Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 500 mq ornidazol vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, hidroksipropilmetilsellüloza, mikrokristallik sellüloza, maqnezium stearat, ağ opadri 85F18422 (polivinil spirit, titan dioksid, makroqol, talk).
İstifadəsinə göstərişlər:
Trixomoniaz Qadınlarda və kişilərdə Trichomonas vaginalis-in törətdiyi sidik-cinsiyyət infeksiyası. Amöbiaz Entamoeba histolytica-nın törətdiyi qastrointestinal infeksiyalar (amöb dizenteriyası daxil olmaqla), qaraciyər absesi və digər orqanların bağırsaqdan kənar zədələnmələri. Giardioz (Lyamblioz) Anaerob infeksiyalar.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
(kateqoriya C) Ornidazolun hamiləliyin planlaşdırılması və hamiləlik dönəmində təsirinə dair klinik məlumat yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlar zamanı (rüşeym, döl, dölinkişafı, doğuş və ya doğuş sonrası dönəmlərdə) birbaşa və ya dolayı yolla zərərli təsirlər olmamışdır. Hamiləlik və laktasiya dövründə Ornidolun qəbulu ana üçün gözlənilən fayda döl üçün mümkün riski üstələdiyi təqdirdə məsləhət görülür. Laktasiya dövründə preparatın qəbulu lazım olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Ornidol yeməkdən sonra az miqdarda su ilə qəbul edilir. Trixomoniaz zamanı: 5 gün müddətində 500 mq birdəfəlik doza oral yolla qəbul edilir. Müalicə üsulu Gündəlik doza (500 mq tabletlər) Birdəfəlik doza ilə müalicə Axşam 3 tablet 5 günlük müalicə 1 tablet səhər və 1 tablet axşam İnfeksiyanın təkrarlanmaması üçün xəstənin həyat yoldaşı da eyni dozalarla oral müalicə qəbul etməlidir. Uşaqlar üçün gün ərzində birdəfəlik doza 25mq/kq – dır. Amöbiaz zamanı: Amöb dizenteriyası olan xəstələr üçün 3 günlük müalicə kursu təyin olunur. Amöbiazın bütün digər formaları üçün 5-10 günlük müalicə kursu təyin olunur. Müalicə müddəti Gündəlik doza Böyüklər və 35 kq-dan yuxarı çəkisi olan uşaqlar (500 mq tabletlər) 35 kq-a qədər uşaqlarda 3 günlük müalicə Gün ərzində 1 dəfə 3 tablet axşam. Çəkisi 60 kq-dan yuxarı olanlar gün ərzində 4 tablet (2 tablet səhər və 2 tablet axşam). 40 mq/kq birdəfəlik doza 5-10 günlük müalicə Günərzində 2 tablet (1 tablet səhərvə 1 tablet axşam). 25 mq/kq birdəfəlik doza Anaerob infeksiyalar zamanı: cərrahi əməliyyatdan 12 saat əvvəl profilaktika məqsədi ilə 1500 mq və əməliyyatdan sonra 3-5 gün müddətində 12 saatdan bir 500 mq oral qəbul olunur. Giardioz (Lyamblioz) və demodekoz (gənə) zamanı Müalicə müddəti Gündəlik doza Böyüklər və 35 kq-dan yuxarı çəkisi olan uşaqlar 35 kq-a qədər uşaqlarda 1-2 günlük müalicə Gün ərzində 1 dəfə 3 tablet axşam. 40 mq/kq birdəfəlik doza Xüsusi qrup insanlar üçün əlavə məlumatlar Böyrək çatışmazlığı: Böyrək çatışmazlığı olan xəstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə dozalar arası müddət 2 dəfə artırılmalıdır. Geriatrik xəstələrdə Yaşlı insanlarda istifadəsinə dair heç bir klinik məlumat yoxdur.