Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RODINIR 250MG/5ML 60ML SUSP

Məhsul Kodu : 111-23547
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
21,40 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RODİNİR, daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz

RODİNİR tərkibi

Təsiredici maddə: 5 ml hazır suspenziyanın tərkibində 125 və ya 250 mq sefdinir vardır.

İstifadəsinə göstərişlər

Rodinir preparatının istifadəsi mikroorqanizmlərin həssas ştammlarının törətdikləri yüngül və orta dərəcəli infeksiyaların müalicəsi üçün göstərişdir. Preparatın təsirinə qarşı rezistent bakteriyaların inkişaf etməsini azaltmaq və sefdinirin və digər antibakterial preparatların effektivliyi üçün sefdinir yalnız həssas mikroorqanizmlərin səbəb olduğu təsdiq edilən və ya əsaslı şəkildə ehtimal edilən infeksiyaların müalicəsi və ya qarşısının alınması məqsədi ilə istifadə edilə bilər. Antibakterial müalicə seçildikdə və ya dəyişdirildiyi halda, infeksiyanın törədicisi və ya onun həssaslığı barədə mövcud məlumat nəzərə alınmalıdır. Həmin məlumatlar mövcud olmadığı təqdirdə, antibakterial müalicənin seçilməsi müddətində patogen mikroorqanizmlərin dövr etməsinin yerli xüsusiyyətləri və antibakterial preparatlara qarşı rezistentliyin inkişaf etmə modelləri nəzərə alınmalıdır.

Böyüklər və yeniyetmələr (13 yaş və daha yuxarı) - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla), Haemophilus parainfluenzae (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinlərə qarşı həssas ştammlar) və Moraxella catarrhalis (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla) mikroorqanizmlərinin törətdikləri xəstəxanadan kənar pnevmoniya; - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla), Haemophilus parainfluenzae (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinlərə qarşı həssas ştammlar) və Moraxella catarrhalis (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla) mikroorqanizmlərinin törətdikləri xroniki bronxitin kəskinləşməsi; - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinlərə qarşı həssas ştammlar) və Moraxella catarrhalis (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla) mikroorqanizmlərinin törətdikləri kəskin haymorit. Qeyd: preparatın uşaqlarda istifadəsi barədə məlumat içlik vərəqənin “İstifadə qaydası və dozası” bölməsində və “Uşaqlar” hissəsində göstərilmişdir; - Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringit/tonzillit. Qeyd: sefdinir S. Pyogenes mikroorqanizmlərinin ağız-udlaq nahiyəsindən eradikasiyası zamanı effektivdir.

Bununla belə, S. Pyogenes mikroorqanizmlərinin törətdikləri faringitdən/tonzillitdən sonra kəskin revmatik qızdırmanın profilaktikası məqsədi ilə sefdinirin istifadəsi öyrənilməmişdir. Revmatik qızdırmanın profilaktikası zamanı yalnız əzələ daxilinə istifadə edilən penisillin effektivlik nümayiş etdirmişdir; - dərinin və dəri törəmələrinin Staphylococcus aureus (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla) və Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri ağırlaşmamış infeksiyaları. Uşaqlar - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinlərə qarşı həssas ştammlar) və Moraxella catarrhalis (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla) mikroorqanizmlərinin törətdikləri kəskin bakterial orta otit; - Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringit/tonzillit.

Qeyd: sefdinir S. Pyogenes mikroorqanizmlərinin ağız-udlaq nahiyəsindən eradikasiyası zamanı effektivdir. Bununla belə, S. Pyogenes mikroorqanizmlərinin törətdikləri faringitdən/tonzillitdən sonra revmatik qızdırmanın profilaktikası məqsədi ilə sefdinirin istifadəsi öyrənilməmişdir.

Revmatik qızdırmanın profilaktikası zamanı yalnız əzələ daxilinə istifadə edilən penisillin effektivlik nümayiş etdirmişdir; - dərinin və dəri törəmələrinin Staphylococcus aureus (β-laktamaza fermentini hasil edən ştammlar da daxil olmaqla) və Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri ağırlaşmamış infeksiyaları.

Əks göstərişlər

Anamnezdə sefdinirə, sefalosporin sinfindən olan digər antibiotiklərə və ya dərman vasitəsinin köməkçi maddələrinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Teratogen effekt Heyvanlar üzərində aparılan tədqiqatlarda anaların reproduktiv parametrlərinə və ya nəslin sağqalmasına, inkişafına, davranışına və ya reproduktiv funksiyasına təsiri müşahidə edilməmişdir. Buna baxmayaraq, hamilə qadınlarda kifayət qədər və yaxşı nəzarət edilən tədqiqatlar aparılmamışdır. Reproduktiv funksiyaya təsiri heyvanlar üzərində aparılan tədqiqatlar insan orqanizminə təsiri münasibətdə həmişə proqnoz verməyə imkan vermədiyi üçün preparatı hamiləlik dövründə, yalnız əsaslı klinik zərurət olan zaman istifadə etmək olar. Sefdinirin doğuş sancısı və doğuş zamanı istifadəsi öyrənilməmişdir.

Laktasiya Birdəfəlik 600 mq dozada qəbulundan sonra qadının ana südündə sefdinir aşkar edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə avtonəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psiximotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir.

