Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RODINIR 300MG N10 CAP

Məhsul Kodu : 111-18112
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
13,98 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RODİNİR, kapsullar

RODİNİR tərkibi

Təsiredici maddə: 1 kapsulda 300 mq sefdinir vardır.

İstifadəsinə göstərişlər

Rodinir preparatı mikroorqanizmlərin həssas ştamlarının törətdikləri yüngül və orta dərəcəli infeksiyaların müalicəsi üçün göstərişdir. Preparatın təsirinə qarşı rezistent bakteriyaların inkişaf etməsini azaltmaq və sefdinirin və digər antibakterial preparatların effektivliyi üçün sefdinir yalnız həssas mikroorqanizmlərin səbəb olduğu təsdiq edilən və ya əsaslı şəkildə ehtimal edilən infeksiyaların müalicəsi və ya qarşısının alınması məqsədi ilə istifadə edilə bilər. Antibakterial müalicə seçildikdə və ya dəyişdirildikdə, infeksiyanın törədicisi və ya onun həssaslığı barədə mövcud məlumatlar nəzərə alınmalıdır. Həmin məlumatlar mövcud olmadıqda, antibakterial müalicənin seçilməsi müddətində patogen mikroorqanizmlərin dövr etməsinin yerli xüsusiyyətləri və antibakterial preparatlara qarşı rezistentliyin inkişaf etmə modelləri nəzərə alınmalıdır.

Böyüklər və yeniyetmələr (13 yaş və daha yuxarı) - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla), Haemophilus parainfluenzae (β-laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinə həssas olan ştamlar) və Moraxella catarrhalis (β- laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla) mikroorqanizmləri tərəfindən törətdilən xəstəxanadan kənar pnevmoniya; - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla), Haemophilus parainfluenzae (β-laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinə həssas olan ştamlar) və Moraxella catarrhalis (β- laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla) mikroorqanizmləri tərəfindən törətdilən xroniki bronxitin kəskinləşməsi; - Haemophilus influenzae (β-laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla), Streptococcus pneumoniae (yalnız penisillinə həssas olan ştamlar) və Moraxella catarrhalis (β- laktamaza fermentini hasil edən ştamlar da daxil olmaqla) mikroorqanizmləri tərəfindən törətdilən kəskin haymorit; - Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringit/tonzillit. Qeyd: sefdinir S. Pyogenes mikroorqanizmlərinin ağız-udlaq nahiyəsindən eradikasiyası zamanı effektivdir. Bununla belə, S.

Pyogenes mikroorqanizmləri tərəfindən törətdilən faringitdən/tonzillitdən sonra revmatik qızdırmanın profilaktikası məqsədi ilə sefdinirin istifadəsi öyrənilməmişdir. Revmatik qızdırmanın profilaktikası zamanı, yalnız əzələ daxilinə istifadə edilən penisillin effektivlik nümayiş etdirmişdir; - dərinin və dəri strukturlarının Staphylococcus aureus (β-laktamaza fermentini hasil edən ştamlar daxil olmaqla) və Streptococcus pyogenes mikroorqanizmləri tərəfindən törədilən ağırlaşmamış infeksiyaları.

Əks göstərişlər

Anamnezdə sefdinir, digər sefalosporin antibiotikləri və ya preparatın tərkibində olan hər hansı köməkçi maddələrə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Teratogen effekt Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın anaların reproduktiv parametrlərinə və ya nəslin sağ qalmasına, inkişafına, davranışına və ya reproduktiv funksiyasına təsiri müşahidə edilməmişdir. Buna baxmayaraq, hamilə qadınlarda kifayət qədər və dəqiq nəzarət edilən tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan reproduktiv funksiyaya təsiri öyrənən tədqiqatlar insan orqanizminə təsirinə nisbətdə həmişə proqnoz verməyə imkan vermir, hamiləlik dövründə preparatı, yalnız əsaslı klinik zərurət olduqda, istifadə etmək olar. Doğuş sancıları və doğuş zamanı sefdinirin istifadəsi öyrənilməmişdir.

Laktasiya Birdəfəlik 600 mq dozada qəbulundan sonra sefdinir qadının ana südündə aşkar edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə avtonəqliyyat və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir.

RODİNİR istifadə qaydası və dozası

Böyüklərdə və yeniyetmələrdə infeksiya zamanı məsləhət görülən doza və müalicənin müddəti aşağıda qeyd edilmişdir; bütün infeksiyalar zamanı ümumi sutkalıq doza sutkada 600 mq təşkil edir. 10 gün ərzində sutkada 1 dəfə istifadəsi sutkada 2 dəfə istifadəsindəsində olduğu kimi effektivdir. Pnevmoniya və ya dəri infeksiyası zamanı sutkada 1 dəfə istifadəsi öyrənilməmişdir; bu səbəbdən Sefdinir kapsullarını infeksiya zamanı sutkada 2 dəfə qəbul etmək lazımdır. Sefdinir kapsullarını qida qəbulundan asılı olmayaraq istifadə etmək olar.

Böyüklər və yeniyetmələr (13 yaşdan yuxarı) İnfeksiyanın növü Dozalanma Müalicənin müddəti Xəstəxanadan kənar pnevmoniya Hər 12 saatdan bir 300 mq 10 gün Xroniki bronxitin kəskinləşməsi Hər 12 saatdan bir 300 mq və ya hər 24 saatdan bir 600 mq 5-10 gün 10 gün Kəskin haymorit Hər 12 saatdan bir 300 mq və ya hər 24 saatdan bir 600 mq 10 gün 10 gün Faringit/tonzillit Hər 12 saatdan bir 300 mq və ya hər 24 saatdan bir 600 mq 5-10 gün 10 gün Dərinin və dəri strukturunun ağırlaşmamış infeksiyası Hər 12 saatdan bir 300 mq 10 gün Böyrək çatışmazlığı olan pasiyentlər Kreatininin klirensi < 30 ml/dəq olan böyüklər üçün sefdinirin dozası sutkada 1 dəfə 300 mq təşkil etməlidir. Hemodializdə olan pasiyentlər Sefdinir hemodializ zamanı orqanizmdən xaric olur. Müntəzəm hemodializdə olan pasiyentlər üçün məsləhət görülən dozalanma rejimi 300 mq və ya günaşırı 7 mq/kq təşkil edir. Hər hemodializ seansı bitdikdən sonra 300 mq (və ya 7 mq/kq) doza qəbul etmək lazımdır.

Növbəti dozalar (300 mq və ya 7 mq/kq) günaşırı qəbul edilir. Uşaqlar 13 yaşdan aşağı uşaqlarda sefdinir dəqiq dozalanmaya imkan verən dərman formalarında istifadə olunur (məsələn, suspenziya). Yaşlı pasiyentlər Yaşlılarda və daha cavan pasiyentlərdə effektivliyi müqayisə ediləndir. Sefdinirin bütün yaş qruplarında pasiyent tərəfindən yaxşı keçirilməsinə baxmayaraq, klinik tədqiqatlarda yaşlı pasiyentlərdə əlavə təsirlərin diareya daxil olmaqla, daha az yaranma tezliyi qeyd edilmişdir.

Yaşlı pasiyentlərdə böyrək funksiyasının əhəmiyyətli dərəcədə pozğunluğu olmadıqda, dozanın korreksiyası tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.