Sevimlilərə əlavə edin
Paylaşın

Pentalgin N12 Tablet

Məhsul Kodu : 111-06215
İstehsalçı ölkə : Rusiya
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

PENTALGİN®, örtüklü tabletlər

Pentalgin tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 325 mq parasetamol, 100 mq naproksen, 50 mq susuz  kofein, 40 mq drotaverin hidroxlorid, 10 mq feniramin maleat vardır. Köməkçi maddələr:   mikrokristallik sellüloza, kartof nişastası, natrium kroskarmelloza,  hiproloza (hidroksipropilsellüloza (klusel EF)), limon turşusu   monohidrat, butilhidroksitoluol (E 321), maqnezium stearat, talk, sarı  xinolin boyaq maddəsi (E 104), indiqokarmin (E 132).

hipromelloza (hidroksipropilmetilsellüloza), povidon (polivinilpirrolidon  ortamolekulyar tibbi, povidon-K25), polisorbat-80 (tvin-80), titan dioksid, sarı xinolin boya maddəsi(E104), indiqokarmin (E132). yaşıl opadrı 13A210001, povidon, polisorbat, titan dioksid, talk, sarı xinolin,  FD&C mavi#2/indiqokarmin.

İstifadəsinə göstərişlər:

 Müxtəlif mənşəli ağrı sindromu, o cümlədən oynaqlarda, əzələlərdə ağrılar və radikulit zamanı ağrılar, menstrual ağrılar, nevralgiyalar, diş və baş ağrıları (o cümlədən baş beyin damarlarının spazmı ilə əlaqədar baş ağrıları). Saya əzələlərinin spazmı ilə əlaqədar ağrı sindromu, o cümlədən xroniki xolesistit, öddaşı xəstəliyi, postxolesistektomik sindrom, böyrək sancısı zamanı. Posttravmatik və əməliyyatdan sonrakı, o cümlədən iltihab ilə müşayiət olunan ağrı sindromu. Hərarət sindromu ilə müşayiət olunan soyuqdəymə xəstəlikləri (simptomatik müalicə kimi)

Əks göstərişlər:

 Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, mədə-bağırsaq traktının eroziv-xora zədələnmələri (kəskinləşmə fazasında), mədə-bağırsaq qanaxmaları, tam və ya hissəvi müştərək rast gəlinən bronxial astma, burnun və burunətrafı ciblərin residivedici polipozu və asetilsalisil turşusuna və ya qeyri-steroid iltihabəleyhinə digər preparatlara qarşı hiperhəssasliq, o cümlədən anamnezdə ağır qaraciyər və/və ya böyrək çatışmazlığı, sümük iliyinin qanyaradıcı funksiyasının zəifləməsi, aorta-koronar şuntlamadan sonrakı hallar; ürək-damar sisteminin  ağır üzvi xəstəlikləri (o cümlədən kəskin miokard infarktı), paroksizmal taxikardiya, tez-tez baş verən mədəcik ekstrasistoliyası, ağır arterial hipertenziya, hiperkaliemiya, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preparat hamiləlik zamanı əks-göstərişdir. Hamiləliyin 20-ci həftəsindən etibarən qadınlar tərəfindən qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) istifadəsi yeni doğulmuş uşaqlarda dölyanı mayenin azlığı və/və ya böyrək patologiyasının yaranmasına səbəb ola bilər (neonatal böyrək disfunksiyası).  Laktasiya dövründə preparatın istifadəsi zəruri olduqda laktasiya dayandırılmalıdır.

Pentalgin istifadə qaydası, dozası

 Daxilə qəbul edilir. Preparat 1 tabletdən gündə 1-3 dəfə qəbul edilir. Maksimal sutkalıq doza – 4 tablet təşkil edir. Hərarətsalıcı kimi istifadə etdikdə müalicənin müddəti 3 gündən, ağrıkəsici kimi – 5 gündən çox olmamalıdır.  Preparatla müalicə ancaq həkim məsləhətindən sonra davam etdirilə bilər. Göstərilən dozaları aşmaq olmaz!

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06215

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce