Sevimlilərə əlavə edin
Paylaşın

Parasetamol 24MG 125 ml Susp

Məhsul Kodu : 111-19973
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

PARASETAMOL SOFARMA, 120 mq/5 ml şərbət

PARASETAMOL SOFARMA tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 120 mq parasetamol vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakı hallarda 12 yaşa qədər uşaqlarda ağrıya və yüksək hərarətə qarşı istifadə edilir: yuxarı tənəffüs yollarının kəskin iltihabi xəstəlikləri, qrip; suçiçəyi, qızılca, parotit kimi infeksion xəstəliklər; diş çıxarma mərhələsində ağrılar; immunizasiyadan sonra yüksək bədən hərarətini aşağı salmaq üçün.

Əks göstərişlər

Aşağıdakı hallarda Parasetamol Sofarma şərbətinni istifadəsi əks göstərişdir: - əgər uşağınızda təsiredici maddəyə və ya hər hansı digər komponentlərə qarşı allergiya (hiperhəssaslıq) varsa. - əgər uşağınızda ağır qaraciyər xəstəlikləri varsa.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl öz həkiminizə və ya əczaçınıza müraciət edin. Parasetamol Sofarma uşaqlar üçün nəzərdə tutulub. Hamiləlik zamanı parasetamolu uzun müddət, yüksək dozada və ya digər dərman vasitələri ilə birlikdə qəbul etmək olmaz, çünki onun təhlükəsizliyi belə hallarda təyin olunmayıb. Hamilə qadınlarda böyük həcmdə olan məlumatlar malformasiya və ya feto / neonatal toksikliyin olmamasını göstərir.

İn utero şəraitdə aparılan tədqiqatlarda aşkar edilmişdir ki,parasetamolun təsirinə məruz qalan uşaqların nevroloji inkişafının epidemioloji tədqiqatları nəticəsizdir. Kliniki baxımdan zəruri hallarda, parasetamolun ən aşağı effektiv dozada, ən qısa müddətdə və mümkün olan ən qısa tezlikdə hamiləlik dövründə istifadəsi mümkündür. Parasetamol kiçik miqdarda ana südü ilə ifraz olunur. Mövcud məlumatlar parasetamolun laktasiya dövründə əks göstəriş olduğunu göstərməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Parasetamol Sofarma uşaqlar üçün nəzərdə tutulub.

PARASETAMOL SOFARMA istifadə qaydası və dozası

Parasetamol Sofarma şərbətini bu içlik vərəqədə təsvir olunduğu kimi, qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizə və ya əczaçınıza müraciət edin. Parasetamol Sofarma şərbəti daxilə qəbul olunur. Dərman vasitəsi pediatrik praktikada 12 yaşa qədər uşaqlarda istifadə olunur.

Məsləhət olunan gündəlik doza uşağınızın çəkisindən asılıdır. O, 60 mq/kq/24 saat təşkil edir, 4 qəbula bölünərək, təqribən, hər 6 saatdan bir 15 mq/kq verilir. Əgər hər hansı bir şübhələr yaranarsa, həkiminizdən soruşun. 3 aylıq körpələrdə dozalanma üçün dərman forması münasib deyil.

3 aylıq- 6 ay arası uşaqlar 2,5 ml gündə 3-4 dəfə. 6 ay-2 yaşlı uşaqlar 5 ml gündə 3-4 dəfə. 2-4 yaşlı uşaqlar 7,5 ml gündə 3-4 dəfə. 4-8 yaş arası uşaqlar 10 ml gündə 3-4 dəfə.

8-10 yaşlı uşaqlar 15 ml gündə 3-4 dəfə. 10-12 yaşlı uşaqlar 20 ml gündə 3-4 dəfə. Zərurət olduqda şərbəti hər 4 saatdan bir qəbul etmək olar, lakin 24 saat ərzində 4 dozadan çox olmamaq şərti ilə. Böyrəyin ağır xəstəlikləri zamanı iki qəbul arasındakı müddət 8 saatdan az olmamalıdır.

Uşaqlarda həkim məsləhəti olmadan 3 gündən artıq müalicə aparmaq olmaz. 12 yaşa qədər uşaqlarda ümumi parasetamolun gündəlik dozası 80 mq/kq aşmamalıdır. Pasientlərdə böyrək və qaraciyərin zədələnməsi zamanı Bu preparatın tərkibində 100 mq/ml propilenqlikol var. Böyrək funksiyanın və yaxud qaraciyərin pozulması müxtəlif əlavə tərsirlər haqda məlumatlar olduğu ücün, məsələn böyrək disfunksiyası, propilenqlikolun sutkalıq dozası bir günə 50 mq/kq çox olduqda, propilenqlikol ilə əlaqəli kəskin böyrək çatışmazlığı və qaraciyər disfunksiyası zamanı tibbi müayinə tələb olunur.

Əgər Siz Parasetamol Sofarmanın qəbulunu unutmusınızsa Əgər bir doza unutmusunuzsa, mümkün qədər uşağınıza tez qəbul etdirin. Əgər növbəti doza qəbuluna az vaxt qalarsa o zaman uşağınıza adi halda qəbul etdirin. Kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz. Əgər dərman vasitəsinin qəbulu ilə əlaqədar hər hansı əlavə sualınız varsa, həkiminizə və ya əczaçınıza müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19973

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce