Sevimlilərə əlavə edin
Paylaşın

Replek-Azitromisin 500MG N3 Tb

Məhsul Kodu : 111-25647
İstehsalçı ölkə : Bosniya ve Herseqovina
0 Şərh Şərh
4,75 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

REPLEK-AZİTROMİSİN, 500 mq örtüklü tabletlər

REPLEK-AZİTROMİSİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisin (azitromisin dihidrat) vardır.

İstifadəsinə göstərişlər

Azitromisin makrolid qrupu antibiotiklərinə aiddir. Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə olunur: ‒ aşağı və yuxarı tənəffüs yollarının infeksiyaları (xroniki bronxitin kəskinləşməsi, xəstəxanadankənar pnevmoniya, tonzillit, farinqit, sinusit); ‒ orta otit; ‒ dərinin və yumşaq toxumaların infeksiyaları (infeksiyalaşmış yanıqlar istisna olmaqla); ‒ genital (cinsiyyət yolları) infeksiyaları: Chlamydia trachomatis mikroorqanizmlərinin törətdikləri ağırlaşmamış uretrit/servisit.

Əks göstərişlər

Azitromisin dihidrata, eritromisinə və ya digər makrolid/ketolid antibiotiklərinə, yaxud preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hər hansı bir dərman istifadə etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Preparatı istifadə etməzdən əvvəl hamilə olduğunuzu həkimə bildirin (hamilə olduğunuzu ehtimal etdikdə). Hamiləlik dövründə azitromisinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən hamiləlik dövründə, həkim tərəfindən tövsiyə edilmədikdə Azitromisin preparatı qəbul edilməməlidir.

Laktasiya Preparatın istifadəsindən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Azitromisin ana südünə keçdiyinə görə laktasiya dövründə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur. Müalicə zamanı başqicəllənmə və qicolmalar kimi xoşagəlməz reaksiyaların inkişafı ilə əlaqədar nəqliyyat vasitələrinin idarə edilməsi və diqqətin yüksək konsentrasiyasını və sürətli psixomotor reaksiyalar tələb edən digər fəaliyyət növlərini yerinə yetirən zaman ehtiyatlı olmaq lazımdır.

REPLEK-AZİTROMİSİN istifadə qaydası və dozası

Həkimin göstərişlərinə ciddi əməl edin. Həkimdən məsləhət almadan terapiyanı dayandırmayın və dəyişdirməyin. Bədən çəkisi 45 kq və artıq olan böyüklər və uşaqlar Gündə bir dəfə 500 mq, 3 gün ərzində qəbul olunur, ümumi doza 1500 mq. Chlamydia trachomatis bakteriyasının səbəb olduğu ağırlaşmamış genital infeksiyaları Birdəfəlik 1000 mq doza peroral qəbul edilir.

Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək xəstəliyi zamanı həkimə bu barədə məlumat verin, doza korreksiyası tələb oluna bilər. Qaraciyər çatışmazlığı Azitromisinin qaraciyərdə metabolizmə məruz qalmasını və ödlə xaric olmasını nəzərə alaraq, ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatı istifadə etmək olmaz. Yaşlılar Yaşlı pasiyentlərdə preparat böyüklər üçün olduğu kimi eyni dozada istifadə olunur. Yaşlı pasiyentlər ürəyin elektrik keçiriciliyinin pozulması üzrə risk qrupuna daxil ola bilərlər; bu səbəbdən, ürək aritmiyalarının və torsade de pointes aritmiyasının inkişaf etmə riskini nəzərə alaraq, azitromisindən istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur.

Preparatın qəbul üsulu Tabletlər yarım stəkan su ilə qəbul edilməlidir. Azitromisinin təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Azitromisin preparatının istifadəsi unudularsa Bir doza qəbul etməyi unutduqda, buraxılmış dozanı mümkün qədər tez qəbul edin. Vaxt növbəti dozaya yaxınlaşdıqda, buraxılmış dozanı qəbul etməyin və növbəti doza öz vaxtında qəbul edilməlidir.

Bu dərmanın istifadəsi ilə bağlı hər hansı bir sualınız varsa, həkim və ya əczaçıyla əlaqə saxlayın. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir, əksinə müalicə bir gün artırılmalıdır. Azitromisin preparatının istifadəsi dayandırılarsa Həkimlə məsləhətləşmədən azitromisinlə müalicəni dayandırmayın. Təy in olunmuş müalicə tamamlanmasa, infeksiya yenidən qayıda bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25647

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce