Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Prefix 250 mq 5 ml 100 ml suspenziya

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-12731
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
13,18 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PREFİKS, 250 mq/5 ml daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz

PREFİKS tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 250 mq sefprozilə ekvivalent miqdarda 261,55 mq sefprozil monohidrat vardır.

İstifadəsinə göstərişlər

Prefiks® 6 aylığından 12 yaşına qədər uşaqlarda, yeniyetmələrdə və böyüklərdə istifadə olunan sefalosporin antibiotikidir. Prefiks® ona həssas mikroorqanizmlər tərəfindən törədilən aşağıda qeyd olunmuş yüngül və orta ağırlıqda infeksiyaların müalicəsində istifadə edilir: ≥ 12 yaşlı yeniyetmələr və böyüklər

• Faringit, tonzillit və sinusit daxil olmaqla yuxarı tənəffüs yolları infeksiyaları

• Kəskin və xronik bronxit və pnevmoniya daxil olmaqla aşağı tənəffüs yolları infeksiyaları

• Dəri və dərialtı toxuma infeksiyaları

• Sistit daxil olmaqla ağırlaşmamış sidik sistemi infeksiyaları 6 aylıq – 12 yaş arası uşaqlar

• Faringit, tonzillit, orta otit və sinusit daxil olmaqla yuxarı tənəffüs yolları infeksiyaları

• Dəri və dərialtı toxumaların ağırlaşmamış infeksiyaları

Əks göstərişlər

Prefiks® sefalosporin qrupu antibiotiklərinə və Prefiks®-in hər hansı komponentinə qarşı allergiyası olan xəstələrə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlar üzərində müvafiq tədqiqatlar aparılmamışdır. Bu dərman hamiləlik zamanı, onun istifadəsinə həqiqətən yüksək zərurət yaranarsa, istifadə edilə bilər. Laktasiya Südəmər uşağı olan qadınlara 1 q dozada birdəfəlik təyini zamanı az miqdarda (dozanın < 0,3%) sefprozil ana südündə tapılmışdır. Orta sutkalıq konsentrasiyası 0,25-3,3 mkq/ml arasında dəyişir. Sefprozilin körpəyə təsiri bilinmədiyindən laktasiya dövründə ehtiyatla təyin edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı tədqiqatlar keçirilməmişdir.

PREFİKS istifadə qaydası və dozası

Prefiks® peroral qəbul edilir. Qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Peroral suspenziyanın hazırlanması üçün göstərişlər İstifadədən əvvəl hazırlanır: su əlavə edilir və yaxşı çalxalanır. Hər istifadədən əvvəl suspenziyanı çalxalamaq lazımdır. Qarışdırdıqdan sonra soyuducuda saxlanılır və 14 gündən sonra istifadə edilməyən hissəsi atılır. Prefiks® həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyalarda istifadə edilir: Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda dozalanma Yuxarı tənəffüs yolları infeksiyaları: 24 saatdan bir 500 mq. Sinusit: 12 saatdan bir 250-500 mq. Aşağı tənəffüs yolları infeksiyaları: 12 saatdan bir 500 mq. Dəri və dərialtı toxuma infeksiyaları: 12 saatdan bir 250 mq və ya 24 saatdan bir 500 mq. Ağırlaşmamış sidik sistemi infeksiyaları: 24 saatdan bir 500 mq. 6 aylıq-12 yaşlı uşaqlarda dozalanma Orta otit: 12 saatdan bir 15 mq/kq.

Yuxarı tənəffüs yolları infeksiyaları, faringit və ya tonzillit: 20 mq/kq gündə 1 dəfə və ya 2 bərabər dozaya bölünmüş şəkildə 15 mq/kq/gün. Sinusit: 7,5-15 mq/kq 12 saatdan bir. Dəri və dərialtı toxumaların ağırlaşmamış infeksiyaları: 20 mq/kq gündə 1 dəfə. Uşaqlara verilən maksimal doza böyüklər üçün tövsiyə olunan maksimal gündəlik dozadan artıq olmamalıdır. Beta-hemolitik streptokoklar tərəfindən törədilmiş infeksiyaların müalicəsində Prefiks®-in terapevtik dozaları 10 gün ərzində təyin edilməlidir. Xüsusi qrup xəstələr Böyrək çatışmazlığı olan xəstələr Sefprozil böyrək çatışmazlığı olan xəstələrə təyin edilə bilər. Kreatinin klirensi >30 ml/dəq olan xəstələrdə doza düzəlişinə ehtiyac yoxdur. Kreatinin klirensi ≤ 30 ml/dəq olan xəstələrdə ilkin doza tam şəkildə verilir, lakin sonrakı dozalar tövsiyə olunan dozanın yarısını təşkil edir, qəbul tezliyi dəyişmir. Sefprozil hissəvi olaraq hemodializlə xaric olunur, buna görə də Prefiks® ilə müalicə alan xəstələrdə hemodializ bitdikdən sonra antibiotik yenidən verilməlidir. Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər çatışmazlığı olan xəstələrdə doza düzəlişinə ehtiyac yoxdur.

Prepared by  T-Soft E-Commerce.