Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PRINIL N20 TAB

Məhsul Kodu : 111-28502
İstehsalçı ölkə: Argentina
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PRİNİL, örtüklü tabletlər

PRİNİL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq meloksikam, 4 mq pridinol vardır.

İstifadəsinə göstərişlər

Lumbalgiya, servikalgiya, servi kobraxialgiya, tortikollis və/ və ya vertebral diskopatiya, fibrosit kimi əzələ yığılması ilə bağlı ağrılar ilə baş verən iltihabi əzələ-skelet prosesləri.

Əks göstərişlər

Hər hansı tərkib hissəsinə qarşı hiperhəssaslıq. Qarşılıqlı həssaslıq reaksiyaları aspirin və ya digər QSİƏD-lər ilə baş verə bilər, bu dərman vasitəsindən istifadə astma, nazal polip, angioödem və ya aspirin və digər QSİƏD-lərin səbəb olduğu urtikariya tarixçəsi olan xəstələrdə əks göstərişdir. Aktiv mədə-bağırsaq xorası. Mədə -bağırsaq, serebral və ya digər hemorragik n övlər.

Kəskin qaraciyər və/ və ya böyrək çatışmazlığı. Revaskulyarizasiya əməliyyatında əməliyyat öncəsi ağrının müalicəsi. Antixolinergik təsirlərin olması ehtimalına görə, bağlı bucaqlı qlaukoma, sidiyin saxlanılması ilə urodinamik pozğunluqlar, mədə-bağırsaq traktının mexaniki okkluziyası, taxiaritmiya, meqakolon və ya kəskin ağciyər ödemi hallarında preparatın qəbulu tövsiyyə edilmir. Hamiləlik və ya laktasiya zamanı onun qəbulu tövsiyyə edilmir.

Uşaqlar və ya yeniyetmələr qəbul etməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: PRİNİL hamiləlik zamanı qəbul edilməməlidir. Hamiləliyin son rübündə prostaqlandin inhibitorlarından istifadə arteria kanalının erkən bağlanmasına və ya uşaqlığın inersiyasına səbəb ola bilər. Laktasiya: PRİNİL laktasiya zamanı qəbul edilməməlidir. Ana üçün dər man vasitəsinin aktuallığını nəzərə alaraq, dərman vasitəsi və ya laktasiyanı n dayandırılıb -dayandırılmaması barədə qərar qəbul olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əlaqəli deyil.

PRİNİL istifadə qaydası və dozası

Böyüklər: gündə ½ və ya 1 tablet. Tabletlər yaxşı olardı ki yeməkdən sonra qəbul edilsin.

Prepared by  T-Soft E-Commerce.