Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 1 q seftriaksona ekvivalent olan seftriakson dinarium vardır.
Seftriakson və ya sefalosporin qrupu antibiotiklərə qarşı yüksək həssaslıq.
Penisillinlərə qarşı yüksək həssaslığı olan pasiyentlərdə çarpaz allergik reaksiyanın baş verməsi nəzərə alınmalıdır.
Vaxtrında və vaxtından əvvəl doğulmuş hiperbilirubinemiyası olan körpələrdə seftriakson istifadə olunmur.
In vitro tədqiqatları göstərdi ki, seftriakson qan zərdabında bilirubin ilə albumin birləşməsindən bilirubini sıxışdırıb çıxara bilər ki, bu da xəstələrdə bilirubin ensefalopatiyası riskini artmasına səbəb olur.
Kalsium duzlarının çöküntüsü ehtimalı olduğuna görə, yenidoğulmuşlarda (≤ 28 gün) kalsium tərkibli venadaxili infuziyalar seftriakson ilə eyni vaxtda istifadə olunmamalıdır. Seftriakson kalsium tərkibli venadaxili məhlullar təyin olunmuş və ya bu məhlulların təyin olunması ehtimalı olan yenidoğulmuşlarda istifadə olunmamalıdır.
Həlledici kimi lidokain məhlulundan istifadə edildikdə, seftriaksonun əzələdaxili inyeksiyasından əvvəl xəstələrdə lidokainə qarşı həssaslığın və ya istifadəsinə hər hansı bir əks-göstərişlərin olub-olmaması istisna edilməlidir.
Tərkibində lidokain olan seftriakson məhlulları vena daxilinə yeridilməməlidir.
Hamiləlik kateqoriyası – B.
Seftriaksonun hamiləlik dövründə istifadəsinə dair klinik məlumatlar məhduddur.
Bununla belə seftriakson hormonal kontraseptiv vasitələrin effektivliyinə mənfi təsir göstərə bilər. Bu səbəbdən müalicə müddətində və müalicə qurtardıqdan sonra 1 ay müddətində əlavə kontraseptiv (qeyri-hormonal) vasitələrdən istifadə edilməsi məsləhət görülür.
Seftriakson plasentar baryeri aşır. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatlarda embriotoksik, fetotoksik; teratogen təsir, dişi və ya erkəklərdə fertilliyə, doğuşa, perinatal və postnatal inkişafa əlavə təsirləri aşkar edilməmişdir. Primatlarda (ali məməlilərdə) heç bir embrıotoksik yə ya teratogen təsir aşkar edilməmişdir. İnsanlarda hamiləlik dövründə təhlükəsizliyi öyrənilmədiyindən hamiləlik zamanı seftriaksonun istifadəsi yalnız o hallarda mümkündür ki, onun ana üçün ehtimal edilən faydası döl üçün potensial riskindən üstün olsun.
Laktasiya
Laktasiya dövründə istifadəsi zamanı seftriakson az miqdarda ana südünə nüfuz etməsi nəzərə alınmalıdır.
Həkim tərəfindən fərqli şəkildə təyin edilmədikdə
Standart dozalanma rejimi
Böyüklərə və 12 yaşından yuxarı uşaqlara
Adətən təyin olunan doza gündə bir dəfə 1-2 q təşkil edir (24 saatdan bir).
Ağır iltihabi proseslərdə və ya seftriaksona zəif həssas olan infeksiyalar zamanı sutkalıq dozanı 4,0 q-dək artırmaq olar.
Müalicənin müddəti
Müalicənin müddəti xəstəliyin ağırlığından asılıdır. Ümumiyyətlə antibiotiklərlə müalicədə olduğu kimi, seftriaksonun istifadəsini də temperaturun normallaşması və törədicinin eradikasiyasından sonra minimum 48-72 saat ərzində davam etmək lazımdır. Kombinasiya olunmuş müalicə
Seftriaksonu və aminoqlikozidləri eyni zamanda istifadə etdikdə çoxsaylı qrammənfi mikroorqanizmlərə qarşı sinergizmə dair məlumatlar mövcuddur. Baxmayaraq ki, bu kombinasiyaların yüksək effektivliyini hər zaman qabaqcadan bilmək mümkün olmur, ağır infeksiyalarda, Pseudomonas aeruginosa törədilmiş həyat üçün təhlükəli infeksiyalarda bunu nəzərə almaq lazımdır. Seftriaksonun və aminoqlikozidlərin
fiziki uyuşmazlığına görə onları tövsiyə edilən dozalarda ayrı-ayrı yeritmək lazımdır.
Meningit
Bakterial meningit zamanı südəmər körpələrdə və kiçik yaşlı uşaqlarda müalicəni gündə 1 dəfə 100 mq/kq dozadan (sutkada 4 q-dan çox olmadan) başlayırlar. Törədici və onun həssaslığı müəyyən edildikdən sonra dozanı uyğun olaraq azaltmaq olar.
