Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Revasid 1,5 qr N1 flakon

Məhsul Kodu : 111-03343
Reseptlə satılır
İstehsalçı ölkə: Çin
2,11 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

REVASİD, inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici

Revasid tərkibi

 Təsiredici maddə: 1 flakonda 1000 mq və ya  500 mq ampisillinin natrium duzu, 500 mq və ya  250 mq  sulbaktam natrium vardır. Həlledici:  1%-li lidokain hidroxlorid məhlulu. Preparat steril və apirogendir.

İstifadəsinə göstərişlər:

 Ampisillin /sulbaktama həssas mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin müalicəsi üçün istifadə olunur: • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları; • Sidik yollarının infeksiyaları; • Ginekoloji infeksiyalar; • Dərinin və yumşaq toxumaların infeksiyaları; • Sümük və oynaq infeksiyaları; • İntraabdominal infeksiyalar; • Qonokokk infeksiyaları; • Cərrahi  əməliyyatlardan  sonra  profilaktik  məqsədlə,  həmçinin  revmatizm   (aktiv  faza),  sepsis (septik endokardit), meningit. 

Əks göstərişlər:

 Preparatın komponentlərinə və penisillinlər qrupundan və beta-laktam qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq, qaraciyər çatışmazlığı, yerli anestetiklərə qarşı yüksək həssaslıq. Müxtəlif atrioventrikulyar blokadalar zamanı həlledici kimi lidokain hidroxloriddən istifadə etmək olmaz. Qaraciyərin disfunksiyası (hepatitlər daxil omaqla), xolestatik sarılıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Sulbaktam və ampisillinin hamiləlik dövründə təhlükəsizliyi təsdiq edilməmişdir. Sulbaktam plasentar baryeri keçir. Hamilə qadınlarda mütləq göstəriş olduqda istifadə olunur. Sulbaktam və ampisillin az konsentrasiyalarda ana südünə keçir. Bu səbəbdən laktasiya dövründə ampisillin sulbaktam ehtiyatla təyin olunmalıdır.  

Revasid istifadə qaydası, dozası

 REVASİD əzələ daxilinə yeridilir. Vena daxilinə yeritmək üçün preparat inyeksiya üçün fizioloji məhlulda həll olunur və asta-asta venaya yeridilir. Böyüklər üçün sutkalıq doza 1,5 q-dan (1q ampisillin/0,5 q sulbaktam) 12q-a qədərdir (8 q ampisillin/4 q                     sulbaktam). Sulbaktamın maksimal sutkalıq dozası 4q-dır. İnfeksion prosesin ağırlığından asılı olaraq 6-8 saat intervalla istifadə olunur. Orta ağır dərəcəli infeksiyalarda 12 saat intervalla təyin edilir. Həll edildikdən sonra preparat dərinə olmaq şərtilə əzələyə yeridilir. Məhlulu hazırladıqdan sonra 1 saat ərzində istifadə etmək lazımdır. Böyrək çatışmazlığı zamanı ampisillinin və sulbaktamın eliminasiyası dəyişir, plazmadakı səviyyəsi isə dəyişmir.

 

Prepared by  T-Soft E-Commerce.