Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 0,5 q və ya 1q seftriaksona ekvivalent miqdarda seftriaksonnatrium vardır. Həlledici: 1%-li lidokain-hidroxlorid məhlulu.
OLASEF parenteral müalicə tələb olunan hallarda, bir və ya daha çox həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsi üçün təyin edilir: - Pnevmoniya. - Septisemiya. - Meningit. - Sümük, dəri və yumşaq toxumaların infeksiyaları.
- Neytropenik pasiyentlərdə infeksiyalar. - Qonoreya (süzənək). - Əməliyyatla bağlı infeksiyaların əməliyyatqabağı profilaktikası üçün. Müalicə həssaslıq testlərinin nəticəsi məlum olana qədər də başlanıla bilər.
Antibakterial agentlərin rəsmi qaydalara uyğun şəkildə istifadə olunmasına diqqət etmək lazımdır.
- Seftriaksona və ya sefalosporinlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. - Əvvəllər penisillinlərə və ya beta -laktam dərmanlara qarşı sürətli və/və ya ləng yüksək həssaslıq reaksiyası. - Seftriakson sarılığı olan yenidoğulmuşlara və ya hipoalbuminemiyalı və ya asidozlu və ya bilirubin əlaqəsinin pozulmasını fikirləşməyə əsas verən digər hallarda istifadə olunmamalıdır.
Hamiləlik: Seftriaksonun hamiləlik dövründə istifadəsinə dair klinik məlumatlar məhduddur. Seftriakson plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatlarda embriotoksik, fetotoksik, teratogen təsir, dişi və ya erkəklərdə fertilliyə, doğuşa, perinatal və postnatal inkiş afa
Məlumat yoxdur.
OLASEF böyük əzələyə dərinə yeridilir. Yaşlı pasiyentlərdə və ya yüngül böyrək disfunksiyası, və ya böyrək dializində olan pasiyentlərdə dozaya heç bir düzəliş edilmir. Yenidoğulmuşlar (1 həftəliyə qədər): gündə 1 dəfə 20–50 mq/kq (və ya həkimin göstərişinə uyğun olaraq). Körpələr və uşaqlar (2 həftəlikdən 12 yaşa qədər): Meningit istisna olmaqla bütün infeksiyalar: gündə 1 dəfə 50–75 mq/kq (və ya həkimin göstərişinə uyğun olaraq), gündəlik maksimal doza 2 q-dır.
Meningit: 100 mq/kq/gün, gündəlik maksimal doza 4 q-dır. Böyüklər və uşaqlar (12 yaşdan yuxarı): gündə 1 dəfə 1–2 q, gündəlik maksimal doza 4 q-dır. Fəsadlaşmamış gonoreya: 250 mq birdəfəlik inyeksiya. Cərrahi profilaktika: əməliyyata yarım saatdan 2 saata qədər qalmış 1 q birdəfəlik doza.
Hazırlanması və istifadəsi OLASEF flakonunun möhtəviyyatı əlavə olunmuş həlledicidə (1% -li lidokain) həll edilir. Hazırlanmış məhlul böyük əzələyə dərin əzələdaxili inyeksiya vasitəsilə yeridilir. Əgər 1 q -dan artıq inyeksiya edilməlidirsə, o zama n doza bölünərək 1- dən çox yerə yeridilməlidir. İnyeksiya olunan dərman məhlulu bilavasitə inyeksiya zamanı hazırlanmalıdır.
Hazırlanmış məhlul soyuducuda 12-24 saat müddətində saxlana bilər.