Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent 512,46 mq levofloksasin hemihidrat vardır.
Levofloksasin geniş təsir spektrinə malik olan flüorxinolonlar qrupundan olan antibakterial dərman vasitəsidır. Levofloksasin böyüklərdə aşağıdakı infeksiyaların müalicəsində istifadə üçün göstərişdir: − Kəskin bakterial rinosinusit • Kəskin sinusit • Kəskin bakterial sinusit − Xroniki bronxitin və xroniki obstruktiv ağciyər xəstəliyinin kəskin kəskinləşməsi • Xroniki obstruktiv ağciyər xəstəliyinin, o cümlədən bronxitin kəskinləşməsi Xroniki obstruktiv ağciyər xəstəliyinin, o cümlədən bronxitin kəskinləşməsi zamanı Primofloks yalnız bu infeksiyaların müalicəsi üçün tövsiyə olunan digər antibakterial vasitələrdən istifadənin məqsədəuyğun hesab edilmədiyi hallarda istifadə edilməlidir. • Xroniki bronxitin kəskinləşməsi. • Xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi.
− Xəstəxanadankənar pnevmoniya. − Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları/Dərinin və dəri strukturlarının ağırlaşmış infeksiyaları. Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları/Dərinin və dəri strukturlarının ağırlaşmış infeksiyaları üçün Primofloks yalnız bu infeksiyaların müalicəsi üçün tövsiyə olunan digər antibakterial vasitələrdən istifadənin məqsədəuyğun hesab edilmədiyi hallarda istifadə edilməlidir. − Kəskin pielonefrit və sidik yollarının ağırlaşmış infeksiyaları (4.4 bölməsinə baxın) − Xroniki bakterial prostatit − Ağırlaşmamış sistit • Sadə ağırlaşmamış kəskin sistit.
• Qadınlarda kəskin sistit. • Premenopauzal yaşlı qadınlarda ümumi ağırlaşmamış kəskin sistit. • Qadınlarda təkrarlanan sistit. • Aşağı sidik yollarının ağırlaşmamış kəskin infeksiyası (ümumi sistit).
− Qarayara (İnhalyasiya forması): Primofloks, ilkin olaraq venadaxilinə levofloksasinin yeridilməsi ilə yaxşılaşan pasiyentlərdə müalicəni tamamlamaq üçün istifadə edilə bilər. Antibakterial vasitələrin müvafiq istifadəsi üçün rəsmi təlimatlar nəzərə alınmalıdır.
Primofloks aşağıdakı hallarda istifadə edilməməlidir: − levofloksasinə, digər xinolon törəmələrinə və ya maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə − epilepsiya xəstələrində − anamnezində flüorxinolonlarin istifadəsi ilə əlaqəli vətər pozğunluğu olan pasiyentlərdə − uşaqlarda və yeniyetmələrdə inkişaf dövründə (18 yaşa qədər) − hamiləlik zamanı və laktasiya dövründə
Hamiləlik Preparatın hamiləlik zamanı istifadəsi əks göstərişdir. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatlar reproduktiv toksiklik baxımından birbaşa və ya dolayı zərərli təsirlər göstərməmişdir. Bununla belə, insanlara dair məlumatların məhdud olması səbəbindən, eləcə də heyvanlar üzərində aparılan tədqiqatların flüorxinolonlar tərəfindən böyüməkdə olan bədəndə daşıyıcı oynaq qığırdaqlarının pozulması riskinin artması göstərildiyinə görə, levofloksasin hamilə qadınlara tətbiq edilməməlidir. Laktasiya Preparatın südverən qadınlarda istifadəsi əks göstərişdir.
Digər flüorxinolonların ana südünün tərkibinə daxil olmasına baxmayaraq, levofloksasinin ana südü ilə ifrazı ilə əlaqəli adekvat məlumatlar yoxdur. İnsanlara dair məlumatların olmaması səbəbindən, eləcə də heyvanlar üzərində aparılan tədqiqatların flüorxinolonlar tərəfindən böyüməkdə olan bədəndə daşıyıcı oynaq qığırdaqlarının pozulması riskinin artması göstərildiyinə görə, levofloksasin südverən qadınlara təyin edilməməlidir. Fertilliyə təsiri Levofloksasin siçovullar üzərində aparılmış tədqiqatlarda fertilliyi və ya reproduktiv qabiliyyətləri pozmamışdır.
Levofloksasin nəqliyyat vasitələrini idarə etmək və təhlükəli mexanizmlərlə məşğul olmaq qabiliyyətinə cüzi və ya orta dərəcədə təsir göstərir. Bəzi əlavə dərman reaksiyaları (məsələn, başgicəllənmə, vertiqo, yuxululuq, görmə pozğunluqları) pasiyentin diqqətini cəmləmək və reaksiya vermək qabiliyyətini zəiflədə bilər və bu cür qabiliyyətlərə xüsusilə ehtiyac duyulan hallarda risk faktoru hesab edilə bilər.
