Sevimlilərə əlavə edin
Paylaşın

Sertofen 12, 5mg 60 g Gel

Məhsul Kodu : 111-19435
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

SERTOFEN, 1,25% gel

SERTOFEN tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 12,5 mq deksketoprofen (deksketoprofen trometamol şəklində) vardır.

İstifadəsinə göstərişlər

Oynaqlarda, vətərlərdə, bağlarda və əzələlərdə travmalar və ya degenerativ xəstəliklərin yaratdığı iltihab və ağrı.

Əks göstərişlər

- Astma və allergik rinit simptomları kimi, deksketoprofenə, ketoprofenə, fenofibrata, tiaprofen turşusuna, asetilsalisil turşusuna, digər QSİƏP və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər-hansı birinə qarşı məlum hiperhəssaslıq reaksiyaları; - anamnezdə fotohəssaslıq reaksiyaları; - deksketoprofenə, ketoprofenə, tiaprofen turşusuna, fenofibrata, UB-şua blokatorlarına, ətirlərə qarşı anamnezdə dərinin allergik reaksiyalarının olması; - bütün müalicə dövrü ərzində və preparat ilə müalicə kəsildikdən sonra iki həftə ərzində günəş şualarının təsiri, o cümlədən birbaşa və dolayı günəş şuaları, solaridə ultrabənövşəyi şualanma. Geli açıq yaralara, infeksiyalaşmış dəriyə, selikli qişalara, ekzemaya, civzələrə, cinsi orqanlar nahiyəsinə, gözlərə və ya gözətrafı nahiyəyə çəkmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda deksketoprofenin təhlükəsizliyi müəyyən olunmayıb. Sertofeni hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya Deksketoprofenin ana südünə keçməsi barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən, laktasiya dövründə onun istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sertofen gelin nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

SERTOFEN istifadə qaydası və dozası

Sertofen gel xaricə istifadə olunur. İstifadə olunan gelin miqdarı zədələnmiş sahədən asılıdır. Gel yüngül masajedici hərəkətlər ilə çəkilir ki, bu da onun dəriyə daha yaxşı hopmasına səbəb olur. Sertofen gelin gündə 2-3 dəfə istifadə olunması məsləhət görülür.

Gündəlik doza 7,5 q- dan çox olmamalıdır ki, bu da təxminən 14 sm gelə müvafiqdir. Fasiləsiz müalicənin davametmə müddəti 7 gündən artıq olmamalıdır. Uşaqlar Uşaqlar üçün istifadəsinə göstərişlər və dozalar müəyyən olunmayıb.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19435

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce