Sevimlilərə əlavə edin
Paylaşın

Nurofen Forte 400 Mq N12 Tb

Məhsul Kodu : 111-00416
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

NUROFEN FORTE, örtüklü tabletlər

NUROFEN FORTE tərkibi

NUROFEN FORTE tərkibi, 1 örtüklü tabletin tərkibində 400 mq ibuprofen vardır

Nurofen Forte, istifadəsinə göstərişlər

Nurofen Forte, baş ağrıları, miqren, diş ağrısı, ağrılı menstruasiyalar, nevralgiyalar, bel ağrıları, əzələ ağrıları, revmatik ağrılar və oynaq ağrıları, həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlərdə istifadə edilir.

Əks göstərişlər

İbuprofenə və ya preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; bronxial astma, burunun və burunətrafı ciblərin residivverən polipozunun və asetilsalisil turşusunun və ya digər QSİƏP-ə qarşı dözümsüzlüyün (o cümlədən anamnezdə) tam və ya qismən birlikdə rast gəlinməsi; mədə-bağırsaq traktı orqanlarının eroziv-xoralı xəstəlikləri (o cümlədən mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, Kron xəstəliyi, xoralı kolit) və ya aktiv fazada və ya anamnezdə xora qanaxmasının olması; anamnezdə mədə-bağırsaq traktından QSİƏP-in təsirindən baş verən qanaxma və ya perforasiya; ağır ürək çatışmazlığı (NYHA təsnifatı üzrə IV sinif); ağır qaraciyər çatışmazlığı və ya aktiv fazada olan qaraciyər xəstəliyi; ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq), təsdiq olunmuş hiperkaliemiya; dekompensasiya olunmuş ürək çatışmazlığı; aortokoronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr; serebrovaskulyar və ya digər qanaxma; fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, saxaraza-izomaltaza çatışmazlığı; hemofiliya və qanın laxtalanmasının digər pozğunluqları (o cümlədən hipokoaqulyasiya), hemorragik diatezlər; hamiləlik (III üçaylıq); 12 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı hamiləliyin III üçaylığında qəbul etmək əks göstərişdir. Preparatı hamiləliyin I-II üçaylıqlarında qəbul etmək olmaz, preparatın qəbuluna məsləhətləşmək lazımdır. Ehtiyac olduqda, həkimlə ibuprofenin südəmər uşağın sağlamlığı üçün hər hansı mənfi nəticələr olmadan kiçik miqdarlarda südə keçməsi haqqında məlumatlar vardır, buna görə də adətən qısamüddətli qəbul zamanı ana südü ilə qidalandırmanın dayandırılmasına ehtiyac yoxdur. Preparatı uzun müddət qəbul etmək lazım gəldikdə, preparatdan istifadə dövründə ana südü ilə qidalandırmanın dayandırılması barədə məsələni həll etmək məqsədilə həkimə müraciət etmək lazımdır.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Mədəsində yüksək həssaslığı olan pasiyentlərə preparatı yemək vaxtı qəbul etmək məsləhət görülür. Yalnız qısamüddətli istifadə üçündür. Preparatı qəbul etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Böyüklərə və 12 yaşdan böyük uşaqlara daxilə gündə 3 dəfəyə qədər hər dəfə 1 tablet (400 mq) təyin edilir. Tabletləri su ilə qəbul etmək lazımdır. Tabletlərin qəbulları arasındakı interval 6 saatdan az olmamalıdır. Maksimal gündəlik doza 1200 mq (3 tablet) təşkil edir. 12–18 yaşa qədər uşaqlar üçün maksimal gündəlik doza 800 mq (2 tablet) təşkil edir. Preparatı 2–3 gün ərzində qəbul etdikdə simptomlar saxlanılarsa və ya güclənərsə, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00416

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce