Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SAKURAT 50MG/2ML N6 AMP

Məhsul Kodu : 111-27520
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SAKURAT, inyeksiya üçün məhlul

SAKURAT tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 25 mq deksketoprofenə uyğun 36,9 mq deksketoprofen trometamol və ya 2 ml-də 50 mq deksketoprofenə bərabər (ümumi ampul həcmi) 73,8 mq deksketoprofen trometamol vardır.

İstifadəsinə göstərişlər

Oral yolla qəbul uyğun olmadıqda əməliyyatdan sonrakı ağrı, böyrək sancısı və aşağı bel nahiyəsindəki kəskin ağrıların (ağırlıq dərəcəsi orta və ağır) simptomatik müalicəsi.

Əks göstərişlər

Aşağıdakı hallarda SAKURAT qəbul etmək olmaz: • deksketoprofen trometamola və ya SAKURAT-ın tərkibindəki hər hansı bir komponentə qarşı allergiya (yüksək həssaslıq); • aspirinə və ya digər QSİƏP-lara qarşı allergiya; • asetilsalisil turşusu və ya digər QSİƏP -ın qəbulundan sonra sinədə xırıltı, astma və ya astma tutmaları, kəskin allergik rinit (burun selikli qişasının qısa müddətli iltihabı), burun polipləri (allergiya-mənşəli burnun selikli qişaların törəmələri), dəri səpgiləri, angionevrotik ödem (üzün, gözlərin, dodaqların şişməsi və ya tənəffüsün çətinləşməsi); • ketoprofen (QSİƏP) və ya fibratların (qanda aterogen lipidlərin miqdarını azaldan dərmanlar) qəbulundan sonra fotoa llergik və ya fototoksik reaksiyalar (günə ş işığın dan dəridə yaranan qızartı və/və ya səpgilərin əmələ gəlməsi); • peptik xora, mədə və ya bağırsaq qana xması, əvvəllər keçirilmiş mədə və ya bağırsaq qanaxması, peptiki xora və ya perforasiya; • Anamnezində QSİƏP istifadəsindən sonra yaranan, mədə və ya bağırsağın qanaxması və ya perforasiyası; • həzmin xroniki pozulmaları (məsələn, qıcqırma); • bağırsağın xroniki iltihabi xəstəliyi (Kron xəstəliyi və ya xoralı kolit); • ağır ürək çatışmazlığı, orta d ərəcəli və ya ağır böyrək çatışmazlığı və ya ağır qaraciyər problemləri; • qanda laxtalanmanın pozulması; • qusma, ishal (mayenin böyük həcmdə itirilməsi) və ya kifayət qədər maye qəbul edil məməsi səbəbindən bədənin ciddi dərəcədə susuzlaşması; • hamiləliyin üçüncü trimestri və ya ana südü ilə qidalanma dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczacıyla məsləhətləşin. Hamiləliyin üçüncü trimestrində SAKURAT istifadə etməyin. Hamilə olduğunuz və ya hamilə qalmağı planlaşdırdığınız təqdirdə, SAKURAT-ın sizin üçün uyğun olub-olmayacağını bilmək üçün həkiminizi xəbərdar edin. Hamilə qalmağı planlaşdıran və ya hamilə olan qadınlar SAKURAT-ın istifadəsindən çəkinməlidirlər.

Hamiləliyin istənilən mərhələsində müalicə yalnız həkimin göstərişi ilə həyata keçirilməlidir. Müalicə zamanı hamilə olduğunuzu bildiyiniz hald a, dərhal həkiminizi və ya əczaç ınızı məlumatlandırın. Laktasiya Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Əgər uşaq əmizdirirsinizsə, SAKURAT istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

SAKURAT-la müalicə zamanı başgicəllənmə və ya yuxululuq vermə ehtimalı səbəbiylə, nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinizə təsir edə bilər. Belə təsirlər baş verdiyi hallarda simptomlar yox olana qədər digər potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarə etməyin.

SAKURAT istifadə qaydası və dozası

Bu dərman preparatını həmişə həkiminizin dediyi qaydada qəbul edin. Əmin olmadığınız halda həkiminizə müraciət edin. Simptomların növünə, ağırlıq dərəcəsinə və müddətinə görə həkiminiz sizə hansı dozada SAKURAT-a ehtiyacınız olduğunuz barədə məlumat verəcəkdir. Tövsiyə olunan doza adətən hər 8-12 saatdan bir, 1 ampula (50 mq) SAKURAT-ın təyin olunur.

Lazım gələrsə, inyeksiya 6 saatdan sonra təkrarlana bilər. Heç bir halda SAKURAT-ın ümumi gündəlik dozasını 150 mq-ı (3 ampul) keçməməlidir. İnyeksion müalicədən yalnız kəskin dövrdə isti fadə edin (yəni 2 gündən çox olmayaraq). Mümkün olan hallarda ağrıkəsici tabletlərdən istifadə edin.

Tətbiq formaları SAKURAT həm əzələdaxili, həm də venadaxili tətbiq oluna bilər. SAKURAT əzələdaxili yeridildikdə, inyeksiya məhlulu rəngli ampula açıldıqdan dərhal sonra əzələ daxilinə dərin yeridilərək vurulmalıdır. Preparat 15 saniyədən az olmamaq şərtilə, yavaş venadaxili bolyus şəklində yeridilə bilər. Yalnız şəffaf, rəngsiz məhlul istifadə edilməlidir.

Müxtəlif yaş qrupları Uşaqlarda və yeniyetmələrdə istifadəsi Deksketoprofen trometamol uşaq və yeniyetmələrdə tədqiq olunmamışdır (<18 yaş). Bu səbəbdən təhlükəsizlik və effektivli liyi öyrənilməmişdir və SAKURAT uşaq və yeniyetmələrdə istifadə edilməməlidir. Yaşlılarda istifadəsi Böyrək funksiyası pozulmuş yaşlı insanlar gündəlik SAKURAT 50 mq (1 ampula) doza həddini keçməməlidir. İstifadə zamanı xüsusi şərtlər Böyrək/qaraciyər çatışmazlığında Böyrək və ya qaraciyər problemləri ola n xəstələr ümumi gündəlik SAKURAT 50 mq (1 ampul) dozasını keçməməlidir.

SAKURAT-ın təsirinin çox güclü və ya çox zəif olduğu barədə təəssüratınız yaranarsa, həkiminizə və ya əczaçınıza məlumat verin.

Prepared by  T-Soft E-Commerce.