Sevimlilərə əlavə edin
Paylaşın

REMYCIN 100 MG N10 TB

Məhsul Kodu : 111-02961
İstehsalçı ölkə : Kipr
Reseptlə satılır
1 Şərh Şərh
6,14 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

REMİSİN, 100 mq örtüklü tabletlər

Remisin tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 120 mq doksisiklin hiklat (100 mq doksisiklinə  müvafiq) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, natrium nişasta qlikolyatı,  maqnezium stearat, povidon, talk. Örtük: hipromelloza, makroqol 400, titan dioksid, talk.

İstifadəsinə göstərişlər:

  Remisin qrammüsbət və qrammənfi bakteriyaların törətdiyi infeksiyaların müalicəsi üçün istifadə edilir, məsələn:  Tənəffüz yollarının infeksiyaları: Streptococcus pneumoniae, Haemophilus influenzae, Klebsiella pneumoniae və başqa mikroorqanizmlər tərəfindən törədilən pnevmoniya və aşağı tənəffüs yollarının digər infeksiyaları. Mycoplasma pneumoniae tərəfindən törədilən pnevmoniya və xroniki bronxit, sinusit, tonzillit, otit Mədə bağırsaq yollarının Klebsiella növü, Enterobacter növü, Escherichia coli, Streptecoccus faecalis və başqa mikroorqanizmlər tərəfindən törədilən infeksiyaları.  Cinsi əlaqə ilə yoluxan infeksiyalar: Chlamydia trachomatis infeksiyası daxil olmaqla ağırlaşmış uretral, uşaqlıq boynu kanalının selikli qişasının infeksiyaları və ya rektal infeksiyalar. QeyriUreaplasma urealyticum (T-mycoplasma), Chancroid, Granuloma inguinale və Lymphogranuloma venerum tərəfindən törədilən qonokokk uretrit, sistit, pielonefrit, uretrit, süzənək və sifilir.  Dəri infeksiyaları: çivzə zamanı antibiotik müalicə mütləq zəruri olduğu halda.  Remisin tetrasiklin qrupuna aid olduğuna görə, o başqa tetrasiklinlərə cavab verən aşağıdakı infeksiyaların müalicəsində faydalı ola bilər: -Göz infeksiyaları: şübhəli qonokokk, stafilokokk, Hemophilus influenzae  tərəfindən törədilən traxoma və konyunktivit. -Rikketsilərin törətdiyi infeksiyalar: səpgili yatalaq qrupu, Kvinsland qızdırması, Koksit endokarditi və gənə qızdırması. Başqa infeksiyalar: psittakoz, brusellyoz (streptomisinlə birgə), vəba, meloidoz, leptospiroz, tulyaremiya.

  Əks göstərişlər:

 Preparatın komponentlərindən hər hansı birinə və ya digər tetrasiklinlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Kəskin və xroniki qaraciyər və/və ya böyrək çatışmazlığı. 8 yaşa qədər uşaqlarda istifadə. Porfiriya. Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. 

Remisin istifadə qaydası, dozası

 Böyüklər və bədən kütləsi 50 kq-dan artıq olan uşaqlar üçün adi doza, birinci gün 200 mq olmaqla, növbəti günlər gündəlik 100mq-dır. Kəskin infeksiyalar zamanı gündəlik doza 200 mqa qədər (birdəfəlik doza şəklində və ya hər 12 saatdan bir) artırıla bilər. Remisinlə müalicə simptomlar aradan qalxdıqdan sonra daha iki gün müddətində davam etdirilməlidir.  Remisin tabletləri bir qədər maye ilə qəbul edilməlidir. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02961

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce