Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 1 q seftriakson natrium (seftriakson hesabı ilə) vardır.
Seftriaksona qarşı həssas mikroorqanizmlərin törətdikləri bakterial infeksiyalar: - qarın boşluğu orqanlarının infeksiyaları (peritonit, mədə-bağırsaq traktının, ödçıxarıcı yolların iltihabi xəstəlikləri, o cümlədən, xolangit, öd kisəsinin empieması); - yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri (o cümlədən, pnevmoniya, ağciyərlərin abssesi, plevranın empieması); - sümük, oynaq, dəri və yumşaq toxumaların infeksiyaları; - urogenital nahiyənin infeksiyaları (o cümlədən, qonoreya, pielonefrit); - bakterial meningit və endokardit, sepsis; - infeksiyalaşmış yaralar və yanıqlar; - yumşaq şankr və sifilis; - Laym xəstəliyi (borrelioz); - qarın yatalağı; - salmonellyoz və salmonellyoz daşıyıcılığı; - əməliyyatdan sonrakı infeksiyaların profilaktikası; - immuniteti zəifləmiş şəxslərdə infeksion xəstəliklər.
Hiperhəssaslıq (o cümlədən, digər sefalosporinlərə, penisillinlərə, karbapenemlərə qarşı). Yenidoğulmuşlarda (28 günə qədər) hiperbilirubinemiya, vaxtından əvvəl doğulmuş uşaqlar.
Hamiləlik dövründə seftriaksonu, yalnız preparatın ana üçün ehtimal edilən faydası, döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə etmək olar. Laktasiya dövründə preparatın istifadəsi tələb olunduqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Vena daxilinə və əzələ daxilinə yeritmək üçün istifadə olunur. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – sutkada 1 dəfə 1-2 q və ya hər 12 saatdan bir 0,5-1 q, sutkalıq doza 4 q-dan artıq olmamalıdır. Yenidoğulmuşlara (2 həftəyə qədər) – 20-50 mq/kq/sutkada. Südəmər körpələrə və 12 yaşa qədər uşaqlara – sutkalıq doza 20-80 mq/kq-dır.
Bədən kütləsi 50 kq və daha artıq olan uşaqlara böyüklər üçün olan dozalardan istifadə etmək lazımdır. Bədən kütləsinin hər kq-na 50 mq-dan artıq dozanı, 30 dəqiqə müddətində v/d (venadaxili) infuziya şəklində təyin etmək lazımdır. Müalicə kursunun müddəti xəstəliyin xüsusiyyətindən və ağırlıq dərəcəsindən asılıdır. Qonoreya zamanı – ə/d (əzələ daxilinə), bir dəfə 250 mq.
Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası üçün – əməliyyata başlamazdan 30-90 dəqiqə əvvəl, bir dəfə 1-2 q (yoluxma təhlükəsinin dərəcəsindənj asılı olaraq). Yoğun və düz bağırsaqda aparılan əməliyyatlar zamanı əlavə olaraq, 5-nitroimidazol qrupundan olan preparatların yeridilməsi tövsiyə olunur. Südəmər körpələrdə və kiçik yaşlı uşaqlarda bakterial meningit zamanı – sutkada 1 dəfə 100 mq/kq-a (4 q-dan artıq olmamaq şərti ilə). Müalicəni davametmə müddəti törədicidən asılıdır və Neisseria meningitides üçün 4 gündən başlayaraq, Enterobacteriaceae mikroorqanizmlərinin həssas ştammları üçün 10-14 günə qədər təşkil edə bilər.
Dərinin və yumşaq toxumaların infeksiyalarından əziyyət çəkən uşaqlar üçün sutkalıq doza sutkada 1 dəfə 50/75 mq/kq-a və ya hər 12 saatdan bir 25-37,5 mq/kq-a təşkil edir, lakin doza sutkada 2 q-dan artıq olmamalıdır. Digər lokalizasiyalı ağır dərəcəli infeksiyalar zamanı – 12 saatdan bir 25-37,5 mq/kq-a, sutkada 2 q-dan artıq olmamaq şərti ilə. Orta otitin müalicəsində – ə/d, bir dəfə, 50 mq/kq-a, 1 q-dan artıq olmamaq şərti ilə. Xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən pasiyentlərdə, yalnız kreatinin klirensi (KK) 10 ml/dəqiqədən aşağı olduqda dozanın korreksiyası tələb olunur.
Bu halda, sutkalıq doza 2 q-dan artıq olmamalıdır. Məhlulların hazırlanma və yeridilmə qaydaları Yalnız təzə hazırlanmış məhlullardan istifadə etmək lazımdır! Ə/d-nə yeritmək üçün 0,25 və ya 0,5 q preparatı 2 ml, 1 q preparatı isə 3,5 ml 1 %-li lidokain məhlulunda həll etmək lazımdır. Bir sağrı nahiyəsinə 1 q-dan artıq preparat yeritməmək tövsiyə olunur.
V/d inyeksiya üçün 0,25 və ya 0,5 q preparatı 5 ml, 1 q preparatı isə 10 ml inyeksiya üçün suda həll etmək lazımdır. Məhlulu v/d-nə tədricən (2-4 dəqiqə) yeritmək lazımdır. V/d infuziyalar üçün 2 q preparatı, tərkibində Ca2+ olmayan 40 ml məhlulda (0,9 %-li Na Cl məhlulu, 5-10 %-li dekstroza məhlulu, 5 %-li levuloza məhlulu) həll etmək lazımdır. Bədən kütləsinin hər kq-na 50 mq-dan artıq dozaları, v/d-nə damcı üsulu ilə, 30 dəqiqə müddətində yeritmək lazımdır.