Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ricox 90 mq N30 tablet

Məhsul Kodu : 111-24666
İstehsalçı ölkə: Hindistan
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİKOKS, 120 120 mq örtüklü tabletlər

RİKOKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 90 mq etorikoksib vardır. RİKOKS 120 Təsiredici maddə: 1 tabletin tərkibində 120 mq etorikoksib vardır.

İstifadəsinə göstərişlər

Etorikoksib böyüklərdə və 16 yaş və ondan böyük yeniyetmələrdə o steoartritin (OA), revmatoid artritin (RA), ankilozlaşdırıcı spondilitin simptomlarını, həmçinin kəskin podaqra artriti ilə bağlı ağrıları və iltihab əlamətlərini aradan qaldırılması üçün istifadə oluna bilər. Etorikoksib böyüklərdə və 16 yaşlı və ondan böyük yeniyetmələrdə və yaşlılarda stomatoloji cərrahiyyə ilə bağlı yüngül ağrıların qısamüddətli müalicəsi üçün istifadə olunur. SOG -2-nin selektiv inhibitorunun təyin edilməsinə dair qərar hər bir pasiyent üçün ümumi risklə - rin qiymətləndirilməsinə əsaslanmalıdır.

Əks göstərişlər

Aşağıdakı hallarda Etorikoksibin istifadəsi əks göstərişdir: • Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Aktiv peptik xora və ya aktiv mədə-bağırsaq (MB) qanaxması. • SOG -2-nin (siklooksigenaza -2) inhibitorları daxil olmaqla, asetilsalisil turşusu və ya QSİƏP istifadə etdikdən sonra bronxospazm, kəskin rinit, burun polipləri, angionevrotik ödem, övrə və ya allergik-tipli reaksiyalar hiss edən pasiyentlər. • Hamiləlik və laktasiya dövrü.

• Qaraciyərin ağır disfunksiyası (zərdab albumini <25 q/l və ya Çayld-Pyu şkalasına görə ≥10). • Kreatininin böyrək klirensinin <30 ml/dəq olması. • 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr. • Bağırsağın iltihabi xəstəliyi.

• Durğunluq ürək çatışmazlığı (NYHA II-IV). • Arterial təzyiqi daim 140/90 mm c.süt. -dan yüksək olan və qənaətbəxş şəkildə nəzarət edilə bilməyən hipertoniyalı pasiyentlər. • Ürəyin müəyyən edilmiş işemik xəstəliyi, periferik arteriyaların xəstəliyi və /və ya serebrovaskulyar xəstəlik.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik: SOG -2-ni inhibə edən digər preparatlar kimi, Etorikoksib hamilə qalmaq istəyən qadın - larda istifadə üçün tövsiyə olunmur. Hamiləlik: hamiləlik dövründə Etorikoksibin istifadəsi əks göstərişdir. Əgər preparatdan istifadə dövründə hamiləlik baş verərsə və ya hamiləliyə şübhə yaranarsa, Etorikoksiblə müalicə dayan - dırılmalıdır. Laktasiya dövrü: Etorikoksibin insanlarda ana südünə nüfuz edib -etməməsi məlum deyil.

Tədqiqatlar zamanı e torikoksibin laktasiya dövründə olan siçovullarda südlə xaric olu nması müşahidə olunub. Etorikoksib istifadə edən qadınlar uşaqlarını ana südü ilə qidalandırmadan ayırmalıdırlar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Etorikoksibdən istifadə zamanı başgicəllənmə, vertiqo (fırlanma hissi) və ya yuxululuq hiss edən pasiyentlər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən imtina etməlidirlər. İstifadəsi qaydası və dozası Dozası Revmatoid artrit: tövsiyə olunan doza gündə 1 dəfə 90 mq-dır. Ankilozlaşdırıcı spondilit: tövsiyə olunan doza gündə 1 dəfə 90 mq -dır. Kəskin ağrı vəziyyətləri üçün, Etorikoksib yalnız kəskin simptomatik dövrdə istifadə olunmalıdır.

Kəskin ağrı vəziyyətləri: kəskin ağrı vəziyyətləri üçün, Etorikoksib yalnız kəskin simptomatik dövrdə istifadə olunmalıdır. Kəskin podaqra artriti; tövsiyə olunan doza gündə 1 dəfə 12 0 mq-dır, kəskin podaqra artriti üçün Etorikoksib 8 gün ərzində verilmişdir. Stomatoloji cərrahi əməliyyatdan sonrakı ağrı: tövsiyə olunan doza maksimum 3 günlə məhdudlaşdırılmış müddət ərzində gündə 1 dəfə 90 mq -dır. Bəzi pasiyentlərə üç günlük müalicə dövründə Etorikoksibə əlavə olaraq, digər əməliyyatsonrası analgeziya tələb oluna bilər.

Hər bir göstəriş üçün tövsiyə olunan dazadan yüksək dozalar ya əlavə effektivlik nümayiş etdirməmiş, ya da öyrənilməmişdir, ona görə də: Revmatoid artrit və ankilozlaşdırıcı spondilit üçün 90 mq gündəlik doza aşılmamalıdır. Kəskin podaqra zamanı doza, maksimum 8 günlük müalicə ilə məhdudlaşdırılmış müddət ərzində gündə 1 dəfə 120 mq-ı aşmamalıdır. Əməliyyatsonrası diş cərrahiyyəsi ağrıları zamanı doza maksimum 3 günlə məhdudlaşdırılmış müddət ərzində gündə 90 mq-ı aşmamalıdır. İstifadə qaydası Oral.

Etorikoksib tabletləri oral istifadə olunur və qida ilə və ya acqarına qəbul edilə bilər. Etorikoksib acqarına qəbul edildikdə onun təsiri sürətlə başlaya bilər. Sürətli yüngülləşmə tələb olunan zaman bunu nəzərə almaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.