Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

POL-CIPRO 400MG 200ML SISTEM

Məhsul Kodu : 111-24237
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
7,61 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

POL–SİPRO, venadaxili infuziya üçün məhlul (flakonda)

POL–SİPRO tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 200 mq siprofloksasinə ekvivalent miqdarda 254 mq siprofloksasin laktat vardır.

İstifadəsinə göstərişlər

POL–SİPRO, həddi buluğa çatmışlarda ağciyər və bronx infeksiyalarında, orta qulaq iltihabında, sinusitlərin infeksiyalarında, göz infeksiyalarda, böyrəklərin və sidik yollarının infeksiyalarında, genital orqanların infeksiyalarında, mədə-bağırsaq sisteminin və qarı n boşluğunun infeksiyalarında, dəri və yumşaq toxuma infeksiyalarında, sümük və oynaq infeksiyalarında, qanda əmələ gələn infeksiyalarda, immun sistemi zəifləmiş xəstələrin infeksiyalarında və ya infeksiya riskinin yüksək olduğu hallarda, immunitet sistemi zəifləmiş xəstələrin bağırsaq infeksiyalarında istifadə edilir. POL–SİPRO, 1-17 yaş arası uşaqlarda kompleks sidik yolu infeksiyaları və böyrək infeksiyalarının 2-ci və 3 -ci mərhələsinin müalicəsində (istifadə yalnız siprofloksasinə hə ssas mikroorqanizmlərin mövcudluğu ilə məhdudlaşır), 5-17 yaş arası kistoz fıbrozun P. aeruginosa adlı bakteriya ilə bağlı ağciyər kəskinləşməsində istifadə edilir. Uşaqlarda istifadə zamanı əlavə təsirlərə görə ciddi fayda risk nisbəti nəzərə alınmalıdır.

Böyüklərdə və uşaqlarda tənəffüs yolu ilə keçən qarayara xəstəliyinin baş verməsini azaltmaq və gedişini zəiflətmək üçün də istifadə edilir.

Əks göstərişlər

Dərmanın tərkibindəki maddələrdən hər hansı birinə və ya digər xinolon törəmələrinə qarşı yüksək həssaslıq. Tərkibində tizanidin (miorelaksant dərman maddəsi) olan hər hansı dərman preparatı ilə birlikdə istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. POL–SİPRO hamiləlik zamanı istifadə edilməməlidir. Müalicə zamanı hamilə olduğunuzu başa düşsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya Siprofloksasin ana südünə keçir.

Artikulyar zədələnmə riskindən asılı olaraq POL–SİPRO ana südü zamanı istifadə edilməməlidir. POL–SİPRO ana südü ilə xaric edilir və oynaqların zədələnməsi riski səbəbindən süd verən analar tərəfindən istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır. Bu təsir xüsusilə spirtlə birlikdə istifadə zamanı daha güclü olur.

POL–SİPRO istifadə qaydası və dozası

Həkiminiz başqa cür tövsiyə etməzsə, böyüklər üçün aşağıdakı gündəlik dozalar tövsiyə edilir. Göstəriş Böyüklər üçün təklif edilən gündəlik və tək doza (mq siprofloksasin venadaxili) Müalicə müddəti (mümkün olan ən qısa müddətdə oral müalicəyə keçid daxildir) Tənəffüs yollarının infeksiyaları 2x400 mq-3x400 mq 7-14 gün Sidik yollarının infeksiyaları (pielonefrit) Böyrəklərdə sadə kəskin iltihab 2x200 mq-2x400 mq 7-21 gün Sadə olmayan 2x400 mq-3x400 mq 7-21 gün Genital infeksiyalar Adneksit (yumurtalıq və uşaqlıq borularının iltihabı), prostatit, orxoepididimit 2x400 mq-3x400 mq 14-28 gün İshal 2x400 mq 1-5 gün Digər infeksiyalar 2x400 mq 7-14 gün Ağır və həyat üçün təhlükəli olan infeksiyalar Kistoz fıbrozda təkrarlanan infeksiyalar 3x400 mq 7-14 gün Sümük və oynaq infeksiyaları (məsələn, sümük infeksiyası) 3x400 mq Maksimum 3 ay (sümük infeksiyalarda maksimum 2 ay) Qanda iltihab 3x400 mq 7-14 gün Qarın içində infeksiyalar 3x400 mq 5-14 gün İmmunitet sistemi zəifləmiş xəstələr 2x400 mq-3x400 mq Ağ qan hüceyrələrinin az olduğu dövr ərzində Tənəffüs yolları ilə keçən (Bacillus anthracis -ə məruz qaldıqdan sonra) qarayara 2x400 mq 60 gün Venadaxili müalicədən sonra POL–SİPRO ilə müalicə onun oral istifadə olunan dərman formaları ilə davam etdirilir. Qızdırmanın düşməsindən və ya simptomların yox olmasından sonra müalicə daha 3 gün müddətində davam etdirilməlidir. Streptococcus və Chlamydia adlı bakteriyalar tərəfındən törədilən infeksiyalarda müalicə ən azı 10 gün davam etdirilməlidir.

