Bitib
Stokda olanda mənə xəbər verin.Seknidoks tərkibi, 1 tabletin tərkibində 1,0 q seknidazol vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, maqnezium stearat, kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, povidon K30, natrium nişasta qlikolyat, talk. Örtük: Təsviri göy opadri II (polivinil spirti, makroqol, titan dioksid, talk, indiqokarmin alüminium lakı).
Kişilərdə və qadınlarda urogenital trixomoniaz; bağırsaq və qaraciyər amöbiazı; lyamblioz. Dərman vasitəsinin anaerob bakteriyalarla törədilən infeksiyalar zamanı istifadəsinin mümkünlüyü mikroorqanizmin həssaslığından asılıdır.
Preparatın istənilən komponentinə və ya imidazol törəmələrinə qarşı hiperhəssaslıq; hamiləliyin I trimestri; laktasiya dövrü; üzvi nevroloji pozuntular; qan sistemində baş verən patoloji pozuntular, o cümlədən, anamnezdə.
Dərman vasitəsini hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür.
Tabletlər daxilə qəbul edilir. Böyüklər: Urogenital trixomoniaz: 2 tablet gündə 1 dəfə və ya 12 saat interval ilə 2 qəbula (ümumi doza 2,0 q). Bağırsaq amöbiazı: - kəskin: 2 tablet gündə 1 dəfə və ya 12 saat interval ilə 2 qəbula (ümumi doza 2,0 q); - xroniki daşıma (ocaqlı və sist formaları): 1,5 tablet gündə 1 dəfə və ya bir neçə qəbula 3 gün ərzində (gündəlik doza 1,5 q). Qaraciyər amöbiazı: 5 gündən az olmayaraq 1,5 tablet (gündəlik doza 1,5 q) gündə 1 dəfə və ya bir neçə qəbula. Lyamblioz: 2 tablet gündə 1 dəfə və ya 12 saat interval ilə 2 qəbula (ümumi doza 2,0 q). Uşaqlar: Bu dərman forması çəkisi 20 kq-dan çox olan uşaqlarda istifadə üçün nəzərdə tutulub. Bənzər klinik vəziyyətlərdə olan uşaqlarda müalicə müddəti böyüklər üçün müalicə müddətinə uyğundur; seknidazolun dozaları fərdi tibbi meyarlardan asılı olaraq 25-30 mq/kq/gün arasında dəyişir. Böyrək və ya qaraciyər çatışmazlığı olan pasiyentlər: Orta və ya ağır böyrək çatışmazlığı olan pasiyentlərdə seknidazolun farmakokinetik parametrləri əhəmiyyətli dərəcədə dəyişmir, bu səbəbdən bir qayda olaraq, xüsusilə qısamüddətli müalicə zamanı Seknidoks preparatının dozasının tənzimlənməsi tələb olunmur. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə ümumi vəziyyət qiymətləndirilməli və zəruri olduqda preparatın gündəlik dozası azaldılmalıdır.