Nurofen Ekspress N16 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Nurofen Ekspress, 200 mq yumşaq kapsullar
Nurofen Ekspress, beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen
Nurofen Ekspress tərkibi
Təsiredici maddə: 1 kapsulda 200 mq ibuprofen vardır.
İstifadəsinə göstərişlər
Baş ağrısı, miqren, diş ağrısı, ağrılı menstruasiyalar, nevralgiya, bel nahiyəsində ağrılar, əzələ və revmatik ağrılar zamanı; qrip və soyuqdəymə xəstəlikləri zamanı müşahidə olunan qızdırmalı vəziyyətlərdə istifadə olunur.
Əks göstərişlər
İbuprofenə və ya preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq; bronxial astma, mədə və onikibarmaq bağırsaq xora xəstəliyi (aktiv və ya anamnezdə), ağır ürək, qaraciyər və böyrək çatışmazlığı; qanaxmalar; hemorragik diatez; hamiləliyin 20-ci həftəsindən sonra; 12 yaşdan aşağı uşaqlar; fruktozaya qarşı dözümsüzlük.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin 20-ci həftəsindən sonra istifadəsi əks göstərişdir. Qısa müddətli istifadədə ibuprofen ana südünə əhəmiyyətli təsir göstərmir. Uzunmüddətli istifadə zamanı laktasiya dayandırılmalıdır.
Pediatriyada istifadəsi
12 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir. 12-17 yaş aralığında maksimal sutkalıq doza 1000 mq-dır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İbuprofendən istifadə zamanı başgicəllənmə, yuxululuq, tormozlanma və ya görmə pozğunluğu müşahidə olunduqda nəqliyyat vasitəsi və təhlükəli mexanizmləri idarə etmək olmaz.
Nurofen Ekspress istifadə qaydası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3-4 dəfə 1 kapsul (200 mq) qəbul olunur. Maksimal sutkalıq doza böyüklər üçün 1200 mq, 12–17 yaşlı uşaqlar üçün 1000 mq təşkil edir. Kapsullar çeynənmədən su ilə qəbul edilməlidir. İstifadələrarası interval 6–8 saat olmalıdır. Terapevtik effektin daha tez əldə olunması üçün böyüklərdə birdəfəlik doza 2 kapsula qədər artırıla bilər.