Sevimlilərə əlavə edin
Paylaşın

OPERAZON N1 AMP

Məhsul Kodu : 111-26536
İstehsalçı ölkə : Hindistan
Reseptlə satılır
0 Şərh Şərh
5,95 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

OPERAZON, 1500 mq inyeksiya məhlulu hazırlamaq üçün toz

OPERAZON tərkibi

Təsiredici maddə: 1 flakonda 1000 mq sterilizə olunmuş sefoperazon natrium və 500 mq sterilizə olunmuş sulbaktam natrium Həlledici: inyeksiya üçün su.

İstifadəsinə göstərişlər

İnyeksiya üçün 1500 mq Sefoperazon/sulbaktam ona həssas mikroorqanizmlərin səbəb olduğu aşağıda adları qeyd edilən infeksiyalarda istifadə edilir: - Tənəffüs yollarının infeksiyaları (yuxarı və aşağı) - Sidikçıxarıcı yolların infeksiyaları (yuxarı və aşağı) - Peritonit, xolesistit, xolangit və digər qarın boşluğu infeksiyaları - Sepsis - Meningit - Dəri və yumşaq toxuma infeksiyaları - Sümük və oynaq infeksiyaları - Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, endometrit, qonoreya və digər genital infeksiyalar

Əks göstərişlər

İnyeksiya üçün 1500 mq sefoperazon və sulbaktam penisillinlərə, sulbaktam, sefoperazon və ya sefalosporinlərdən hər hansı birinə qarşı məlum allergiyası olan xəstələrdə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: B Heyvanlar üzərində aparılan tədqiqatlarda sefoperazon/sulbaktamın, hamiləliyin inkişafına mənfi təsiri haqqında məlumat göstərilməyib. Hal-hazırda insanlarda aparılan müvafiq və nəzarət olunan tədqiqatlar yoxdur. Sefoperazon/sulbaktam yalnız ciddi ehtiyac yarandıqda hamiləlik zamanı ehtiyatla istifadə oluna bilər. Yalnız az miqdarda sulbaktam və sefoperazon ana südü ilə xaric olur.

Hər iki dərman da südverən anaların südündə zəif xaric olmasına baxmayaraq, südverən anada sulbaktam/sefoperazon ehtiyatla istifadə olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mövcud deyil.

OPERAZON istifadə qaydası və dozası

Əzələ daxili/venadaxili istifadə edilir. 1500 mq inyeksiya üçün sefoperazon və sulbaktam tozu həlledicisində həll edilərək birbaşa venaya və ya əzələyə vurulmalıdır. Bəzi hallarda, venadaxili infuziyaya əlavə edilə bilər. Düzgün doza həkiminiz tərəfindən sizin yaşınız və çəkinizə uyğun olaraq təyin edilməlidir.

Ümumiyyətlə 1500 mq inyeksiya üçün sefoperazon və sulbaktam ilə müalicə xəstəliyin sağalmasından və ya əməliyyatdan sonra 2-3 gün ərzində davam etdirilir. 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün Sulbaktam:sefoperazon nisbəti 1:1 -dir. Dozalar sefoperazon əsasında göstərilir. Yüngül və orta dərəcəli infeksiyalarda gündə 1-2 q, hər 12 saatdan bir bərabər bölünmüş dozalarda istifadə edilir.

Ağır infeksiyalarda gündə 4 q -a qədər hər 12 saatdan bir bərabər bölünmüş dozalarda istifadə edilir. Sulbaktamın gündəlik maksimal dozası 4 q-dır. Körpələr və 12 yaşa qədər uşaqlar Sulbaktam:sefoperazon nisbəti 1:1-dir. Dozalar sefoperazon əsasında göstərilir.

Məsləhət görülən doza 20-40 mq/kq/gün, hər 6 -12 saatdan bir bərabər bölünmüş dozalarda istifadə edilir. Ciddi infeksiyalarda 160 mq/kq/gün -ə qədər hər 6 -12 saatdan bir 2 -4 hissəyə bərabər bölünmüş dozalarda istifadə edilir. Sulbaktamın maksimal dozası 80 mq/kq/gün-dür. Böyrək çatışmazlığı olan xəstələr Dozalanma nəzarətdə saxlanılmalıdır.

Hazırlanması Venadaxili infuziya üçün hər flakon uyğun miqdarda inyeksiya üçün steril su, fizioloji məhlul, 5%-li dekstroza sulu məhlulu ilə həll edilir və daha sonra eyni həlledici istifadə edilərək 20 ml-yə qədər durulaşdırılmalıdır. Hazır məhlul 15-60 dəqiqə ərzində v/d yeridilməlidir. Venadaxili inyeksiya üçün isə hər flakon yuxarıdakı kimi hazırlanmalı və minimum 3 dəqiqə ərzində yeridilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26536

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce