Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq linezolid vardır.
Pnevmoniyanın və bəzi dəri və dərialtı toxuma infeksiyalarının müalicəsi üçün istifadə olunur.
Aşağıdakı hallarda POLİNOKSİD-in istifadəsi əks göstərişdir. • Linezolidə (preparatın t əsiredici madd əsi) v ə ya preparatın köm əkçi maddə lərindən hə r hansı birin ə qarşı yüksək hassaslıq (allergiya). • Monoaminooksidazanın inhibitorları qrupuna aid olan dərmanlardan hər hansı biri ilə müalicə zamanı (məsələn, fenelzin, izokarboksazid, selegilin, moklobemid) və ya onlarla müalic ənin dayandırılmasından sonra 2 hə ftə müddətində Polinoksidin istifad əsi əks göst ərişdir. Bunlar depressiyanın və ya Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur.
• Laktasiya dövrü. Ana südünə keçdiyi üçün südəmər uşağa təsir göstərə bilər. Aşağıdakı hallardan hər hansı biri mövcud olarsa, POLİNOKSİD Sizin üçün uyğun olmaya bilər. Həkiminiz ümumi v əziyyətinizi və qan təzyiqinizi qiymətləndirmək üçün ətraflı nəzarət tələb edə bilər.
Bəzi hallarda başqa bir dərman müalicəsinin Sizin üçün daha uyğun olduğuna qərar verə bilər. Bu halların Sizə aid olub-olmadığına əmin deyilsinizsə, həkiminizlə məsləhətləşin. • Qan təzyiqiniz yüksəkdirsə (buna görə dərman istifadə edib-etməməyinizdən asılı olmayaraq). • Əgər Sizə hipertireoz (qalxanabənzər vəzinin yüksək aktivliyi) diaqnozu qoyulmuşdursa.
• Böyrəküstü vəzilərdə şiş (feoxromositoma) və ya hormonal sistemində şişin olmasına görə Sizdə ishal, dəridə qızartı, xırıltılı tənəffüs kimi simptomlar (karsinoid sindrom) varsa. • Maniakal depressiya, şizoaffektiv pozğunluq, şüurun dumanlanması və ya digər psixi probleml əriniz varsa. • Aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə: Soyuqdəymə, qrip və ya burun tutulmasına qarşı (ödeməleyhinə) istifadə olunan psevdoefedrin və ya fenilpropanolamin tərkibli dərmanlar. Salbutamol, terbutalin, fenoterol kimi bronxial astmanın müalicə si üçün istifad ə olunan bə zi dərmanlar.
Trisiklik antidepressantlar və ya SSGUİ (Selektiv serotoninin geriudulmasının inhibitorları), məsələn, amitriptilin, sipramil, klomipramin, dosulepin, doksepin, fluoksetin, fluvoksamin, imipramin, lofepramin, paroksetin; sertralin kimi antidepressantlar. Sumatriptan və zolmitriptan kimi, miqrenin müalicəsində istifadə olunan dərmanlar. Adrenalin (epinefrin) kimi sürətli allergik reaksiyaları aradan qaldırmaq üçün istifadə olunan dərmanlar. Noradrenalin (norepinefrin), dofamin və dobutamin kimi qan təzyiqini yüksəldən dərmanlar.
Petidin kimi güclü ağrını azaltmaq üçün istifadə olunan dərmanlar. Buspiron kimi qorxu və həyəcan zamanı istifadə olunan dərmanlar. Rifampisin adlanan antibiotik.
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamilə qadınlara POLİNOKSİD-in necə təsir göstərməsi məlum deyil. Ona gör ə də hamiləlik dövründə həkimin tövsiyəsi olmadan istifadə edilməməlidir. Hamiləsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamil ə qalmaq istə yirsinizsə, bu də rmanı istifad ə etməzdən əvvəl h əkiminizlə və ya əczaçı il ə məsləhətləşin.
Müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövrü Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. POLİNOKSİD ana südün ə keçdiyi üçün südə mər uşağınıza t əsir göst ərə bilər. Ona gör ə də laktasiya dövründə POLİNOKSİD istifadə etməməlisiniz.