RODİNİR istifadə qaydası və dozası

Uşaqlarda infeksiya zamanı məsləhət görülən doza və müalicənin müddəti aşağıda qeyd edilmişdir; bütün infeksiyalar zamanı ümumi sutkalıq doza sutkada 600 mq maksimal dozaya qədər 14 mq/kq təşkil edir. 10 gün ərzində sutkada 1 dəfə istifadəsi sutkada 2 dəfə istifadəsindəsində olduğu kimi effektivdir. Dəri infeksiyası zamanı sutkada 1 dəfə istifadəsi öyrənilməmişdir; bu səbəbə görə daxilə qəbul üçün sefdinirin suspenziyası bu infeksiya zamanı sutkada 2 dəfə qəbul etmək lazımdır. Daxilə qəbul üçün sefdinirin suspenziyasını qida qəbulundan asılı olmayaraq istifadə etmək olar.

Suspenziyanın hazırlanması Suspenziya ilk istifadədən bilavasitə əvvəl hazırlanır. Rodinir preparatının flakonuna otaq temperaturuna qədər soyudulmuş qaynanmış su əlavə edib, iki porsiyada (nişana qədər) hər dəfə intensiv çalxalamaqla, flakonu toz yumşalana qədər silkələmək lazımdır. Sonra tam həll olmanı təmin etmək məqsədilə suspenziya 5 dəqiqəyə qədər qalmalıdır. Flakonu hər istifadədən əvvəl yaxşıca çalxalamaq lazımdır.

Preparatın dəqiq dozalanması üçün 5 ml ölçü qaşığından istifadə etmək lazımdır ki, onu da hər istifadədən sonra su ilə yaxşı yumaq lazımdır. Həll edildikdən sonra suspenziyanı otaq temperaturunda 10 gündən artıq saxlamaq olmaz. Uşaqlar (6 ay-12 yaş daxil olmaqla) İnfeksiyanın tipi Dozalanma İstifadə müddəti Kəskin bakterial orta otit Hər 12 saatdan bir 7 mq/kq və ya hər 24 saatdan bir 14 mq/kq 5-10 gün 10 gün Kəskin haymorit Hər 12 saatdan bir 7 mq/kq və ya hər 24 saatdan bir 14 mq/kq 10 gün 10 gün Faringit/tonzillit Hər 12 saatdan bir 7 mq/kq və ya hər 24 saatdan bir 14 mq/kq 5-10 gün 10 gün Dərinin və dəri strukturunun ağırlaşmamış infeksiyası Hər 12 saatdan bir 7 mq/kq 10 gün Rodinir preparatının uşaqlarda bədən çəkisindən asılı olaraq məsləhət görülən dozalanma rejimi və qəbul sayı aşağıdakı cədvəldə qed edilmişdir. Bədən çəkisi 125 mq/5 ml 250 mq/5 ml 9 kq Hər 12 saatdan bir 2,5 ml və ya hər 24 saatdan bir 5 ml Preparat 125 mq/ml konsentrasiyada istifadə edilir 18 kq Hər 12 saatdan bir 5 ml və ya hər 24 saatdan bir 10 ml Hər 12 saatdan bir 2,5 ml və ya hər 24 saatdan bir 5 ml 27 kq Hər 12 saatdan bir 7,5 ml və ya hər 24 saatdan bir 15 ml Hər 12 saatdan bir 3,75 ml və ya hər 24 saatdan bir 7,5 ml 36 kq Hər 12 saatdan bir 10 ml və ya hər 24 saatdan bir 20 ml Hər 12 saatdan bir 5 ml və ya hər 24 saatdan bir 10 ml ≥ 43 kq* Hər 12 saatdan bir 12 ml və ya hər 24 saatdan bir 24 ml Hər 12 saatdan bir 6 ml və ya hər 24 saatdan bir 12 ml *Bədən çəkisi ≥ 43 kq olan uşaqlar 600 mq maksimal sutkalıq doza almalıdırlar.

6 aydan kiçik uşaqlar Yenidoğulmuşlarda və 6 aydan kiçik körpələrdə preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. 6-12 aylıq uşaqlarda kəskin haymoritin müalicəsi üçün sefdinirin istifadəsi, böyüklərdə və uşaqlarda kəskin sinusitin patofiziologiyası ilə və uşaqlarda müqayisəli farmakokinetik məlumatların müqayisəsilə oxşar böyüklər və yeniyetmələr üzərində aparılan kifayət qədər və yaxşı nəzarət edilmiş tədqiqatların nəticəsilə təsdiqlənmişdir. Böyrək çatışmazlığı olan pasiyentlər Kreatininin klirensi < 30 ml/dəqiqə/1,73 m2 olan uşaqlar üçün sefdinirin dozalanması sutkada 1 dəfə 7 mq/kq (300 mq-q qədər) təşkil etməlidir. Hemodializdə olan pasiyentlər Sefdinir hemodializ zamanı orqanizmdən xaric olur.

Müntəzəm hemodializdə olan pasiyentlər üçün məsləhət görülən dozalanma rejimi 300 mq və ya günaşırı 7 mq/kq təşkil edir. Hər hemodializ seansı bitdikdən sonra 300 mq (və ya 7 mq/kq) doza qəbul etmək lazımdır. Növbəti dozalar (300 mq və ya 7 mq/kq) sonradan günaşırı qəbul edilir. Yaşlı pasiyentlər Yaşlılarda və daha cavan pasiyentlərdə effektivliyi müqayisəlidir.

Sefdinirin bütün yaş qruplarında pasiyent tərəfindən yaxşı keçirilməsinə baxmayaraq, klinik tədqiqatlarda yaşlı pasiyentlərdə əlavə təsirlərin diareya daxil olmaqla, daha az yaranma tezliyi qeyd edilmişdir. Yaşlı pasiyentlərdə böyrək funksiyasınınm əhəmiyyətli dərəcədə pozuntusu olmadıqda, dozanın korreksiyası tələb edilmir.

Prepared by  T-Soft E-Commerce.