Primofloks peroral istifadə üçün nəzərdə tutulmuşdur. Primofloks infeksiyanın növündən və şiddətindən və törədicinin levofloksasinə həssaslığından asılı olaraq gündə bir və ya iki dəfə təyin edilir. Levofloksasinlə müalicə parenteral yolla başlanırsa (peroral qəbulu məqsədəuyğun hesab edilməyən pasiyentlərdə), pasiyentin vəziyyətindən asılı olaraq oral qəbula keçmək mümkündür. Levofloksasinin bioekvivalentliyinə görə bərabər oral və parenteral dozalar tətbiq oluna bilər.
Müalicənin davametmə müddəti Müalicənin davametmə müddəti xəstəliyin gedişatı ilə müəyyən edilir. Hər bir antibiotik terapiyasında olduğu kimi, levofloksasinin tətbiqi bakterial infeksiyanın aradan qaldırılması müəyyən edildikdən və ya xəstə afebril (hərarətin olmamasından) olduqdan sonra minimum 48-72 saat davam etdirilir. Dozalanma Primofloksun aşağıdakı dozaları tövsiyə oluna bilər: Normal böyrək funksiyasına malik pasiyentlərdə dozalanma (kreatinin klirensi > 50 ml/dəq) Göstərişlər Gündəlik dozalanma rejimi (xəstəliyin şiddətindən asılı olaraq) Müalicə müddəti Kəskin bakterial sinusit 500 mq gündə bir dəfə 10-14 gün Xroniki bronxitin bakterial kəskinləşməsi 500 mq gündə bir dəfə 7-10 gün Xəstəxanadan kənar pnevmoniya 500 mq gündə bir dəfə və ya iki dəfə 7-14 gün Sidik yollarının ağırlaşmış infeksiyaları 500 mq gündə bir dəfə 7-14 gün Pielonefrit 500 mq gündə bir dəfə 7-10 gün Xroniki bakterial prostatit 500 mq gündə bir dəfə 28 gün Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları 500 mq gündə bir dəfə və ya iki dəfə 7-14 gün Qarayara (inhalyasion forması) 500 mq gündə bir dəfə 8 həftə Xüsusi qrup populyasiyalar Böyrəklərin funksional pozğunluğu na malik pasiyentlərin müalicəsi üçün preparatın aşağıdakı dozaları məsləhət görülür (kreatinin klirensi ≤ 50 ml/min) Dozalanma rejimi 250 mq hər 24 saatdan bir 500 mq hər 24 saatdan bir 500 mq hər 12 saatdan bir Kreatinin klirensi Başlanğıc doza 250 mq Başlanğıc doza 500 mq Başlanğıc doza 500 mq 50-20 ml/dəq Növbəti dozalar: 125 mq/ 24 saat Növbəti dozalar: 250 mq/ 24 saat Növbəti dozalar: 250 mq/ 12 saat 19-10 ml/dəq Növbəti dozalar: 125 mq/ 48 saat Növbəti dozalar: 125 mq/ 24 saat Növbəti dozalar: 125 mq/ 12 saat < 10 ml/dəq (hemodializ və davamlı ambulator peritoneal dializ (DAPD)1 daxil olmaqla Növbəti dozalar: 125 mq/ 48 saat Növbəti dozalar: 125 mq/ 24 saat Növbəti dozalar: 125 mq/ 24 saat 1Hemodializ və ya davamlı ambulator peritoneal dializ (DAPD) zamanı əlavə dozalar tələb olunmur. Qaraciyərin funksional pozğunluğuna malik olan pasiyentlərdə dozalanma Bu pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur.
Levofloksasin az miqdarda qaraciyərdə metabolizə olunur; o, əsasən böyrəklər tərəfindən xaric olunur. Yaşlı pasiyentlərdə dozalanma Böyrək funksiyalarının pozulmasına dair sübutlar olmadıqda, dozanın tənzimlənməsi tələb olunmur. Pediatrik populyasiyada istifadəsi Primofloks preparatının uşaqlarda və yeniyetmələrdə inkişaf dövründə (18 yaşa qədər) istifadəsi əks göstərişdir. İstifadə üsulu Primofloks örtüklü tabletləri bütöv şəkildə, əzilmədən, kifayət qədər miqdarda maye ilə udulmalıdır.
Tabletlər yemək zamanı və ya yeməklər arasında qəbul edilə bilər. Primofloks, absorbsiyanın azalması ehtimalına görə dəmir duzları, tərkibində alüminium və ya maqnezium olan antasidlər, didanozin və ya sukralfat qəbul etməzdən ən azı iki saat əvvəl və ya sonra qəbul edilir.