Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 125 mq sefdinir vardır.
Sefinir 125 mq/5 ml oral suspenziya aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilə bilər: Kəskin bakterial orta otit, Haemophilus influenzae mənşəli (beta -laktamaza ifraz edən ştamlar daxildir), Streptococcus pneumoniae (yalnız penisillinə -həssas ştamlar), Moraxella catarrhalis (betalaktamaza ifraz edən ştamlar daxildir). Kəskin əng sinusiti (haymorit), Haemophilus influenzae mənşəli (beta -laktamaza ifraz edən ştamlar daxildir), Streptococcus pneumoniae (yalnız penisillinə -həssas ştamlar), Moraxella catarrhalis (betalaktamaza ifraz edən ştamlar daxildir). Faringit, tonzillit, Streptococcus pyogenes mənşəli Fəsadlaşmamış dəri və yumşaq toxumalarının infeksiyaları, Staphylococcus aureu s (beta -laktamaza ifraz edən ştamlar daxildir) və Streptococcus pyogenes mənşəli.
Sefdinirə, sefalosporin qrupu ndan olan digər antibiotiklərə və ya dərman vasitəsinin tərkibinə daxil olan hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq.
Sefdinir mütləq göstəriş olmadıqda hamiləlik dövründə istifadə edilməməlidir. Digər dərmanlarda olduğu kimi, hamiləlik zamanı istifadəsi gözlənilən faydası dölə yetirilə bilən zərərdən yüksək olduqda və yalnız həkiminizin tövsiyə etdiyi hallarda istifadə edilməlidir. Müalicə əsnasında hamilə olduğunuz aşkar edildikdə bu haqda dərhal həkiminizə məlumat verməyiniz məsləhət görülür! Laktasiya dövrü Sefdinirin ana südünə nüfuz etməsi sübuta yetirilməmişdir.
Eyni zamanda əmizdirilən u şaq üçün riskin ehtimalını nəzərə alaraq fayda-zərər nisbəti qiymətləndirilməlidir.
Sefdinirin nəqliyyat vasitəsi və ya dəqiqlik tələb edən mexanizmlərin idarə etmə qabiliyyətinə hər hansı bir təsiri haqqında heç bir məlumat yoxdur.
HƏKİM MƏSLƏHƏTİ OLMADAN İSTİFADƏ ETMƏK OLMAZ. Sefinirin 6 ay - 12 yaşlı uşaqlarda istifadəsi aşağıdakı cədvəldə qeyd olunub. Bütün infeksiyalarda ümumi günlük doza 14 mq/kq, maksimal günlük doza isə 600 mq təşkil edir. Sefinirin gündə 1 dəfə 10 gün ərzində istifadəsi gündə 2 dəfə istifadəsi kimi effektivdir.
Sef inirin qəbulu qida qəbulundan asılı deyil. 6 ay-12 yaşlı pediatrik xəstələrdə Sefinirin dozalanma rejimi İnfeksiya Dozalanma Müddət Kəskin bakterial orta otit 7 mq/kq hər 12 saatdan bir və ya 14 mq/kq birdəfəlik günlük doza 5-10 gün 10 gün Kəskin əng sinusiti (haymorit) 7 mq/kq hər 12 saatdan bir və ya 14 mq/kq birdəfəlik günlük doza 10 gün 10 gün Faringit/tonzillit 7 mq/kq hər 12 saatdan bir və ya 14 mq/kq birdəfəlik günlük doza 5-10 gün 10 gün Fəsadlaşmamış dəri infeksiyaları 7 mq/kq hər 12 saatdan bir 10 gün Sefinir 125 mq/5 ml oral suspenziyanın pediatriyada dozalanması Çəki 125 mq/5 ml 9 kq 2,5 ml hər 12 saatdan bir və ya 5 ml birdəfəlik günlük doza 18 kq 5 ml hər 12 saatdan bir və ya 10 ml birdəfəlik günlük doza 27 kq 7,5 ml hər 12 saatdan bir və ya 15 ml birdəfəlik günlük doza 36 kq 10 ml hər 12 saatdan bir və ya 20 ml birdəfəlik günlük doza ≥43kq 12 ml hər 12 saatdan bir və ya 24 ml birdəfəlik günlük doza Çəkisi >43 olan pediatrik xəstələrdə günlük maksimal doza 600 mq-dır. Sefinir oral suspenziyanın hazırlanma qaydası Qaynadılmış, otaq temperaturuna qədər soyudulmuş suyu flakonun üzərində qeyd olunan ölçünün yarı həcminə qədər əlavə e din və alınan məhlulu yaxşı çalxalayın. Məhlulun homogen hala düşməsi üçün çalxalayandan sonra 5 dəqiqə gözləyin.
Sonra flakondakı ölçüyə qədər su əlavə edin və hazırlanmış məhlulu təkrar çalxalayın. Qarışdırıldıqdan sonra, hazır suspenziya 10 gün ərzində, otaq temperaturunda saxlanıla bilər. HƏR İSTİFADƏDƏN ƏVVƏL FLAKONU ÇALXALAYIN.