinə göstərişlər

Nurofen baş və diş ağrılarında, miqrendə, ağrılı menstruasiyalarda, nevralgiyada, bel ağrılarında, əzələ ağrılarında və revmatik ağrılarda və oynaq ağrılarında, həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlərdə istifadə olunur.

Əks göstərişlər

Ibuprofenə və ya preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq; bronxial astma, burunətrafı ciblərin və burnun şiddətlənən polipozu və asetilsalisil turşusuna və ya digər QSİƏP-lərə qarşı dözümsüzlük; mədə-bağırsaq traktının eroziv-xoralı xəstəlikləri və ya aktiv və ya anamnezdə xoralı qanaxma; QSİƏP istifadəsi ilə bağlı mədə-bağırsaq traktında xora qanaxması və ya perforasiya; ağır ürək, qaraciyər və böyrək çatışmazlığı; hiperkaliemiya; dekompensasiya olunmuş ürək çatışmazlığı; aorta-koronar şuntlamadan sonrakı dövr; serebrovaskulyar və ya digər qanaxmalar; fruktozaya qarşı dözümsüzlük və digər qida maddələrinə qarşı həssaslıq; hemofiliya və qanın laxtalanma prosesinin pozulmaları; hamiləliyin 20 həftəsindən artıq dövrü; 6-yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin 20-ci həftəsindən etibarən QSİƏP-lər istifadə edilməməlidir. Hamiləliyin ilk 20 həftəsində istifadəsi zəruri olduqda, yalnız həkimlə məsləhətləşərək istifadə olunmalıdır. Ibuprofen ana südünə çox az miqdarda keçdiyindən, qısamüddətli istifadədə süd vermə dayandırılmamalıdır. Uzunmüddətli istifadə zamanı isə həkimlə məsləhətləşmək lazımdır.

İstifadə qaydası və dozası

Daxilə qəbul üçün. Mədəsi həssas olan şəxslərə yemək vaxtı qəbul tövsiyə olunur. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3-4 dəfə 1 tablet (200 mq), zərurət olduqda doza gündə 3 dəfə 2 tabletə qədər artırıla bilər. 6-12 yaş arası uşaqlar: gündə 3-4 dəfə 1 tablet (200 mq), yalnız bədən kütləsi 20 kq-dan artıq olduqda. Tabletlərin qəbulu arasında minimum 6 saatlıq fasilə olmalıdır. Böyüklər üçün maksimum gündəlik doza 1200 mq (6 tablet); 6-9 yaş üçün maksimum 600 mq (3 tablet), 10-12 yaş üçün 800 mq (4 tablet), 13-18 yaş üçün 800-1200 mq (4-6 tablet). 2-3 gün ərzində simptomlar davam edərsə və ya artarsa, həkimə müraciət edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-01641

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce