Sevimlilərə əlavə edin
Paylaşın

Nurofen 200 Mq N8 Tablet

Məhsul Kodu : 111-19915
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

NUROFEN, örtüklü tabletlər

NUROFEN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq ibuprofen vardır.

İstifadəsinə göstərişlər

Nurofen baş və diş ağrılarında, miqrendə, ağrılı menstruasiyalarda, nevralgiyada, bel ağrılarında, əzələ ağrılarında və revmatik ağrılarda və oynaq ağrılarında; həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlərdə istifadə olunur.

Əks göstərişlər

• İbuprofenə və ya preparatın tərkibinə daxil oan hər hansı bir komponentə qarşı yüksək həsaslıq. • Bronxial astma, burunətrafı c iblərin və burnun şiddətlənən polipozunun tam və ya natamam uyuşması və asetilsalisil turşusuna və ya digər QSİƏP -lərə qarşı dözümsüzlük (o cümlədən anamnezdə). • Mədə-bağırsaq traktının eroziv-xoralı xəstəlikləri (o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, Kron xəstəliyi, xoralı kolit) və ya aktiv və ya anamnezdə xoralı qanaxma (iki və ya 2-dən artıq təsdiq olunmuş xoralı xəstəlik və ya yara qanaxması). • Anamnezdə QSİƏP -lərin istifadəsi ilə bağlı mədə-bağırsaq traktında xora qanaxması və ya perforasiyası.

• Ağır ürək çatış mazlığı (sinif IV - NYHA Nyu -York kardioloqlar assosiasiyasının təsnifatına görə) • Ağır qaraciyər çatışmazlığı və ya aktiv fazada qaraciyər xəstəlikləri. • Aydın ifadə olumuş ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq), təsdiq olunmuş hiperkaliemiya. • Dekompensasiyaolunmuş ürək çatışmazlığı; aorta-koronar şuntlamadan sonrakı dövr. • Serebrovaskulyar və ya digər qanaxmalar.

• Fruktozaya qarşı dözümsüzlük, qlü koza-qalaktoza malabsorbsiyası, saxaraza -izomaltaza çatışmazlığı. • Hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları (o cümlədən hipokoaqulyasiya), hemorragik diatezlər. • Hamiləlik (III trimestr). • 6-yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləliyin III trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin I-II trimestrində preparatın istifadəsindən qaçmaq lazımdır, lazım gələrsə istifadəsi üçün həkimlə məsləhətləşmək lazımdır. İbuprofenin südəmər uşağın sağlamlığına heç bir mənfi göstərməyəcək dərəcədə az miqdarda ana südünə keçdiyi haqda məlumat vardır. Ona görə də qısamüddətli istifadə zamanı ana südü ilə qida - landırma dayandırılmamalıdır.

Preparatın uzunmüddətli istifadəsi zamanı ana südü ilə qidalandırmanı dayandırmaq haqqında məsələ ilə bağlı həkimə müraciət etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İbuprofen qəbul etdikdə başgicəllənmə, yuxuya meyillilik, tormozlanma və ya görmənin pozulmasını qeyd edən xəstələr nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinməlidir.

NUROFEN istifadə qaydası və dozası

Daxilə qəbul üçün. Mədənin yüksək həssaslığı olan pasiyentlərə preparatı yemək vaxtı qəbul etmək məsləhət görülür. Ancaq qısamüddətli istifadə üçün. Preparatı qəbul etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxuyun.

Böyüklər və 12 yaşdan böyük uşaqlarda: daxilə gündə 3-4 dəfəyə qədər bir tablet (200 mq). Tabletləri su ilə içmək lazımdır. Sürətli müalicəvi effekt əldə etmək üçün böyüklərdə doza gündə 3 dəfə 2 tabletə (400 mq) qədər artırıla bilər. 6 yaşdan 12 yaşa qədər: gündə 3 -4 dəfəyə qədər 1 tablet (200 mq); preparat yalnız uşağın bədən kütləsi 20 kq-dan artıq olduğu zaman istifadə oluna bilər.

Tabletlərin qəbulları arasında interval 6 saatdan az olmamalıdır. Böyüklər üçün maksimal gündəlik doza 1200 mq təşkil edir (6 tablet). 6-9 yaş uşaqlar (20 -30kq) üçün maksimal gündəlik doza: 600mq (3 tablet), 10-12 yaş (32 -40kq)- 800mq (4 tablet), 13-18 yaş üçün 800-1200mq (4-6 tablet) Əgər preparatın 2 -3 gün ərzində istifadəsi zamanı simptomlar saxlanılarsa və ya artırsa müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19915

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce