Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rotasef 1 qr N1 flakon

Məhsul Kodu : 111-03667
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
5,51 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROTASEF, inyeksiya məhlulu hazırlamaq üçün toz

Rotasef tərkibi

 Təsiredici maddə:1 flakonda 0,5 q və ya 1,0 q seftriakson (seftriakson natrium şəklində) vardır. Həlledici:1%-li lidokain hidroxlorid.

İstifadəsinə göstərişlər:
 Rotasef preparatı böyüklərdə və uşaqlarda, o cümlədən, yenidoğulmuşlarda (doğulduğu gündən) aşağıdakı infeksiyaların müalicəsi üçün göstərilir: - bakterial meningit; - xəstəxanadankənar pnevmoniya; - xəstəxanadaxili pnevmoniya; - kəskin orta otit; - qarın boşluğu orqanlarının infeksiyaları; - sidik yollarının ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla); - sümük və oynaqların infeksiyaları; - dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları; - qonoreya; - sifilis; - bakterial endokardit. Rotasef preparatı aşağıdakı hallarda istifadə edilə bilər: - böyüklərdə xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsinin müalicəsi; - böyüklərdə və uşaqlarda, o cümlədən, 15 gündən yuxarı yenidoğulmuşlarda yayılmış Laym xəstəliyinin/borreliozun (erkən (II) və gecikmiş (III) mərhələlərinin) müalicəsi; - əməliyyatdan sonrakı infeksion ağırlaşmaların əməliyyatdan əvvəl profilaktikası; - bakterial infeksiyanın səbəb olduğu ehtimal olunan qızdırma nəticəsində  neytropeniyası olan pasiyentlərin müalicəsi; - yuxarıda göstərilən infeksiyalardan hər hansı biri ilə birlikdə inkişaf edən və ya ehtimal olunan bakteriemiyası olan pasiyentlərin müalicəsi. Şübhəli patogenlər dərmanın təsir spektrinə daxil olmadıqda, Rotasef preparatı digər antibakterial vasitələrlə birlikdə istifadə edilməlidir.

Əks göstərişlər:

 Seftriaksona, digər sefalosporinlərə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq; -  anamnezdə hər hansı digər beta-laktam antibakterial maddələrə (penisillinlərə, monobaktamlara və karbapenemlərə) qarşı ağır hiperhəssaslıq (məsələn, anafilaktik reaksiya); Seftriaksonun istifadəsi, həmçinin, əks göstərişdir: Postmenstrual yaşı 41 həftəyə qədər olan yarımçıq doğulmuş yenidoğulmuşlara (hestasion yaşı + postnatal yaş)*. Vaxtında doğulmuş yenidoğulmuşlara (yaşı 28 günlük olana qədər): -  hiperbilirubinemiyalı, sarılıq və ya hipoalbuminemiya və ya asidozlu olanlar (bu vəziyyətlərdə bilirubin ilə birləşmə pozulur*); - seftriakson-kalsium duzunun çökməsi riski olduğu üçün kalsiumun venadaxili istifadəsi və ya kalsium tərkibli infuziyanın aparılmasına ehtiyac olduqda (və ya ehtimal olunduqda); *İn vitro tədqiqatlar göstərmişdir ki, seftriakson qan zərdabında bilirubini albuminlə birləşmə yerindən sıxışdırıb çıxara bilər, bu isə belə pasiyentlərdə bilirubin ensefalopatiyasının potensial riskinə gətirib çıxarır. Həlledici kimi lidokain məhlulundan istifadə olunduqda, seftriaksonun əzələdaxili inyeksiyasından əvvəl lidokainin istifadəsinə görə əks göstəriş hallarını istisna etmək lazımdır. Lidokain tərkibli seftriakson məhlullarını venadaxili istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Seftriakson plasentar baryerdən keçir. Onun hamilə qadınlarda istifadəsinə dair məhdud məlumatlar vardır. Heyvanlar üzərində aparılan tədqiqatlarda seftriakson embrionun/dölün inkişafına, perinatal və postnatal inkişafa birbaşa və ya dolayı mənfi təsir göstərməmişdir. Hamiləlik dövründə (əsasən hamiləliyin I trimestrində) Rotasef preparatının istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün ehtimal edilən fayda dölə olan potensial riskdən üstün olsun. Laktasiya Seftriakson əhəmiyyətsiz dərəcədə ana südünə nüfuz edir və terapevtik dozaların istifadəsi zamanı seftriaksonun yenidoğulmuşa və ya südəmər körpəyə təsiri az ehtimal edilir. Buna baxmayaraq, diareya və selikli qişaların göbələkli zədələnməsini və sensibilizasiya reaksiyasının inkişafını istisna etmək olmaz. Uşağın ana südü ilə qidalanmasının üstünlüyünü və ana üçün terapiyanın faydasını nəzərə alaraq, ana südü ilə qidalandırmanı ya dayandırmaq, ya da seftriaksonla müalicəni dayandırmaq/çəkinmək vacibdir. Fertillik Tədqiqatlar preparatın kişi və qadın fertilliyinə neqativ təsirini aşkar etməmişdir.

Rotasef istifadə qaydası, dozası

 Dozalanma Preparatın dozası, infeksiyanın ağırlığından, törədicinin həssaslığından, lokalizasiyasından və növündən, pasiyentin yaşından, qaraciyər və böyrəklərin  funksiyasının vəziyyətindən asılıdır.  Aşağıda göstərilən cədvəldə tövsiyə olunan dozalar qeyd olunan göstərişlər üçün adi tövsiyə olunan dozalardır. Xüsusi ağır hallarda tövsiyə olunan dozaların yuxarı həddinə aid dozaların təyin olunmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır.  Вöyüklər və 12 yaşdan böyük uşaqlar (≥ 50 kq)

Prepared by  T-Soft E-Commerce.