Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Sefekon D 250 mq N10 rektal şam

Məhsul Kodu : 111-06171
İstehsalçı ölkə: Rusiya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SEFEKON® D, rektal suppozitoriyalar (uşaqlar üçün)

Sefekon tərkibi

  Təsiredici maddə:   1 suppozitoriyanın tərkibində 50 mq, 100 mq və ya 250 mq parasetamol vardır.  Köməkçi maddələr: bərk yağ (Vitepsol (H 15, W 35 markalı), Supposir (NA 15, NAS 50 markalı)).   

İstifadəsinə göstərişlər:

  3 aylıqdan 12 yaşa qədər uşaqlarda aşağıdakı qisimdə istifadə edilir: - bədən temperaturunun yüksəlməsilə müşayiət edilən kəskin respirator xəstəliklər, qrip, uşaq infeksiyaları, postvaksinal reaksiyalar və digər hallarda qızdırmasalıcı vasitə kimi; - zəif və mülayim intensivlikli ağrı sindromu zamanı ağrıkəsici vasitə kimi, o cümlədən: baş və diş ağrısı, əzələ ağrısı, nevralgiya, travma və yanıq zamanı ağrı.  1-3 aylıq uşaqlarda vaksinasiyadan sonra temperaturu salmaq üçün preparatın birdəfəlik istifadəsi mümkündür, preparatın bütün göstərişləri üzrə istifadəsi, yalnız həkim təyinatı ilə mümkündür.  Ehtiyac olduqda, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Əks göstərişlər:

   Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 1 aylığa qədər yenidoğulmuşlar; qaraciyər funksiyasının ağır pozuntusu (Çayld-Pyu şkalası üzrə 9 və daha artıq); düz bağırsağın iltihabı, düz bağırsaqdan qanaxma; qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Təcrübə göstərir ki, parasetamol terapevtik dozalarda daxilə qəbul edildikdə, hamiləliyin gedişinə, dölün və yenidoğulmuşun sağlamlığına mənfi təsir göstərmir. Hamiləlik müddətində doza həddinin  aşılması anadangəlmə qüsurların inkişafetmə riskini artırmır. Reproduktiv toksiklik tədqiqatlarında parasetamolun daxilə qəbulu zamanı teratogen və fetotoksik potensialını aşkarlamamışdır. Fayda və risk nisbətini ciddi qiymətləndirdikdən sonra parasetamolu bütün hamiləlik müddətində istifadə  etmək olar. Hamiləlik dövründə parasetamolu uzun müddət, yüksək dozada və ya digər dərman  vasitələrilə birlikdə istifadə etmək olmaz, belə ki, bu vəziyyətdə preparatın təhlükəsizliyi müəyyən  edilməmişdir. Parasetamol hamiləlik dövründə istifadə oluna bilər, lakin bu zaman pasiyentə  minimal dozanın və maksimal qısa müddətli kursun təyin edilməsi məqsədəuyğundur. Parasetamol az miqdarda ana südünə nüfuz edir və terapevtik dozada ana südü ilə qidalanan yenidoğulmuşlara/uşaqlara təsiri gözlənilmir. Siklooksigenaza/prostoqlandinlər sintezini inhibə edən dərman vasitələri, o cümlədən, parasetamol ovulyasiyaya təsir edərək qadın fertilliyini aşağı salmaları barədə məhdud məlumatlar vardır ki, bu da müalicə dayandıqdan sonra geridönəndir. Ehtimal edilir ki, parasetamol prostaqlandinlərin  sintezini inhibə edir, bu fertilliyi potensial olaraq azalda bilər, lakin bu nümayiş edilməmişdir.

Sefekon D istifadə qaydası, dozası

  Rektal istifadə edilir. Bağırsaq təbii yolla və ya təmizləyici imalə vasitəsilə boşaldıqdan sonra  suppozitoriya kontur qablaşmadan çıxarılmalı və düz bağırsağa yeridilməlidir. Preparatın dozası  yaşdan və bədən çəkisindən asılı olaraq, aşağıdakı cədvələ müvafiq hesablanır.  Uşaqlar üçün birdəfəlik doza bədən çəkisinə 10-15 mq/kq  təşkil edir; dozalar arasında interval 6 saatdan az olmamalıdır. Parasetamolun maksimal sutkalıq dozası (o cümlədən, digər parasetamol tərkibli preparatlarla birlikdə) uşağın bədən çəkisinə 60 mq/kq-ı aşmamalıdır. Müalicə kursunun müddəti: 3 gün qızdırmasalıcı və 5 günə qədər analgeziyaedici dərman vasitəsi  kimi. Ehtiyac olduqda, kursun uzanılması həkim məsləhətindən sonra mümkündür. Böyrək funksiyası pozulmuş pasiyentlər Böyrək funksiyası pozulmuş pasiyentlərdə preparatın qəbulu arasında interval, kreatininin klirensi  10 ml/dəqiqədən aşağı olduqda, 8 saatdan, kreatininin klirensi 10 ml/dəqiqədən artıq olduqda isə 6 saatdan az olmamalıdır. Qaraciyər funksiyası pozulmuş pasiyentlər Qaraciyərin xroniki xəstəliklərindən, o cümlədən, kompensəolunmuş, xüsusən hepatosellülar çatışmazlıq, xroniki alkoqolizm, xroniki qida çatışmazlığı olan (qaraciyərdə kifayət qədər qlütation ehtiyatı olmayan) pasiyentlərdə və ya susuzlaşma zamanı parasetamolun sutkalıq dozası 3 q/sutkadan artıq olmamalıdır.  Müalicədən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya yeni simptomlar təzahür etdikdə, həkimə müraciət etmək vacibdir.  Preparatdan təlimatda göstərilən dozalarda və istifadə qaydalarında olduğu kimi istifadə etmək  lazımdır. Ehtiyac olduqda, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Müalicə başlayandan 2-3 gün sonra pasiyentin vəziyyəti pisləşdikdə və ya yaxşılaşmadıqda, o, həkimə müraciət etməlidir.

Prepared by  T-Soft E-Commerce.