Venadaxili yeridilmə ilə başlanan müalicə daha sonra preparatın daxilə qəbul edilən dərman forması ilə davam etdirilməlidir. İstifadə qaydası POL–SİPRO venadaxili və 60 dəqiqəlik bir müddət ərzində yeridilməlidir. Geniş venaya tədrici infuziya xəstənin narahatlığını minimuma endirir və venoz qıcıqlanma riskini azaldır. İnfuziya məhlulu bir başa və ya digər uyğun infuziya məhlulları ilə qarışdırılaraq verilə bilər.

Soyuqda çöküntü yarana bilər və otaq temperaturunda çöküntü yenidən həll ola bilər; bu səbəbdən infuziya məhlulunun soyuducuda saxlanmaması tövsiyə edilir. Digər infuziya məhlulları və terapevtik məhsullar üçün uyğun olduğu göstərilməyibsə, ayrıca tətbiq edilməlidir. Çöküntü, bulanıqlıq və rəng dəyişikliyi kimi hadisələr uyğunsuzluğun vizual əlamətləridir. Məhlulun p H -da fiziki və ya kimyəvi cəhətdən sabit olmayan penisilinlər, heparin məhlulu kimi bütün infuziya məhlulları və terapevtik məhsullar ilə uyğunsuzluq yarana bilər.

Siprofloksasin məhlulunun p H 3,5 -4,6 olduğundan, məhz qələvi p H -na tənzimlənmiş məhlullarla uyğunsuzluq yaranır. Müxtəlif yaş qrupları Uşaqlar və yeniyetmələrdə istifadəsi İnfeksiya Tövsiyə edilən doza Tövsiyə edilən müalicə müddəti 5-17 yaş arası uşaqlarda ailə keçidli, xüsusilə vəzilərini tutan bir xəstəlik olan kistoz fıbrozun P. aeruginosa infeksiyasına bağlı ağciyər infeksiyası Gündə 3 dəfə venadaxili istifadə edilən POL– SİPRO ilə 10 mq/kq (maksimal gündəlik doza 1200 mq) 10-14 gün Sadə olmayan sidik yolu infeksiyaları və böyrək infeksiyası 8 saatdan bir venadaxili 6-10 mq/kq (maksimum 400 mq/doza) 10-21 gün Tənəffüs yolları ilə keçən qarayara Gündə 2 dəfə 10 mq/kq (bir dəfədə tətbiq olunan maksimum doza 400 mq aşmamalıdır; maksimal gündəlik doza 800 mq) 60 gün Əgər qarayaraya məruz qalsa nız və ya qarayaraya məruz qaldı ğınızdan şübhələnirsinizsə, mümkün qədər tez müalicəyə başlamalısınız. Böyrək və qaraciyər pozğunluğu olan uşaqlarda doza ilə bağlı tədqiqat aparılmamışdır.

Yaşlılarda istifadəsi Yaşlı xəstələrdə mümkün olduqca aşağı dozalarda istifadə edilməlidir. Xüsusi hallarda istifadəsi Böyrək çatışmazlığı Orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə maksimum gündəlik doza venadaxili 800 mq -dır. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə maksimum gündəlik doza venadaxili 400 mq -dır. Böyrək çatışmazlığı olan və dializdə olan xəstələrdə böyrək çatışmazlığı zamanı istifadə olunan doza tətbiq olunur, ancaq dializ günlərində dərman dializdən sonra verilməlidir.

Böyrək çatışmazlığı olan və davamlı olaraq ambulator peritoneal dializ alan xəstələrdə dializ mayeya hər litr üçün 50 mq POL–SİPRO əlavə edilib 6 saatdan bir istifadə edilir və ya daxilə 500 mq POL– SİPRO qəbul edilir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur. Böyrək və qaraciyər çatışmazlığının birlikdə olduğu halda, yuxarıda göstərilən böyrək çatışmazlığında istifadə olunan dozalar tətbiq olunur. POL–SİPRO qida və içkilərlə istifadə edilməsi Qida və içkilər POL–SİPRO ilə aparılan müalicənizə təsir göstərmir.

POL–SİPRO istifadə etməyi unutsanız Unudulan dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Əgər POL–SİPRO təsirinin çox güc lü və ya zəif olduğuna dair təəssüratınız varsa həkiminizə və ya əczaçıya bildirin.

Prepared by  T-Soft E-Commerce.