Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SAKURAT 1,25% 60GR GEL

Məhsul Kodu : 111-26738
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SAKURAT, 1,25% yerli istifadə üçün gel

SAKURAT tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 12,5 mq deksketoprofenə ekvivalent olan 18,5 mq deksketoprofen trometamol vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakı xəstəliklərdə və vəziyyətdə yüngül və orta dərəcəli ağrı sindromu: − Dayaq-hərəkət sisteminin kəskin və xroniki iltihab i, iltihabi -degenerativ və metabolik xəstəlikləri zamanı (revmatoid artrit, spondiloartrit, artroz, osteoxondroz daxil olmaqla); − Yumşaq toxumaların revmatik xəstəlikləri zamanı (tendinit, bursit və s.); − Yumşaq toxumaların və oynaqların travma sonrası iltihabı zamanı (burxulma, gərginlik, əzilmə, çıxıq və s. səbəbi ilə).

Əks göstərişlər

− Deksketoprofenə və ya Sakurat gelin tərkibindəki köməkçi maddələrə qarşı yüksək həssaslıq; − asetilsalisil turşusuna (aspirin) və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq; − asetilsalisil turşusu (aspirin) və ya digər QSİƏP-in qəbulu nəticəsində bronxial astma və ya astma tutmaları, kəskin allergik rinit, burun polipləri, övrə, angionevrotik ödem yarandıqda; − tioprofenat turşusu, fenofibrat və ya kosmetik məhsulların istifadəsi ilə əlaqəli dəri allergiyası olan pasiyentlərdə istifadə olunmamalıdır. − hamiləliyin üçüncü trimestri; − gel açıq yaralara və ya davamlı dəri zədələnmələri olan nahiyyəyə tətbiq edilmir; − gel selikli qişalara, anal və ya cinsiyyət bölgələrinə tətbiq edilmir; − gel heç bir dar paltar və ya okklüziv sarğı ilə tətbiq olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvan tədqiqatları, preparatın hamiləlik/və/və ya embrional/ dölün inkişafı /və/doğuş /və/və ya postnatal inkişafa təsirləri baxımından kifayət deyil. İnsanlar üçün potensial riski məlum deyil. Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Preparatın istifadəsi vacib olmadıqda, hamiləlik dövründə istifadə edilməməlidir.

Ekperimental heyvan tədqiqatları və epidemioloji məlumatlar qeyri -steroid iltihabəleyhinə preparatların toksik təsir göstərmədiyini bildirmişdir, lakin mümkün toksik təsirlər səbəbindən hamiləlik dövründə isstifadəsi tövsiyə edilmir. Hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, Sakurat geli istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Müalicə müddətində hamilə olduğunuzu aşkarlasanız, dərhal həkiminizə və ya əczaçınıza müraciət edin. Laktasiya dözrü Deksketoprofenin ana südünə keçib -keçmədiyi haqda məlumat yoxdur.

Bu səbəblə, laktasiya dövründə preparatın istifadəsi tövsiyə edilmir. Körpənizi əmizdirirsinizsə, Sakurat gel istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sakurat gelin Sizin maşın idarəetmə və ya mexanizmlərlə işləmə qabiliyyətinizə hər hansı bir təsiri yoxdur.

SAKURAT istifadə qaydası və dozası

Sakurat gel xaricə istifadə olunur. Gündə 2 -3 dəfə ağrılı sahəyə sürtülür. Müalicə müddəti 7 gündən çox olmamalıdır. Gel tamamilə sorulana kimi yüngülcə sürtülür.

Selikli qişa və gözlərlə təmasından çəkinmək lazımdır. Gel istifadə edildikdən sonra əllər yuyulmalıdır. Uşaqlarda istifadəsi 6 yaşından kiçik uşaqlar üçün hər hansı göstəriş və ya doza təyin olunmadığından, bu yaş qrupunda gel istifadə edilməməlidir. Yaşlılarda istifadəsi: Yaşlı xəstələr üçün doza korreksiyasına ehtiyac yoxdur.

Böyrək/qaraciyər çatışmazlığı Sistem təsir minimal olsa da, ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr ehtiyatla istifadə etməlidirlər. Lazım olduğundan daha çox Sakurat gel istifadə edildikdə Sakurat geli sutkalıq 7,5 qr-dan çox istifadə etməyin (gel təxminən 14 sm). Təsadüfi peroral qəbulu halında dərhal həkiminizə məlumat verin və ya ən yaxın xəstəxanaya müraciət edin. Deyiləndən daha çox Sakurat gel istifadə etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin.

Sakurat geli istifadə etməyi unutmusunuzsa Unudulmuş dozanın əvəzini çıxarmaq üçün ikiqat doza istifadə etməyin.

Prepared by  T-Soft E-Commerce.