Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Sefbaktam 1,5 qr N1 flakon

Məhsul Kodu : 111-26186
Reseptlə satılır
İstehsalçı ölkə: Hindistan
9,60 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Sefbaktam, 0,75 mq, 1,5 mq  inyeksiya məhlulu hazırlamaq üçün toz

Sefbaktam tərkibi

Təsiredici maddə: 1 flakonda 500 mq və ya 1000 mq seftriaksona ekvivalent seftriakson natrium,  
250 mq və ya 500 mq sulbaktama ekvivalent sulbaktam natrium vardır. 

Əks göstərişlər 

Sulbaktam və seftriaksona, o cümlədən sefalosporinlər, penisillinlər və beta-laktam 
antibiotiklərinə  qarşı yüksək həssaslıq. 
Vaxtında doğulan yenidoğulmuşlarda hiperbilirubinemiya və ya sarılıq. 
Vaxtındanəvvəl doğulmuş uşaqlar (uşaqlıqdaxili inkişaf dövrü və yaş nəzərə alınmaqla-41 
həftədən erkən doğulan); 
Kalsium tərkibli məhlulların venadaxili tətbiqi göstərilən vaxtında doğulmuş körpələr; 
Yenidoğulmuşlarda asidoz, hipoalbuminemiya. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Seftriaksona dair reproduktiv tədqiqatlar çox yüksək dozada siçan və siçovullarda aparılmışdır. 
Embriotoksiklik, fetotoksiklik və ya teratogenlik müşahidə edilməyib. 
Lakin, hamilə qadınlarda adekvat və yaxşı nəzarət olunan tədqiqatlar olmadığından və heyvan 
üzərində aparılan reproduktivlik tədqiqatları həmişə insanın reaksiyasını əks etdirə bilmədiyi 
səbəbindən bu preparat hamiləlik dövründə yalnız ciddi zərurət olduqda istifadə olunmalıdır.  
Laktasiya 
Seftriakson cüzi miqdarda ana südünə nüfuz edilir. Laktasiya dövründə istifadəsi tövsiyə edilmir.

İstifadə qaydası və dozası 

Preparat venadaxili və ya əzələdaxili yolla təyin edilə bilər. 
Preparatın dozası seftriaksonun dozasına əsaslanır (1 q seftriakson Sefbaktam preparatının 1,5 q
a bərabərdir). 
Böyüklər  
Normal böyrək funksiyası olan böyüklərdə preparatın gündəlik adi dozası 1-2 q seftriakson 
gündə bir dəfə (və ya 12 saatdan bir iki bərabər bölünmüş dozada) təşkil edir. Doza infeksiyanın 
növündən və ağırlığından asılıdır (seftriaksonun ümumi gündəlik dozası 4 q-dan artıq 
olmamalıdır). 
Böyrək çatışmazlığı olan pasiyentlər 
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə (kreatinin klirensi 30 ml/dəq az) 
sulbaktamın azalmış xaricolmasını kompensasiya etmək üçün preparatın dozası 
tənzimlənməlidir. Kreatinin klirensi 15-30 ml/dəq olan pasiyentlər üçün sulbaktamın maksimal 
dozası 1 q olaraq hər 12 saatdan bir qəbul edilməlidir (sulbaktamın gündəlik maksimal dozası 2 
q). Kreatinin klirensi 15 ml/dəq az olan pasiyentlərə hər 12 saatdan bir 500 mq sulbaktam təyin 
edilməlidir. 
Uşaqlar  
Dəri və yumşaq toxumaların infeksiyalarının müalicəsi üçün seftriaksonun tövsiyə edilən ümumi 
gündəlik dozası 50-75 mq/kq gündə bir dəfə (və ya 12 saatdan bir təyin edilən iki bərabər 
bölünmüş dozada) təşkil edir. Ümumi gündəlik doza 1 q-dan çox olmamalıdır. Kəskin bakterial 
orta otitin müalicəsi üçün əzələdaxili yeridilən seftriaksonun dozası 50 mq/kq (1 q-dan çox 
olmamalıdır) təşkil edir. 
Digər ciddi infeksiyaların (meninqitdən başqa) müalicəsi üçün preparatın iki bərabər dozaya 
bölünmüş və hər 12 saatdan bir təyin edilən ümumi gündəlik dozası (seftriaksona ekvivalent) 50
75 mq/kq təşkil edir. Ümumi gündəlik doza (seftriaksona ekvivalent) 2q-dan çox olmamalıdır. 
Meningit: preparatın tövsiyə olunan ilkin terapevtik dozası (seftriaksona ekvivalent) 100 mq/kq 
(4 q-dan çox olmamalıdır) təşkil edir.Gündəlik doza (seftriakson) gündə bir dəfə (və ya hər 12 
saatdan bir yeridilən iki bərabər bölünmüş dozada) qəbul edilə bilər. Adətən seftriakson ilə 
müalicə infeksiya əlamətləri və simptomlarının itməsindən sonra ən azı 2 gün davam edilməlidir. 
Müalicənin müddəti adətən 4-14 gündür, ağırlaşmış infeksiyalarda daha uzunmüddətli müalicə 
tələb oluna bilər. 
Streptococcus pyogenes tərəfindən törədilən infeksiyaların  müalicəsi ən azı 10 gün davam 
edilməlidir. Böyrək və ya qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər üçün heç bir doza 
tənzimlənməsi tələb olunmur, lakin ağır böyrək çatışmazlığı olan (məsələn, dializ pasiyentləri) 
və böyrək və qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə qan səviyyəsinə nəzarət 
edilməlidir.  

Prepared by  T-Soft E-Commerce.