Sevimlilərə əlavə edin
Paylaşın

Sefekon D 100 Mq N10 Rektal Şam

Məhsul Kodu : 111-06170
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

SEFEKON® D, rektal suppozitoriyalar (uşaqlar üçün)

Sefekon D tərkibi

Təsiredici maddə:   1 suppozitoriyanın tərkibində 50 mq, 100 mq və ya 250 mq parasetamol vardır.  Köməkçi maddələr: bərk yağ (Vitepsol (H 15, W 35 markalı), Supposir (NA 15, NAS 50 markalı)).   

İstifadəsinə göstərişlər:

  3 aylıqdan 12 yaşa qədər uşaqlarda aşağıdakı qisimdə istifadə edilir: - bədən temperaturunun yüksəlməsilə müşayiət edilən kəskin respirator xəstəliklər, qrip, uşaq infeksiyaları, postvaksinal reaksiyalar və digər hallarda qızdırmasalıcı vasitə kimi; - zəif və mülayim intensivlikli ağrı sindromu zamanı ağrıkəsici vasitə kimi, o cümlədən: baş və diş ağrısı, əzələ ağrısı, nevralgiya, travma və yanıq zamanı ağrı.  1-3 aylıq uşaqlarda vaksinasiyadan sonra temperaturu salmaq üçün preparatın birdəfəlik istifadəsi mümkündür, preparatın bütün göstərişləri üzrə istifadəsi, yalnız həkim təyinatı ilə mümkündür.  Ehtiyac olduqda, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Əks göstərişlər:

   Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 1 aylığa qədər yenidoğulmuşlar; qaraciyər funksiyasının ağır pozuntusu (Çayld-Pyu şkalası üzrə 9 və daha artıq); düz bağırsağın iltihabı, düz bağırsaqdan qanaxma; qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Təcrübə göstərir ki, parasetamol terapevtik dozalarda daxilə qəbul edildikdə, hamiləliyin gedişinə, dölün və yenidoğulmuşun sağlamlığına mənfi təsir göstərmir. Hamiləlik müddətində doza həddinin  aşılması anadangəlmə qüsurların inkişafetmə riskini artırmır. Reproduktiv toksiklik tədqiqatlarında parasetamolun daxilə qəbulu zamanı teratogen və fetotoksik potensialını aşkarlamamışdır. Fayda və risk nisbətini ciddi qiymətləndirdikdən sonra parasetamolu bütün hamiləlik müddətində istifadə  etmək olar. Hamiləlik dövründə parasetamolu uzun müddət, yüksək dozada və ya digər dərman  vasitələrilə birlikdə istifadə etmək olmaz, belə ki, bu vəziyyətdə preparatın təhlükəsizliyi müəyyən  edilməmişdir. Parasetamol hamiləlik dövründə istifadə oluna bilər, lakin bu zaman pasiyentə  minimal dozanın və maksimal qısa müddətli kursun təyin edilməsi məqsədəuyğundur. Parasetamol az miqdarda ana südünə nüfuz edir və terapevtik dozada ana südü ilə qidalanan yenidoğulmuşlara/uşaqlara təsiri gözlənilmir. Siklooksigenaza/prostoqlandinlər sintezini inhibə edən dərman vasitələri, o cümlədən, parasetamol ovulyasiyaya təsir edərək qadın fertilliyini aşağı salmaları barədə məhdud məlumatlar vardır ki, bu da müalicə dayandıqdan sonra geridönəndir. Ehtimal edilir ki, parasetamol prostaqlandinlərin  sintezini inhibə edir, bu fertilliyi potensial olaraq azalda bilər, lakin bu nümayiş edilməmişdir.

Sefekon D tərkibi istifadə qaydası, dozası

Rektal istifadə edilir. Bağırsaq təbii yolla və ya təmizləyici imalə vasitəsilə boşaldıqdan sonra  suppozitoriya kontur qablaşmadan çıxarılmalı və düz bağırsağa yeridilməlidir. Preparatın dozası  yaşdan və bədən çəkisindən asılı olaraq, aşağıdakı cədvələ müvafiq hesablanır.  Uşaqlar üçün birdəfəlik doza bədən çəkisinə 10-15 mq/kq təşkil edir; dozalar arasında interval 6 saatdan az olmamalıdır. Parasetamolun maksimal sutkalıq dozası (o cümlədən, digər parasetamol tərkibli preparatlarla birlikdə) uşağın bədən çəkisinə 60 mq/kq-ı aşmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06170

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce