Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml oral suspenziyanın tərkibində 100 mq sefpodoksimə bərabər olan 130,447 mq sefpodoksim proksetil və 62,5 mq klavulan turşusuna bərabər olan 163,832 mq kalium klavulanat qarışığı var.
SEFNEO PLYUS bakteriyaların törətdiyi infeksiyaların müalicəsində istifadə olunur. SEFNEO PLYUS aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur: Yuxarı tənəffüs yollarının infeksiyaları: − Kəskin orta otit − Tonzillit, faringit − Kəskin sinusit. Aşağı tənəffüs yollarının infeksiyaları: − Pnevmoniya − Kəskin bronxit − Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) superinfeksiyası. Sidik-ifrazat sisteminin ağırlaşmamış infeksiyaları.
Dəri və yumşaq toxuma infeksiyaları. Ağırlaşmamış qonokokk mənşəli uretrit.
− Sefpodoksimə və ya digər sefalosporinlərə və klavulan turşusuna qarşı hiperhəssaslıq; − fenilketonuriya (tərkibində aspartam olduğu üçün).
Hamiləlik Preparatı istifadədən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Heyvanlar üzə rində aparılan tədqiqatlarda və k liniki təcrübədə hər hansı bir teratogen təsir müşahidə olunmamışdır. Hamilələrdə sefpodoksim/klavulan turşusunun mənfi təsirləri tam olaraq müəyyənləşməmişdir. Bu səbəblə hamiləlik zamanı SEFNEO PLYUS istifadəsi məsləhət deyildir.
Müalicə zamanı hamilə olduğunuzu aşkarlasanız, mütləq həkiminizlə məsləhətləşin. Laktasiya SEFNEO PLYUS-un tərkibindəki maddələr ana südünə keçir. Laktasiya dövründə SEFNEO PLYUS istifadə edilməməlidir.
SEFNEO PLYUS preparatı başgicəllənmə hissi yarada bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.
SEFNEO PLYUS aşağıda verilmiş göstərişlərə görə tövsiyə olunan dozalanma rejimi: Böyüklər Göstərişlər Gündəlik sefpodoksimin dozası Dozalanma Yuxarı tənəffüs yolu infeksiyaları Faringit/tonzillit 200 mq 5 ml suspenziya 12 saatdan bir Kəskin sinusit 400 mq 10 ml suspenziya12 saatdan bir Aşağı tənəffüs yolu infeksiyaları Kəskin bronxit* 200 mq 5 ml suspenziya 12 saatdan bir Bakterial pnevmoniya 400 mq 10 ml suspenziya 12 saatdan bir AXOX-un superinfeksiyası 400 mq 10 ml suspenziya 12 saatdan bir Sidik-ifrazat sisteminin infeksiyaları Aşağı sidik-ifrazat sisteminin ağırlaşmamış infeksiyaları 200 mq 5 ml suspenziya 12 saatdan bir Yuxarı sidik-ifrazat sisteminin ağırlaşmamış infeksiyaları 400 mq 10 ml suspenziya 12 saatdan bir Ağırlaşmamış qonokok infeksiyası 200 mq Tək doza 10 ml Dəri və yumşaq toxuma infeksiyaları 400 mq 10 ml suspenziya 12 saatdan bir *İnfeksiyanın ağırlığına görə ehtiyac olarsa doza 12 saatdan bir 200 mq (10 ml) qədər artırıla bilər. Uşaqlar − Sefpodoksimin gündəlik tövsiyyə edilən dozası 10 mq/kq-dır, − SEFNEO PLYUS suspenziyası səhər və axşam olmaqla, 12 saatdan bir 2 dəfə qəbul edilir. − Dozanın düzgün şəkildə qə bulu üçün qutudakı şpris -dozator istifadə olunmalıdır. Şpris-dozatorun üzərində həm uşağın bədən çəkisinə görə asanlıqla tənzimlənməsi üçün doza, həm də həkiminizin tövsiyyə etdiyi miqdarı almaq üçün ml cizgiləri vardır.
Kq cizgiləri uşağın çəkisisinə görə bir dəfəlik almalı olacağı dozanı göstərir, SEFNEO PLYUS suspenziyası gündə 2 dəfə istifadə edilir. − Çəkisi 20 kq-dan yuxarı uşaqlara 100/62,5 mq-lıq tabletlər istifadə edilə bilər (gündə 200/125 mq). − 6 aya qədər olan uşaqlara istifadə edilməməlidir. SEFNEO PLYUS ağızdan qəbul edilir.
Daha yaxşı sorulması üçün preparat yeməklə bərabər verilməlidir. Hazırlanma qaydası SEFNEO PLYUS 100 mq+62,5 mq/5 ml oral suspenziyanı hazırlamaq üçün quru tozdan istifadə edilir. Qutuda quru toz tərkibli 100 ml-lik şüşə və şpris-dozator mövcuddur. SEFNEO PLYUS suspenziyasını hazırlamaq üçün şüşənin üzərindəki xəttin yarısına qədər qaynanmış ilıq su əlavə edilməlidir və möhkəm çalxalanmalıdır.
Sonra suyu işarə xəttinə qədər əlavə edərək tamamilə həll olunana qədər çalxalamaq lazımdır. Həkimin təyin etdiyi doza qutudakı şpris-dozator vasitəsi ilə qəbul edilməlidir. Suspenziyanı hər istifadədən əvvəl çalxalamaq lazımdır. Əhalinin xüsusi qrupları haqqında əlavə məlumat: Böyrək çatışmazlığı: Kreatinin klirensi 40 ml/dəq/1,73 m2-dən çox olduqda doza dəyişikliyi tələb olunmur.
Kr eatinin klirensi 39-10 ml/dəq/1,73 m 2 olan xəstələrdə gündəlik doza azaldılmalı və 1 dəfə təyin edilməlidir. Kreatinin klirensi< 10 ml/dəq 73 m2 olan xəstələrdə gündəlik doza yarı dozaya endirilməli və 48 saatdan bir təyin edilməlidir. Hemodializ xəstəsi üçün gündəlik doz a adi dozanın yarısına qədər azaldılmalı və hər bir dializ müalicəsindən sonra 1 dəfə tətbiq edilməlidir. Qaraciyər çatışmazlığı: Qaraciyər funksiyasının pozulması zamanı dozanın korreksiyası tələb olunmur.
Yaşlılar: Yaşlı xəstələrdə onların böyrək funksiyası normal olduqda dozanın korreksiyasına ehtiyac yoxdur.