Sevimlilərə əlavə edin
Paylaşın

Orfenak 3 ml + 2 ml N1 Ampul

Məhsul Kodu : 111-26905
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

Orfenak, inyeksiya üçün məhlul 

Orfenak tərkibi

Təsiredici maddə: 3 ml (1-ci ampul) məhlulun tərkibində 75 mq diklofenak natrium vardır. 
2 ml (2-ci ampul) məhlulun tərkibində 60 mq orfenadrin sitrat vardır. 

Əks göstərişlər 

Diklofenak 
Preparatın tərkibində olan hər hansı maddəyə qarşı yüksək həssalıq. 
Aktiv qastrit, bağırsaq eroziyası, qanaxması və ya perforasiyası. 
Anamnezində QSİƏP istifadəsinə bağlı mədə bağırsaq qanaxması və ya perforasiyası. 
Ciddi qaraciyər, böyrək və ürək çatışmazlığı. 
Hamiləliyin 3-cü trimestri. 
18 yaşdan aşağı. 
Hemostaz pozğunluqları və ya antikoaqulyant müalicə. 
Ürək çatışmazlığı (NYHA II-IV), ürəyin işemik xəstəliyi, arteriyaların periferik xəstəlikləri, 
serebrovaskulyar xəstəliklər. 
Hipovolemiya, dehidratasiya. 
Anamnezdə aspirin və ya digər QSİƏP-ların qəbulundan sonra yaranan anafilaksiya və ya angioödem kimi ağır allergik reaksiyalar. Aspirin istifadəsinə bağlı bronxospazm ilə müşayiət olunan burun polipləri (ağır allergik reaksiyaların yüksək riski). Anamnezində və ya hal-hazırda qanda mövcud olan aktiv patoloji dəyişiklikləri və ya sümük iliyinin depressiyası (patologiyaları artıra və ya ağırlaşdıra bilər). 
Ehtiyyatla istifadə edilməlidir 
Anamnezində aspirin və ya digər QSİƏP-lar tərəfindən törədilmiş allergik rinit, övrə və ya səpgi kimi yüngül allergik reaksiyalar, anemiya və ya astma, orqanizmdə mayenin toplanmasına səbəb olan və ya onunla əlaqədar yaranan hallar: durğun ürək xəstəlikləri, ödem, hipertenziya,böyrək funksiyasının pozulması və ya böyrək çatışmazlığı, preparatın mədə-bağırsaq sisteminə toksik təsirini artıran hallar: 
alkoqolizm və ya xərçəng, mədə-bağırsaq sisteminin iltihablı və ya xoralı xəstəlikləri, o cümlədən Kron xəstəliyi, divertikulit, anamnezdə və ya hal-hazırda mövcud olan mədə xorası və ya aktiv eroziv kolit, tütünün istifadəsi (QSİƏP-ların istifadısi lazım gələrsə, xoraya qarşı müalicə təyin olunmalıdır, mədəbağırsaq sisteminə toksiklik riskini azaltmaq üçün mizoprostol və ya sukralfat istifadə oluna bilər), ürək çatışmazlığı, şəkərli diabet, ödem, sepsis (böyrək çatışmazlığı riski) 
Hemofiliya, laxtalanma və ya trombositlərin funksiyasının pozulmaları (qanaxma riskinin artması) Qaraciyər sirrozu və ya qaraciyər funksiyasının pozulması (böyrək çatışmazlığının riskinin artması) 
Yaşlılar (qaraciyərə və ya böyrəyə mənfi təsiri, mədə-bağırsaq qanaxmaları kimi ölümlə nəticələnən ağır hallardan baş vermə riski daha çoxdur) 
Digər QSİƏP-larla müalicə zamanı dizuriya, sistit, hematuriya, nefrit və ya nefrotik sindromu kimi yaranan hallar 
Natrium qəbulunu məhdudlaşdırılmalı olan xəstələr üçün QSİƏP seçərkən preparatda natriumun miqdarı nəzərə alınmalıdır. 
Orfenadrin 
Axalaziya, sidik yollarının obstruksiyası, qlaukoma və ya ona meyillilik, miasteniya qravis, əzələ 
hipotoniyası, kardiospazm, aritmiya, taxikardiya, peptik xora, prostat vəzinin hiperplaziyası, pilorik və ya duodenal obstruksiya. 
Ehtiyyatla istifadə edilməlidir 
Anamnezdə orfenadrinə qarşı hiperhəssaslıq, ürək xəstəlikləri, aritmiya və ya taxikardiya (taxikardiyaya səbəb ola bilər), depressiyalar, qaraciyər və böyrək funksiyasının pozulması. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləliyin birinci trimestrində diklofenakın istifadəsinə dair tədqiqatlar aparılmayıb. İkinci trimestrdə istifadəsi tövsiyyə edilmir. Üçüncü trimestrdə əks göstərişdir. Hamilə qadınlara orfenadrinin yalnız ciddi göstəriş zamanı istifadə oluna bilər. Laktasiya dövründə, dikofenak ana südünə nüfuz edir və laktasiya dövründə istifadə olunmamalıdır. Orfenadrin laktasiya dövründə istifadə olunmamalıdır. 

İstifadə qaydası və dozası 

Əzələdaxili istifadəsi:  
Preparatın bir dozası 2 ampuldan ibarətdir (№1 və №2). Bir doza (2 ampulun möhtəviyyati) gün ərzində hər 12 saatdan bir əzələ daxilinə yeridilir. Müalicə müddətinin 2 gündən çox olması tövsiyə olunmur. 
Venadaxilinə istifadəsi: 
Ağrı aradan qalxmadıqda, əməliyyatdan sonrakı ağrılarda mütləq xəstəxana şəraitində  və həkim nəzarəti altında venadaxili istifadə edilə bilər. 
Venadaxili infuziyaya başlamazdan dərhal əvvəl 2 ampulu 100-500 ml natrium xlorid məhlulu (0,9%) və ya qlükoza məhlulu (5%) ilə həll edilməlidir. Əməliyyatdan sonrakı orta və şiddətli ağrıların müalicəsi üçün 1,5 saatdan 2 saata qədər fasiləsiz olaraq infuziya edilməlidir. Lazım gələrsə, müalicə 4-6 saatdan sonra, istənilən 24 saat ərzində təkrarlana bilər. Maksimal sutkalıq istifadə 2 dozadan artıq olmamalıdır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26905

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce