Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ROFLOKSAN 2MG 100ML SISTEM (TURK)

Məhsul Kodu : 111-17005
İstehsalçı ölkə: Türkiye
10,26 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROFLOKSAN, infuziya üçün məhlul

ROFLOKSAN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq ofloksasin vardır.

İstifadəsinə göstərişlər

Ofloksasin mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksion-iltihabi xəstəliklərin müalicəsində təyin edilir: - aşağı və yuxarı sidik yollarının xəstəlikləri: aşağı sidik yollarının kəskin və xroniki infeksion xəstəlikləri; yuxarı sidik yollarının kəskin və xroniki infeksion xəstəlikləri (piolonefrit). Aşağıda qeyd edilən infeksion xəstəliklərin müalicəsi üçün məsləhət görülən antibakterial dərman vasitələri (terapiyanın birinci mərhələsi) effektiv olmadıqda, ofloksasin təyin edilir: - dərinin və yumşaq toxumanın infeksion xəstəlikləri; - xroniki bronxitin kəskinləşməsi; - xəstəxanadankənar pnevmoniya.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - epilepsiya və qıcolmanın qıcıq qapısının azalması; - anamnezdə flüorxinolonların qəbulundan sonra tendinitin olması; - qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı; - 18 yaşa qədər uşaqlar; - Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Ofloksasinin hamilə qadınlarda istifadəsi barədə məlumatlar məhduddur. Hamiləliyin ilk trimestrində flüorxinolonun istifadəsi, qüsurların inkişaf riskinin yaranması artırmamışdır və hamiləliyin gedişinə arzuolunmaz təsir göstərməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda, dölün oynaq qığırdağının zədələnməsi aşkar edilmişdir, lakin teratogen təsir göstərməmişdir. Hamiləlik zamanı ofloksasinin istifadəsi əks göstərişdir.

Laktasiya Ofloksasin az miqdarda ana südünə nüfuz edir. Artropatiyanın və ciddi toksikliyin yaranma mümkünlüyünü nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir və müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən, yuxululuq, aktivliyin pozulması, başgicəllənmə və görmənin pozulması kimi əlavə təsirləri nəzərə almaq lazımdır. Alkoqol qəbulu qeyd edilən təsirləri ağırlaşdıra bilər.

ROFLOKSAN istifadə qaydası və dozası

Ofloksasinin məhlulu, yalnız asta-asta yeridilən vena daxili infuziya üçün nəzərdə tutulub, preparat gündə 1 və ya 2 dəfə yeridilir. 200 mq dozanı 30 dəqiqədən az olmamaq şərtilə yeritmək lazımdır. Bu, xüsusilə, ofloksasin arterial təzyiqin azalmasına səbəb olan preparatlarla və ya tərkibində barbituratlar olan anestetiklərlə eyni vaxtda istifadə edildiyi zaman vacibdir. Bir qayda olaraq, ayrı-ayrı dozaları təqribən eyni zaman aralığından bir qəbul etmək lazımdır.

Ağır hallarda və ya ağırlaşmış infeksiyalar zamanı doza, gündə 2 dəfə 400 mq-a qədər artırıla bilər. Dozalanma üzrə ümumi tövsiyələr Ofloksasinin dozalanma rejimi infeksiyanın tipindən və ağırlıq dərəcəsindən asılı olaraq müəyyən edilir. Böyüklər üçün bir dəfəlik sutkalıq doza gündə 1 dəfə 400 mq təşkil edir. Bu halda ofloksasini səhər qəbul etmək məqsədəuyğun hesab edilir.

400 mq-dan artıq olan sutkalıq dozanı, iki qəbula bölmək və eyni zaman fasiləsindən bir qəbul etmək lazımdır. Böyüklər Sidik yollarının ağırlaşmış infeksion xəstəlikləri: hər gün 200 mq təyin edilir. Aşağı sidik yollarının infeksiyası: hər gün 200 mq təyin edilir. Sepsis: gündə 2 dəfə 200 mq təyin edilir.

Dəri və yumşaq toxumanın infeksion xəstəlikləri: gündə 2 dəfə 400 mq təyin edilir. Böyrək çatışmazlığı olan pasiyentlər üçün dozalanma rejimi Böyrək çatışmazlığı olan pasiyentlər üçün dərman vasitəsi peroral və ya vena daxili aşağıdakı kimi təyin edilir: Kreatininin klirensi Birdəfəlik doza, mq* İnterval, saat 50-20 ml/dəqiqə 100-200 24 ˂ 20 ml/dəqiqə** və ya hemodializ və ya peritoneal dializ 100 və ya 200 24 48 *İstifadəyə göstərişdən və ya dozalar arasındakı intervaldan asılı olaraq. **Dializ alan ağır böyrək çatışmazlığı olan pasiyentlər üçün qan zərdabında ofloksasinin konsentrasiyasını yoxlamaq lazımdır. Böyüklərdə kreatininin klirensini müəyyən etmək mümkün olmadıqda, onu, qan zərdabında kreatininin səviyyəsindən istifadə etməklə, Krokfort formuluna əsasən, müəyyən edirlər.

kütlə (kq) x (140-yaş) Kişilər: kreatininin klirensi (ml/dəqiqə) = ------------------------------------- 71 x zərdab kreatinini (mq/dl) və ya kütlə (kq) x (140-yaş) Kişilər: Kreatininin klirensi (ml/dəqiqə) = ------------------------------------- 0,814 x zərdab kreatinini (mq/dl) (mkmol/litr) Qadınlar: kreatininin klirensi (ml/dəqiqə) = 0,85 x (yuxarıda qeyd edilən göstərici) Qaraciyər çatışmazlığı olan pasiyentlər üçün dozalanma rejimi Ekskresiyanın mümkün qısalmasına görə ofloksasinin məsləhət görülən maksimal sutkalıq dozası 400 mq-dan artıq olmayaraq təşkil edir. Yaşlı şəxslər Böyrəklərin normal funksiyası zamanı dozanın korreksiyası tələb edilmir. Böyrəklərin funksiyasının pozulması zamanı dozalanma müvafiq şəkildə korreksiya edilməlidir. Müalicənin müddəti Müalicənin müddəti infeksiyanın ağırlıq dərəcəsindən, orqanizmin müalicəyə reaksiyasından və ümumi klinik mənzərədən asılıdır.

Adətən ofloksasinlə vena daxili müalicə 3 gündən artıq davam etmir (temperatur düşənə və simptomlar itənə qədər). Pasiyentin vəziyyətində yaxşılaşma olduqda, eyni dozada peroral qəbula keçmək lazımdır. Adətən kəskin infeksiyaların müalicəsində kurs 7-10 gün davam edir. Müalicə müddəti 2 ayı aşmamalıdır.

Rofloksan infuziya üçün məhlul, aşağıdakı məhlullarla uyuşur: natrium xloridin izotonik məhlulu, Ringer məhlulu, 5%-li qlükoza məhlulu. Heparin ilə uyuşmur. Yalnız yeni hazırlanmış məhluldan istifadə etmək olar.

Prepared by  T-Soft E-Commerce.