Sevimlilərə əlavə edin
Paylaşın

ROZAMET 1% 25GR KREM

Məhsul Kodu : 111-21992
İstehsalçı ölkə : Xorvatiya
Reseptlə satılır
0 Şərh Şərh
4,43 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ROZAMET, xaricə istifadə üçün krem.

Rozamet tərkibi 

Təsiredici maddə:1 q kremin tərkibində 10 mq metronidazol vardır. Köməkçi maddələr: qliserin, duru parafin, Lanette SX (setоstearil spirti, natrium laurilsulfat, təmizlənmiş su), prоpilenqlikоl, metilparahidrоksibenzоat, prоpilparahidrоksibenzоat, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:
 Rozaseya (çəhrayı səpgilər) və sızanaqların müalicəsi. Lazım gələrsə, dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Əks göstərişlər:
 Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
 Rozamet kreminin istifadəsi nəticəsində dərinin qıcıqlanması əlamətləri yaranarsa, preparatın tətbiqedilmə tezliyi azaldılmalıdır. Dərman preparatının istifadəsini müvəqqəti olaraq dayandırmalı və ya tamamilə istifadəsindən imtina etməli və lazım gələrsə, həkimlə məsləhətləşmək lazımdır. Preparatın gözlərə və selikli qişalara təmas edilməsindən (düşməsindən) qaçınılmalıdır. Preparatın təsadüfən gözlərə və selikli qişalara düşməsi hallarında, onları su ilə yumaq lazımdır. Dərmanı tətbiq etdikdən sonra kamedogen və büzücü xüsusiyyətlərə malik olmayan kosmetik maddələrdən istifadə etmək mümkündür. Müalicə zamanı ultrabənövşəyi şüaların təsirindən (birbaşa düşən günəş işığı, solyariya, günəş işığı lampaları) qaçınılmalıdır. Ultrabənövşəyi şüaların təsiri altında metronidazol passiv metabolitə çevrilir, bu səbəbdən, effektivliyi əhəmiyyətli dərəcədə azalır. Dərmanın həddindən artıq və uzun müddətli istifadəsindən çəkinilmlidir. Metronidazol nitroimidazol törəməsidir və qan pozğunluğu olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Preparatı istifadə etməzdən qabaq içlik vərəqəni diqqətlə оxuyun. İçlik vərəqəni saxlayın, оnu yenidən оxumağa ehtiyacınız оla bilər. Hər hansı sualınız yarandığı halda, həkiminizə müraciət edin. Müalicə aldığınız bu dərman maddəsi yalnız sizin üçün təyin edilmişdir və оnu başqalarına ötürməyin, оnların simptоmları sizinki ilə eyni оlsa belə, preparat оnlara zərərli təsir göstərə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamilə qadınlarda metronidazolun istifadəsinə dair məlumatlar yoxdur. Rozamet kremi hamiləlik zamanı yalnız həkimlə məsləhətləşdikdən sonra dəqiq göstərişlər olduqda istifadə olunmalıdır. Laktasiya dövrü Daxilə qəbul edildikdən sonra metronidazol qan plazmasında olan konsentrasiyalarda ana südünə keçir. Rozamet kreminin südverən qadınlarda lokal tətbiqindən sonra onun qandakı səviyyəsinin metronidazolun ağızdan qəbulu forması ilə müqayisədə xeyli aşağı olmasına baxmayaraq, südvermənin dayandırılması və ya preparatın istifadəsinin dayandırılmasına dair qərar dərmanın ana üçün əhəmiyyətinin qiymətləndirilməsi və uşaq üçün risk nəzərə alınaraq verilməlidir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri İstifadə qaydası və dozası:
 Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

Rozamet istifadə qaydasi, dozası

 Yalnız xaricə istifadə üçün nəzərdə tutulub. Rozamet kremi dərinin əvvəlcədən təmizlənmiş zədəli bölgələrinə nazik bir təbəqə tətbiq olunur və gözlərə, dodaqlara və burunun selikli qişasına təmas etdirilmədən gündə 1-2 dəfə, səhər və axşam yüngülcə sürtülür. Dərinin təmizlənməsi və kremin tətbiq edilməsi arasında 15-20 dəqiqə fasilə verilməsi tövsiyə olunur. Müalicənin orta davametmə müddəti 3-4 aydır. Bununla belə, terapiyanın faydalarının aydın əlamətləri varsa, müalicə həkimi, vəziyyətin ağırlılıq dərəcəsindən asılı olaraq pasiyentlərin müalicəsini əlavə 3-4 ay müddətində davam etdirməyi düşünə bilər. Ahıl yaşlı pasiyentlərdə dоzanın tənzimlənməsi tələb оlunmur. Uşaqlarda metrоnidazоlun istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə məlumatların olmaması səbəbindən, Rozamet dərman preparatının bu yaş qrupundakı pasiyentlərdə istifadəsi tövsiyə edilmir. Preparatı yalnız istifadə qaydasına uyğun olaraq və təlimatlarda göstərilən dozalarda istifadə etmək lazımdır. Lazım gələrsə, dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21992

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce