Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 0,5 q və ya 1,0 q seftriakson (seftriakson natrium duzu şəklində) vardır. 1 flakonda 1,8 mmol (≈41,5 mq) (0,5 q) və ya 3,6 mmol (≈83 mq) (1,0 q) natrium vardır.
Seftriakson böyüklərdə və uşaqlarda, o cümlədən vaxtında doğulmuş yenidoğulmuşlarda aşağıda sadalanan infeksiyaların müalicəsi üçün istifadə olunur: ˗ bakterial meningit; ˗ xəstəxanadankənar və xəstəxanadaxili pnevmoniyalar; ˗ kəskin orta otit; ˗ qarın boşluğunun infeksiyaları; ˗ böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları; ˗ sümük və oynaq infeksiyaları; ˗ dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları; ˗ qonoreya; ˗ sifilis; ˗ bakterial endokardit. Preparat aşağıdakı hallarda istifadə edilə bilər: ˗ böyüklərdə ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin kəskinləşmələrinin müalicəsi zamanı; ˗ böyüklərdə və uşaqlarda, o cümlədən həyatlarının 15-ci günündən etibarən yenidoğulmuşlarda Laym borreliozun erkən (II) və gecikmiş (III) mərhələsinin müalicəsi zamanı; ˗ əməliyyatönü infeksiyaların profilaktikası üçün; ˗ bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi zamanı; ˗ yuxarıda sadalanan infeksiyalardan hər hansı biri ilə əlaqəli və ya əlaqəli olduğu ehtimal edilən bakteriemiyası olan pasiyentlərin müalicəsi zamanı; Seftriakson digər antibakterial maddələrlə birlikdə etioloji amillərin mümkün diapazonu onun təsir spektrinə uyğun gəlmədikdə təyin oluna bilər. Antibakterial preparatların lazımi qaydada istifadəsinə dair yerli rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
˗ Seftriaksona, digər sefalosporinlərə qarşı hiperhəssaslıq; ˗ anamnezdə hər hansı digər beta-laktam antibakterial maddələrə (penisillinlərə, monobaktamlara və karbapenemlərə) qarşı ağır hiperhəssaslıq (məsələn, anafilaktik reaksiya); Seftriaksonun istifadəsi, həmçinin, əks göstərişdir: ˗ yaşı 41 həftəyə qədər olan yarımçıq doğulmuş yenidoğulmuşlara (hestasion yaşı + xronoloji yaş); ˗ vaxtında doğulmuş yenidoğulmuşlara (yaşı 28 günlük olana qədər): a) hiperbilirubinemiyalı, sarılıq və ya hipoalbuminemiya və ya asidozlu olanlar (belə ki, bu vəziyyətlərdə bilirubin ilə birləşmə pozulur*); b) seftriakson-kalsium duzunun çökməsi riski olduğu üçün kalsiumun venadaxili istifadəsi və ya kalsium tərkibli infuziyanın aparılmasına ehtiyac olduqda (və ya ehtimal olunduqda); *İn vitro tədqiqatlar göstərmişdir ki, seftriakson qan zərdabında bilirubini albuminlə birləşmə yerindən sıxışdırıb çıxara bilər, bu isə belə pasiyentlərdə bilirubin ensefalopatiyasının potensial riskinə gətirib çıxarır.
Fertillik Reproduktiv tədqiqatlar preparatın kişi və qadın fertilliyinə heç bir arzuolunmayan təsirini göstərməmişdir. Hamiləlik Seftriakson plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda seftriaksonun teratogen və embriotoksik effekti aşkar edilməmişdir, lakin hamilə qadınlarda seftriaksonun istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Hamiləlik dövründə, xüsusilə ilk trimestrdə seftriaksonu, yalnız fayda riskdən üstün olduğu halda təyin etmək olar.
Laktasiya Seftriakson kiçik konsentrasiyada ana südünə nüfuz edir, seftriaksonun terapeftik dozası zamanı südəmər körpəyə heç bir təsir gözlənilmir. Lakin yenidoğulmuşlarda diareya və selikli qişanın göbələk infeksiyası riski istisna edilmir. Eləcə də mümkün sensibilizasiyanı nəzərə almaq lazımdır. Südəmər körpəyə ana üdü ilə qidalanmanın faydasını və qadın üçün terapiyanın faydasını nəzərə alaraq, ya ana südü ilə qidalandırmanın dayandırılması və ya terapiyanın dayandırılması/çəkinilməsi barədə qərar vermək vacibdir.
Seftriaksonla müalicə dövründə nəqliyyat vasitəsini və müxanizmləri idarə etmək qabiliyyətinə təsir edən əlavə təsirlər (məsələn, başgicəllənmə) yarana bilər. Pasiyentlər nəqliyyat vasitələrini və digər mexanizmləri idarə edərkən ehtiyatlı olmalıdırlar.
Dozalanma rejimi Preparatın dozası, infeksiyanın ağırlığından, törədicinin həssaslığından, lokalizasiyasından və növündən, həmçinin hər bir pasiyentin yaşından, qaraciyər və böyrəklərinin funksional göstəricilərindən asılıdır. Aşağıda verilən cədvəllərdə tövsiyə olunan dozalar bu göstərişlər üçün adi tövsiyə olunan dozalardır. Xüsusi ağır hallarda tövsiyə olunan dozaların yuxarı həddinə aid dozaların təyin olunmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Böyüklər və 12 yaşdan böyük uşaqlar (≥ 50 kq) Doza* Yeridilmə tezliyi** İstifadəsinə göstərişlər 1-2 q Gündə 1 dəfə Xəstəxanadankənar pnevmoniya Ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin kəskin ağırlaşmaları Qarın boşluğunun infeksiyaları Böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən pielonefrit) 2 q Gündə 1 dəfə Xəstəxanadaxili pnevmoniya Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları Sümük və oynaq infeksiyaları 2-4 q Gündə 1 dəfə Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi Bakterial endokardit * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır.
**Gündə 2 q-dan artıq doza istifadə edildikdə, preparatın dozasını bölmək və hər 12 saatdan bir yeritmək olar. Böyüklərdə və 12 yaşdan böyük uşaq və yeniyetmələrdə (≥ 50 kq) xüsusi dozalanma rejimi tələb edən göstərişlər Kəskin orta otit Seftriakson, 1-2 q birdəfəlik dozada əzələdaxili yeridilə bilər. Məhdud məlumatlar göstərir ki, xəstəliyin ağır gedişi zamanı və ya əvvəlki müalicənin qeyri-effektiv olduğu zaman, seftriakson 3 gün müddətində gündə 1-2 q dozada əzələdaxili yeridilmə zamanı effektiv ola bilər. Əməliyyatönü infeksiyaların profilaktikası Əməliyyat öncəsi 2 q birdəfəlik doza yeridilə bilər.
Qonoreya 0,5 q birdəfəlik dozada əzələdaxili yeridilməsi tövsiyə olunur. Sifili Ümumi tövsiyə olunan doza gündə 1 dəfə 0,5-1 q təşkil edır, neyrosifilis zamanı 10-14 gün ərzində doza gündə 2 q-a qədər yüksəldilməlidir. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsinə dair tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır.
Disseminasiya olunmuş Laym-borrelioz (erkən (II mərhələ) və gecikmiş (III mərhələ)) 14-21 gün müddətində gündə 1 dəfə 2 q. Müalicə kursunun davametmə müddəti dəyişkəndir. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. Xüsusi pasiyentlər qrupları Yaşlı pasiyentlər Böyrək və qaraciyər funksiyası normal olan yaşlı pasiyentlərdə dozaya düzəliş olunmasına ehtiyac yoxdur.
Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Mövcüd olan məlumatlar böyrək funksiyası pozulmadıqda, yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac olmadığını göstərir. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə seftriaksonun istifadəsinə dair məlumat yoxdur. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Mövcüd olan məlumatlar böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə, qaraciyər funksiyası pozulmadığı təqdirdə seftriaksonun dozasını azaltmağa ehtiyac olmadığını göstərir. Yalnız preterminal böyrək çatışmazlığı hallarında (kreatinin klirensi < 10 ml/dəq) seftriaksonun gündəlik dozası 2 q-dan çox olmamalıdır.
Dializdə olan pasiyentlərdə, dializdən sonra əlavə olaraq seftriaksonun əlavə dozası tələb olunmur. Seftriakson, peritoneal hemodializlə xaric olunmur. Preparatın təhlükəsizliyi və effektivliyi üçün yaxın klinik monitorinq tövsiyə olunur. Ağır qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər Eyni vaxtda böyrək-qaraciyər çatışmazlığı olan pasiyentlərdə klinik effektivliyin və təhlükəsizliyin qiymətləndirilməsi məqsədilə yaxın klinik monitorinqin aparılması tövsiyə olunur.
Uşaqlar Yenidoğulmuşlar, 1 yaşa qədər uşaqlar və 15 günlükdən 12 yaşa qədər uşaqlar (< 50 kq) Bakterial meningit Doza* Yeridilmə tezliyi** Göstərişlər 50-80 mq/kq gündə 1 dəfə Qarın boşluğunun infeksiyaları Böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən pielonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya 50-100 mq/kq gündə 1 dəfə Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. ** Gündə 2 q-dan artıq doza istifadə edildikdə, preparatın dozasını bölmək və hər 12 saatdan bir yeritmək olar. Yenidoğulmuşlarda, 1 yaşa qədər uşaqlarda və 15 günlükdən 12 yaşa qədər uşaqlarda (< 50 kq) xüsusi dozalanma rejimi tələb edən göstərişlər Kəskin orta otit Kəskin orta otitin müalicəsinin başlanğıcında seftriakson 50 mq/kq birdəfəlik dozada əzələdaxili yeridilə bilər. Məhdud məlumatlar göstərir ki, xəstəliyin ağır gedişi zamanı və ya əvvəlki müalicənin qeyri-effektiv olduğu zaman, seftriakson 3 gün müddətində gündə bir dəfə 50 mq/kq dozada əzələdaxili yeridilmə zamanı effektiv ola bilər.
Əməliyyatönü infeksiyaların profilaktikası Əməliyyat öncəsi 50-80 mq/kq birdəfəlik doza yeridilir. Sifilis Ümumi tövsiyə olunan doza 10-14 gün ərzində gündə 1 dəfə 75-100 mq/kq-dır. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsinə dair tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır.
Disseminasiya olunmuş Laym-borrelioz (erkən (II mərhələ) və gecikmiş (III mərhələ)) 14-21 gün müddətində gündə 1 dəfə 50-80 mq/kq. Müalicə kursunun davametmə müddəti dəyişkəndir. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. 0-14 günlük yenidoğulmuşlar Seftriaksonun, yaşı 41 həftəyə (hestasion yaşı + xronoloji yaş) qədər olan vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda istifadəsi əks göstərişdir.
* Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. Maksimal tövsiyə olunan 50 mq/kq doza aşılmamalıdır. Xüsusi dozalanma rejimi tələb olunan 0-14 günlük yenidoğulmuşlarda göstərişlər Kəskin orta otit Kəskin orta otitin müalicəsinin başlanğıcında seftriakson, 50 mq/kq birdəfəlik dozada əzələdaxili yeridilə bilər. (maksimum 4 q) Sümük və oynaq infeksiyaları Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi 80-100 mq/kq (maksimum 4 q) gündə 1 dəfə Bakterial meningit 100 mq/kq (maksimum 4 q) gündə 1 dəfə Bakterial endokardit Doza* Yeridilmə tezliyi Göstərişlər 20-50 mq/kq gündə 1 dəfə Qarın boşluğunun infeksiyaları Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları Böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən piyelonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya Sümük və oynaq infeksiyaları Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi 50 mq/kq gündə 1 dəfə Bakterial meningit Bakterial endokardit Əməliyyatönü infeksiyaların profilaktikası Əməliyyatdan əvvəl 20-50 mq/kq birdəfəlik dozada yeridilə bilər.
