Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Seftriakson 1 qr N1 flakon

Məhsul Kodu : 111-02666
İstehsalçı ölkə: Hindistan
0,84 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SEFTRİAKSON, 1 q vena daxilinə və əzələ daxilinə yeritmək üçün məhlul hazırlamaq üçün toz

SEFTRİAKSON tərkibi

SEFTRİAKSON tərkibi, 1 flakonda 1 q seftriakson natrium (seftriakson hesabı ilə) vardır

Seftriakson, istifadəsinə göstərişlər

Seftriaksona qarşı həssas mikroorqanizmlərin törətdikləri bakterial infeksiyalar: qarın boşluğu orqanlarının infeksiyaları, tənəffüs yollarının xəstəlikləri (pnevmoniya, ağciyər absesi və s.), sümük, oynaq, dəri və yumşaq toxumaların infeksiyaları, urogenital infeksiyalar, meningit, endokardit, sepsis, infeksiyalaşmış yaralar və yanıqlar, yumşaq şankr, sifilis, Laym xəstəliyi, qarın yatalağı, salmonellyoz və daşıyıcılığı, əməliyyatdan sonrakı infeksiyaların profilaktikası, immuniteti zəif şəxslərdə infeksiyalar.

Əks göstərişlər

Hiperhəssaslıq (sefalosporinlərə, penisillinlərə, karbapenemlərə qarşı), yenidoğulmuşlarda (28 günə qədər) hiperbilirubinemiya, vaxtından əvvəl doğulmuş uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə yalnız fayda/risk nisbəti həkim tərəfindən qiymətləndirilərək istifadə edilməlidir. Laktasiya zamanı istifadə tələb olunarsa, ana südü ilə qidalanma dayandırılmalıdır.

İstifadə qaydası və dozası

Vena və əzələ daxilinə yeridilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: sutkada 1 dəfə 1–2 q və ya hər 12 saatdan bir 0,5–1 q. Yenidoğulmuşlara (2 həftəyə qədər): 20–50 mq/kq/sutka. 12 yaşa qədər uşaqlara: 20–80 mq/kq/sutka. Bədən çəkisi 50 kq-dan çox olan uşaqlar üçün böyüklər dozası tətbiq edilir. Qonoreya zamanı: 1 dəfə əzələdaxili 250 mq. Əməliyyatdan əvvəl profilaktika: 1–2 q bir dəfə. Bakterial meningit: 100 mq/kq, maksimum 4 q. Doza törədiciyə və xəstəliyin ağırlığına görə tənzimlənir. Hazırlanmış məhlullar təzə istifadə edilməlidir. Əzələdaxili üçün 1 q preparat 3,5 ml 1 %-li lidokaində, venadaxili inyeksiya üçün 1 q – 10 ml inyeksiya üçün suda həll edilməlidir. Venadaxili infuziya üçün 2 q preparat Ca²⁺ olmayan 40 ml məhlulda həll olunmalı və 30 dəqiqədə yeridilməlidir.

Prepared by  T-Soft E-Commerce.