Parasetamol 200 Mq N10 Tablet
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.PARASETAMOL, tabletlər
PARASETAMOL tərkibi
PARASETAMOL tərkibi, 1 tabletin tərkibində 200 mq və ya 500 mq parasetamol vardır
Parasetomol, istifadəsinə göstərişlər
Zəif və orta təzahürlü ağrı sindromu zamanı ağrıkəsici vasitə kimi: artralgiya, mialgiya, nevralgiya, miqren, diş və baş ağrısı, alqodismenoreya, travma zamanı ağrı. Bədən temperaturunun yüksəlməsilə müşayiət olunan kəskin respirator və digər infeksion-iltihabi xəstəliklər zamanı qızdırmasalıcı vasitə kimi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; qaraciyər və böyrək funksiyasının ağır pozuntusu; 200 mq doza üçün 3 yaşa və 500 mq doza üçün 6 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı hamiləlik dövründə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Parasetamol ana südünə nüfuz edir, lakin klinik əhəmiyyətsiz miqdarda.
İstifadə qaydası və dozası
Daxilə (istifadə qaydası dərman forması ilə müəyyən edilir), bir qədər maye ilə, yeməkdən 1-2 saat sonra qəbul edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar (bədən çəkisi 40 kq-dan artıq) 500 mq–1 q sutkada 4 dəfə qəbul edə bilər. Maksimal birdəfəlik doza 1 q, maksimal sutkalıq doza 4 q-dır. 3–12 yaşlı uşaqlarda doza bədən çəkisinə əsasən hesablanır: 15 mq/kq – bir dəfəlik, 60 mq/kq – sutkalıq. Qəbul arasındakı interval 4 saatdan az olmamalıdır. Böyük pasiyentlərdə və uşaqlarda preparat həkim təyinatı olmadan 3–5 gündən artıq istifadə edilməməlidir. Qaraciyər xəstəlikləri və ya susuzlaşma zamanı sutkalıq doza 3 q-dan artıq olmamalıdır. Parasetamol tərkibli digər vasitələrlə birgə qəbul edilməməlidir. Dozanın artırılması yalnız həkim nəzarəti ilə mümkündür.