Bitib
Stokda olanda mənə xəbər verin.Təsredici maddə: 1 tabletin tərkibində 500 mq siprofloksasinə ekvivalent olan 582 mq siprofloksasin hidroxlorid vardır.
Böyüklərdə: tənəffüs yollarının infeksiyaları; uzun sürən və ya residivləşən qulaq infeksiyaları və sinusitlər; böyrəklərin və sidik yollarının infeksiyaları; adneksit (yumurtalıqların və uşaqlıq borularının kəskin və xroniki iltihabı); qonoreya, prostatit də daxil olmaqla cinsiyyət orqanlarının infeksiyaları; həzm sisteminin və qarın boşluğunun infeksiyaları (o cümlədən peritonit);
dərinin və yumşaq toxumaların infeksiyaları; sümüklərin və oynaqların infeksiyaları; 18 yaşdan böyük şəxslərdə Neisseria meningitidis tərəfindən törədilən xəstəliklərin profilaktikası Ağır dərəcəli infeksiya və ya bir neçə növ bakteriya tərəfindən törədilən infeksiya zamanı müalicəyə digər bir antibiotik də əlavə edilə bilər. Uşaqlarda və yeniyetmələrdə ağır dərəcəli spesifik infeksiyaların müalicəsi üçün digər dərman preparatlarından istifadə etmək mümkün olmadıqda siprofloksasin həkim tərəfindən zəruri hesab edildikdə istifadə edilə bilər.
Siprofloksasinə, xinolon qrupundan olan digər antibiotiklərə, yaxud Resiprol -un köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. Tizanidin ilə eyni vaxtda istifadəsi.
Bu dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. C kateqoriyasına aiddir. Resiprol preparatının hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə dərhal həkiminizlə məsləhətləşin. Bu dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Resiprol ana südünə keçir və oynaqlarla əlaqədar zədələnmə riskindən asılı olaraq, süd verən analarda istifadəsi tövsiyə edilmir.
Resiprol nəqliyyat vasitələrini və ya mexanizmləri idarə etmək qabiliyyətinə mənfi təsir edə bilər. Bu vəziyyət, xüsusilə dərmanın alkoqolla birlikdə qəbulu zamanı müşahidə edilir.
Peroral yolla qəbul edilir. Bir qədər su ilə birlikdə bütöv udun. Həbləri acqarına və ya yeməkdən sonra qəbul etmək olar. Həbləri hər gün günün eyni vaxtında qəbul etməyə diqqət edin. Həblər süd məhsulları və ya mineral əlavə edilmiş içkilərlə (məsələn, süd, yoğurt, kalsiumla zənginləşdirilmiş portağal şirəsi) birlikdə qəbul edilməməlidir. Xəstəlik və ya digər səbəbdən həbləri qəbul edə bilməyən xəstələrə siprofloksasinin vena daxilinə təyin edilməsi tövsiyə olunur. Vena daxilinə yeridilmədən sonra, müalicə peroral yolla davam etdirilə bilər.
Göstərişlər Sutkalıq doza Müalicə müddəti Aşağı tənəffüs yollarının infeksiyaları gündə 2 dəfə 500 mq və ya 750 mq
7 - 14 gün Xroniki sinusit Xroniki orta otit Ağırlaşmış xarici otit gündə 2 dəfə 500 mq və ya 750 mq
7 - 14 gün Ağırlaşmamış sistit gündə 2 dəfə 500 mq və ya 750 mq (menopauza dövrü qadınlarda 500 mq yalnız bir dəfə) 7 - 14 gün Ağırlaşmış sistit Ağırlaşmamış pielonefrit gündə 2 dəfə 500 mq
7 gün Prostatit gündə 2 dəfə 500 mq və ya 750 mq
Kəskin vəziyyətlərdə 2 - 4 həftə Xroniki vəziyyətlərdə 4 - 6 həftə Urogenital qonoreya gündə 1 dəfə 500 mq
1 gün Epididimo - orxit və çanaq orqanlarının iltihabı gündə 2 dəfə 500 mq və ya 750 mq
14 gündən az olmayaraq Diareyalar (bakteriya ilə bağlı, həmçinin Shigella spp. və Shigella dysenteriae 1 tip, o cümlədən ağır "səyyah" diareyası) gündə 2 dəfə 500 mq
1 gün İntraabdominal infeksiyalar Qrammənfi bakteriyalar tərəfindən törədilən gündə 2 dəfə 500 mq və ya 750 mq
5 - 14 gün Dəri və yumşaq toxuma infeksiyaları gündə 2 dəfə 500 mq və ya 750 mq
7 - 14 gün
Müxtəlif yaş qrupları: Uşaqlarda istifadəsi: Həkiminizin tövsiyə etdiyi qaydada istifadə edilməlidir. Yaşlılarda istifadəsi: Həkiminizin tövsiyə etdiyi qaydada istifadə edilməlidir. Resiprol qəbul etməyi unutmusunuzsa
Mümkün olan ən qısa müddətdə normal dozanı qəbul edin və daha sonra təyin edildiyi qaydada dərmanın qəbulunu davam etdirin. Lakin əgər növbəti dozanı qəbul etmək vaxtı gəlib çatmışdırsa, unutduğunuz dozanı qəbul etməyin və normal qaydada dərmanın qəbulunu davam etdirin. Müalicə kursunu tam bitirin. Unutduğunuz dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Resiprol ilə müalicəni dayandırdıqda yarana biləcək təsirlər Hətta bir neçə gün sonra özünüzü daha yaxşı hiss etməyə başlasanız belə, müalicə kursunu tam bitirməyiniz vacibdir. Bu dərmanın qəbulunu vaxtından əvvəl dayandırsanız, infeksiya tam müalicə olunmaya və infeksiyanın simptomları yenidən meydana çıxar və ya pisləşə bilər. Həmçinin, antibiotiklərə qarşı rezistentlik inkişaf edə bilər. Bu dərmanın qəbulu ilə əlaqədar hər hansı əlavə suallarınız vardırsa, həkiminizə müraciət edin. Bu istifadə təlimatında qeyd edilməmiş hər hansı əlavə təsir müşahidə edirsinizsə, həkiminizi və ya əczaçınızı məlumatlandırın.