POLİNOKSİD-dən istifad ə zamanı başgicə llənmə və görmə pozğunluqları baş ver ə bilər. Əg ər POLİNOKSİD-dən istifad ə zamanı bu hallar baş ver ərsə, nəqliyyat vasit ələrini v ə digər potensial təhlükəli mexanizmləri idarə etməyin.
Venadaxili damcı üsulu ilə istifadə edilir. Həkiminiz xəstəliyinizdən asılı olaraq dərmanınızın dozasını təyin edəcək və Sizdə istifadə edəcəkdir. Bu dərman Sizə həkiminiz və ya tibbi heyət tərəfindən venadaxili damcı üsulu il ə yeridiləcəkdir. Böyüklər (18 yaş və yuxarı) üçün gündə 2 də fə 300 ml (600 mq linzolid) m əhlul 30-120 də qiqə ərzində vena daxilinə birbaşa qana yeridiləcəkdir.
Müalicə müddəti ümumiyyətlə 10-14 gün arasında tamamlanır, lakin 28 günə qədər davam ed ə bilər. POLİNOKSİD ilə 28 gündən çox davam edə n müalicənin təhlükəsizliyi və effektivliyi məlum deyil. Müalicə müddəti həkiminiz tərəfindən təyin ediləcəkdir. POLİNOKSİD-dən istifadə zamanı həkiminiz qan hüceyrələrinin sayını izləmək üçün müt əmadi olaraq Sizin qan analizinizi aparacaqdır.
28 gündən daha çox müddə t ərzində POLİNOKSİD istifadə etmisinizsə, həkiminiz görmə qabiliyyətinizi izləyəcəkdir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi POLİNOKSİD-in istifa ədəsinin effektivliyi v ə təhlükəsizliyi uşaqlarda və yeniyetmələrdə müəyyən olunmamışdır və dozalanma ilə bağlı heç bir tövsiyə edilə bilməz. Xüsusi hallarda istifadəsi Böyrək çatışmazlığı Həkiminiz sizin üçün dozaya xüsusi düzəliş etməyəcəkdir. Dializ xəstəsinizsə, dərmanınız dializdən sonra veriləcəkdir.
Qaraciyər çatışmazlığı Həkiminiz sizin üçün dozaya xüsusi düzəliş etməyəcəkdir. Əgər POLİNOKSİD-in təsirinin çox güclü və ya çox zəif olduğuna dair müşahidəniz varsa həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. POLİNOKSİD-in qida və içkilərlə birlikdə istifadəsi • POLİNOKSİD yeməkdən əvvəl, yemək zamanı və yeməkdən sonra istifadə oluna bilər., • POLİNOKSİD istifad ə edərkən, h əddindən artıq saxlanılmış pendir, maya ekstraktı v ə ya soya -lobya ekstraktı (məsələn, soya sousu) kimi bə zi qidaların v ə xüsusilə pivə və şərab kimi b əzi spirtli içkil ərin qəbulundan çəkinmək lazımdır. Bu d ərman b əzi qidaların tə rkibində təbii olaraq tapılan tiramin adlı maddə ilə qarşılıqlı təsirə girə və qan təzyiqinizin yüksəlməsinə səbəb ola bilər.
• Yemək qəbul etdikdən və içki içdikdən sonra Sizdə pulsasiyaedici başağrısı əmələ gələrsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. POLİNOKSİD-in istifadəsi unudularsa Unudulmuş dozanın əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Bu dərman Sizə bir həkim və ya tibb bacısı t ərəfindən tibbi nəzarət altında yeridiləcəyi üçün bir dozanın buraxılması ehtimalı azdır. Lakin, dozanın buraxıldığını düşünürsünüzsə, hə kimə və ya tibb bacısına məlumat verin.
POLİNOKSİD ilə müalicə dayandırıldıqda baş verə biləcək təsirlər Həkiminiz müalic əni day andırmamağınızı söyl əyərsə, POLİNOKSİD- i istifad ə etməyə davam edin. POLİNOKSİD il ə müalicəni dayandırdıqda, əsas simptomlar yenid ən meydana çıxarsa, d ərhal həkiminizlə və ya əczacı ilə məsləhətləşin.