Ən yaxşı nəticələr meninqokokk meningiti zamanı müalicə 4 gün, Haemophilus influenzae törədici olduqda-6 gün, Streptococcus pneumoniae törədici olduqda 7 gün davam etdikdə əldə olunmuşdur.
Laym xəstəliyi
Böyüklərə və uşaqlara sutkada 1 dəfə 50 mq/kq (ən yüksək sutkalıq doza-2 q) olmaqla 14 gün ərzində.
Qonoreya – (penisillinaza sintez edən və penisillinaza sintez etməyən ştammları).
Müalicə üçün 250 mq seftriakson birdəfəlik əzələdaxili yeridilməsi tövsiyə edilir.
Cərrahiyədə infeksiyaların profilaktikası.
Əməliyyatdan sonrakı infeksiyaların profilaktikası üçün kontaminizə olunmuş və ya potensial kontaminizə olunmuş cərrahi müdaxilələrdə əməliyyat başlamazdan 30-90 dəqiqə əvvəl yoluxmanın təhlükə dərəcəsinsdən asılı olaraq 1-2 q seftriakson birdəfəlik yeridilir. Yoğun və düz bağırsaq üzərində əməliyyat zamanı 5-nitroimidazollardan bir preparatın (məsələn, ornidazol) eyni zamanda yeridilməsi (lakin ayrılıqda) tövsiyə edilir.
İstifadə qaydası
SEFPORİN məhlul həll olunduqdan dərhal sonra istifadə edilməlidir.
SEFPORİN əzələdaxili inyeksiya şəklində istifadə olunr.
SEFPORİN əzələdaxili inyeksiyası böyük əzələ kütləsinə nisbətən dərinə yeridilir və bir yerə 1 q-dan artıq preparat yeridilməməldir.
Həlledici qismində lidokain istifadə edildikdə, hazırlanmış məhlul venadaxili yeridilməməlidir.
Qaraciyər və böyrək funksiyaları pozulmuş xəstələr
Yalnız böyrək funksiyaları pozulmuş, qaraciyər xəstəliyi olmayan pasiyentlərdə, seftriaksonun dozasının aşağı salınması tələb olunmur.
Yalnız preterminal böyrək çatışmazlığı zamanı (kreatinin klirensi <10 ml/dəq) seftriaksonun dozası gündə 2 q-dan artıq olmamalıdır.
Ağır dərəcəli qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə seftriaksonun qanda konsentrasiyasının monitorinqi aparılmalı və lazım gəldikdə doza korreksiya olunmalıdır. Dializdə olan xəstələrdə prosedurdan sonra əlavə olaraq preparatın yeridilməsi tələb olunmur. Seftriakson peritoneal dializ və ya hemodializ yolu ilə xaric olunmur. Preparatın təhlükəsizliyinin və effektivliyinin hərtərəfli klinik
monitorinqi tövsiyə olunur.
Yenidoğulmuş körpələr və 12 yaşa qədər uşaqlar
Preparat yenidoğulmuş körpələr və 12 yaşa qədər uşaqlar üçün gün ərzində bir dəfə aşağıdakı dozalanma rejiminə uyğun təyin edilir:
Yenidoğulmuşlar (14 günə qədər):
gündə bir dəfə 20-50 mq/kq bədən çəkisinə uyğun istifadə edilir; gündəlik doza 50 mq/kq-dan yüksək olmamalıdır.
Vaxtında və vaxtından əvvəl doğulmuş körpələrə üçün fərqli dozalanma sxemi tələb edilmir. Yenidoğulmuşlarda (≤ 28 gün) kalsium tərkibli venadaxili infuziyalar seftriakson ilə eyni vaxtda istifadə olunmur. Seftriakson kalsium tərkibli venadaxili məhlullar təyin olunmuş və ya bu məhlulların təyin olunması ehtimalı olan yenidoğulmuşlarda istifadə olunmamalıdır.
Yenidoğulmuş körpələr və uşaqlar (15 gündən 12 yaşınadək): gün ərzində 1 dəfə 20-80 mq/kq bədən çəkisinə uyğun təyin edilir;
Bədən çəkisi 50 kq-dan yuxarı olan uşaqlara üçün dozalanma rejimi böyüklər üçün olan dozalanma rejiminə uyğundur.
Kəskin orta otitin başlanğıc müalicəsi üçün preparatının 50 mq/kq uyğun (1q dan yüksək olmamaqla) birdəfəlik əzələdaxili istifadə edilir.
Yenidoğulmuş körpələr və uşaqlar (15 günlükdən 12 yaşınadək): gün ərzində 1 dəfə 20-80 mq/kq bədən çəkisinə uyğun təyin edilir;
Bədən çəkisi 50 kq-dan yuxarı olan uşaqlara üçün dozalanma rejimi böyüklərin dozalanma rejiminə uyğun təyin edilir.
Kəskin orta otitin başlanğıc müalicəsi üçün preparatının 50 mq/kq (1q dan yüksək olmamaqla) birdəfəlik əzələdaxili istifadə edilir.
Geriatrik xəstələr
Geriatrik xəstələr üçün dozalanma rejimi böyüklər üçün olan dozalanma rejiminı uyğundur.