Sifilis Ümumi tövsiyə olunan doza 10-14 gün ərzində gündə 1 dəfə 50 mq/kq-dır. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsi üzrə tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsinə dair yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. Müalicə müddəti Müalicə müddəti infeksiyanın ağırlığından asılıdır.
Antibiotik müalicəsinin ümumi prinsiplərinə əsasən, seftriaksonla müalicə qızdırma aradan qalxdıqdan və ya bakterial törədicinin eradikasiyasının təsdiq edilməsindən sonra 48-72 gün daha davam etdirilməlidir. Yeridilmə üsulu Seftriakson ən az 30 dəqiqə ərzində venadaxili infuziya (üstünlük verilən üsul) və ya 5 dəqiqə ərzində yavaş venadaxili inyeksiya yolu ilə yeridilə bilər. Fasiləli venadaxili inyeksiya yolu ilə 5 dəqiqədən artıq müddət ərzində venadaxili yeridilməni iri venalarda həyata keçirmək tövsiyə olunur. 1 yaşa qədər və 12 yaşa qədər uşaqlara bədən çəkisinə görə 50 mq/kq və daha böyük venadaxili dozaları infuziya şəklində yeritmək lazımdır.
Bilirubin ensefalopatiyasının potensial riskini aşağı salmaq üçün yenidoğulmuşlara seftriaksonun venadaxili məhlullarını 60 dəqiqədən az olmayan müddət ərzində yeritmək lazımdır. Əzələdaxili istifadə zamanı preparatı əzələnin iri massivinə dərinə yeritmək lazımdır, bədənin bir nahiyəsinə 1 q-dan artıq yeritmək olmaz. Əzələdaxili yeridilmə, venadaxili yeridilmə mümkün olmadıqda və ya pasiyent üçün daha az uyğun olduqda nəzərə alınmalıdır. Əzələdaxili inyeksiyalar zamanı, inyeksiyadan dərhal sonra, iynənin qan damarına daxil olmaması üçün şprisin porşeni geri çəkilməlidir (qan görünməməlidir).
Təzə hazırlanmış məhlullardan istifadə etmək tövsiyə olunur. Yenidoğulmuşlarda seftriakson-kalsium çöküntüsünün əmələ gəlmə riski səbəbindən, kalsium preparatlarının və ya kalsium tərkibli infuziyalarla müalicə tələb olunduqda, seftriaksonun istifadəsi əks göstərişdir. Çöküntü əmələ gəlməsi riski ilə əlaqədar olaraq, seftriaksonu həll etmək üçün kalsium tərkibli preparatlardan (Ringer məhlulu, Hartman məhlulu) istifadə edilməməlidir. Seftriakson-kalsium çöküntüsü, həmçinin seftriaksonun kalsium tərkibli məhlullarla bir infuziya xəttində qarışdırılması zamanı əmələ gələ bilər.
Bu səbəbdən də, seftriakson və kalsium tərkibli məhlullar qarışdırılmamalı və eyni vaxtda istifadə edilməməlidir. Əməliyyatönü infeksiyaların profilaktikası məqsədilə seftriaksonu əməliyyatdan 30-90 dəqiqə əvvəl yeritmək lazımdır. Venadaxili və əzələdaxili yeridilmə üçün məhlulların hazırlanmasına dair təlimatlar üçün aşağıda baxın.