Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 125 mq parasetamol vardır.
Para-Denk 125 Suppos suppozitoriyaları analgetik və antipiretik dərman vasitəsidir. 6 ay-2 yaşlı uşaqlarda zəif və ya orta dərəcəli ağrının və/ və ya qızdırmanın müalicəsində istifadə olunur.
− Parasetamola və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq), − ağır qaraciyər çatışmazlığı.
Preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik Preparat anaya fayda və dölə risk faktorunun dəyərləndirilməsindən sonra istifadə edilə bilər. Para-Denk 125 Suppos hamiləlik zamanı uzun müddət və yüksək dozada və ya digər preparatlarla kombinasiyada istifadə edilməməlidir. Laktasiya Parasetamol ana südünə keçir.
Bunun yenidoğulmuşa mənfi təsiri məlum deyil, bu zaman ana südü ilə qidalandırmanı dayandırmaq tələb olunmur.
Para-Denk 125 Suppos preparatı nəqliyyat və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Ancaq ağrı kəsici dərmanlar qəbulundan sonra nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə ehtiyatlı olmaq lazımdır.
Preparatı həmişə bu içlik vərəqədə göstərildiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin. Doza aşağıdakı cədvəldəki göstərilən xüsusiyyətlərə uyğundur. Parasetamolun dozası pasiyentin bədən kütləsindən və yaşından asılıdır.
Adi terapevtik doza hər kiloqrama 10-15 mq birdəfəlik dozadan ibarətdir. Maksimum terapevtik doza isə gündə 60 mq/kq ola bilər. Dozalararası interval simptomdan və maksimum sutkalıq dozadan asılıdır və ən azı 6 saat olmalıdır. Simptomlar 3 gün ərzində dəyişmədikdə, həkimə müraciət edilməlidir.
Bədən kütləsi – kq (yaş) Şamların sayına müvafiq birdəfəlik doza (parasetamola ekvivalent doza) Şamların sayına müvafiq sutkalıq (24 saat) maksimal doza (parasetamolun miqdarına ekvivalent) 7-8 kq (6-9 ay) 1 şam (125 mq parasetamol) 3 şam (375 mq parasetamol) 9-12 kq (9 ay-2 yaş) 1 şam (125 mq parasetamol) 4 şam (500 mq parasetamol) Para-Denk 125 Suppos rektal istifadə olunur və düz bağırsağa tam şəkildə yeridilməlidir. Yaxşı olar ki, preparatı defekasiya aktından sonra istifadə edəsiniz. Şamın sürüşkənliyini artırmaq üçün, əldə qızdırmaq və ya isti suya salmaq olar. Preparat həkim və ya əczaçı ilə məsləhətləşmədən 3 gündən artıq istifadə edilməməlidir.
Xüsusi xəstə qrupları: Qaraciyər funksiyaları pozulmuş və zəif böyrək çatışmazlığı olan xəstələr Doza azaldılmalıdır və/və ya istifadə arası interval uzadılmalıdır. Ağır böyrək çatışmazlığı Böyrək çatışmazlığı zamanı (kreatin klirensi 10ml/dəq-dən az olduqda) növbəti doza minimum 8 saatdan sonra qəbul edilməlidir. Yaşlı xəstələr Xüsusi qəbul qaydası tələb etmir. Aşağı çəkili uşaqlarda istifadə 6 aydan və ya bədən kütləsi 7 kq-dan aşağı olan uşaqlarda Para-Denk 125 Suppos preparatının istifadəsi məsləhət görülmür.
Bu yaş və ya çəki qrupundan olan uşaqlara bu qrupa müvafiq dozalı eyni tərkibli digər preparatlar istifadə edilməlidir. Əgər Siz Para-Denk 125 Suppos preparatının istifadəsini unutmusunuzsa Bu halda preparatın ikiqat dozasını istifadə etməməlisiniz.