Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin hemihidrat vardır.
Ritolev preparatı böyüklərdə aşağıdakı infeksiyaların müalicəsi üçün təyin olunur: -kəskin bakterial sinusit, -xroniki bronxitin kəskin şiddətlənməsi, - cəmiyyət etiologiyalı pnevmoniya, - dəri və yumşaq toxumaların infeksiyaları (levofloksasin yalnız bu infeksiyaların ilkin müalicəsi üçün tövsiyə olunan antibakterial agentlərin istifadəsi məqsədəuyğun olmadıqda istifadə olunmalıdır), - pielonefrit və sidik yollarının ağırlaşmış infeksiyaları, - xroniki bakterial prostatit, - ağırlaşmamış (sadə) sistit, - qarayaranın ağciyər (inhalyasiya) forması: profilaktikası və müalicəsində. Levofloksasin tabletləri, venadaxili levofloksasinlə ilkin müalicə zamanı sağalma istiqamətində inkişaf göstərən pasiyentlərdə terapiya kursunu tamamlamaq üçün də istifadə edilə bilər.
Ritolev preparatı istifadə olunmamalıdır: - Levofloksasinə, preparatın komponentlərinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq, - epilepsiya, - anemnezində flüorxinolonların istifadəsinə bağlı yaranan vətər xəstəlikləri, - uşaqlar və yeniyetmələr, - hamiləlik, - ana südü ilə qidalandırma (laktasiya) dövrü
Hamilə qadınlarda levofloksasinin istifadəsinə dair məhdud sayda məlumat var. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksikliklə əlaqəli birbaşa və ya dolayı zərərli təsirlər bildirilməmişdir. Eksperimental məlumatlar flüorxinolonların inkişaf etməkdə olan organizmin qığırdağına zərərli təsir etdiyini göstərir, bu səbəblə, levofloksasinin hamiləlik dövründə istifadə olunmamalıdır. Digər flüorxinolonlar laktasiya dövründə ana südünə ifraz olunmasına baxmayaraq, levofloksasinin ana südünə keçməsi haqqında kifayət qədər məlumat yoxdur.
Bu preparat bəzi arzuolunmaz reaksiyalar(başgicəllənmə/vertiqo, yuxululuq və görmə pozğunluqları) yaradaraq xəstənin diqqətini və reaksiya vermə qabiliyyətini zəiflədə bilər. Bu hallar, nəqliyyat vasitələrini və digər potensial mexanizmləri idarə etməkdə risk yarada bilər.
Levofloksasin tabletləri gündə bir və ya iki dəfə qəbul olunur. Doza infeksiyanın növü və şiddətindən, həmçinin infeksiyaya səbəb olan patogenin həssaslığından asılıdır. Müalicə müddəti Müalicənin müddəti xəstəliyin gedişinə görə dəyişir (aşağıdakı cədvələ baxın). Ümumiyyətlə, antibiotik terapiyasında olduğu kimi, levofloksasin tabletlərinin qəbulu pasiyentin afebril olduqdan və ya bakterial eradikasiya əldə edildikdən sonra ən az 48-72 saat davam etdirilməlidir.
Normal böyrək funksiyası olan xəstələrdə doza (kreatinin klirensi>50 ml/dəq) İstifadəsinə göstərişlər Gündəlik doza Müalicə müddəti Kəskin bakterial sinusit gündə 1 dəfə 500 mq 10-14 gün Xroniki obstruktiv ağciyər xəstəliyinin kəskin şiddətlənməsi (bronxit daxil olmaqla) gündə 1-2 dəfə 500 mq 7-10 gün Cəmiyyət etiologiyalı pnevmoniya gündə 1-2 dəfə 500 mq 7-14 gün Pielonefrit gündə 1 dəfə 500 mq 7-10 gün Ağırlaşmamış (sadə) sistit Gündə 1 dəfə 250 mq 3 gün Mürəkkəb sidik yolu infeksiyaları gündə 1 dəfə 500 mq 7-14 gün Xroniki bakterial prostatit gündə 1 dəfə 500 mq 28 gün Mürəkkəb dəri və yumşaq toxuma infeksiyaları gündə 1-2 dəfə 500 mq 7-14 gün İmhalyasiya qarayara gündə 1 dəfə 500 mq 8 həftə Böyrək çatışmazlığı olan xəstələr (kreatinin klirensi ≤ 50 ml/dəq) Dozalanma rejimi 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat Kreatinin klirensi ilk doza: 250 mq ilk doza: 500 mq ilk doza: 500 mq 20-50ml/dəq sonra: 125 mq/24 saat sonra: 250 mq/24 saat sonra: 250 mq/12 saat 10-19ml/dəq sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/12 saat < 10 ml/dəq (hemodializ və davamlı ambulator peritoneal dializ daxil olmaqla) sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/24 saat Qaraciyər çatışmazlığı olan xəstələr Levofloksasin qaraciyər tərəfindən metabolizmə uğramadan, əsasən böyrəklər tərəfindən xaric olunduğu üçün bu xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur. Yaşlılarda Yaşlılarda böyrək funksiyasını nəzərə alaraq, tətbiq olunan dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Uşaqlarda Levofloksasinin uşaqlarda və inkişaf etməkdə olan yeniyetmələrdə istifadəsi əks göstərişdir. Qəbul qaydası Levofloksasin tabletlərinin qida qəbulu zamanı və ya yemeklər arası intervallarda yetərli miqdarda su ilə qəbul olunması tövsiyə olunur.
Levofloksasin tabletləri dəmir və sink tərkibli duzlar, maqnezium və ya alüminium tərkibli antasidlər və ya didanozindən (yalnız tamponlayıcı maddələr olan alüminium və ya maqnezium olan didanosin formulaları) və sukralfat tətbiqindən ən azı iki saat əvvəl və ya sonra qəbul olunmalıdır (çünki sorulmanın azalması baş verə bilər).