Sertonok N1 Amp
Bitib
Stokda olanda mənə xəbər verin.Sertonok, inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz, həlledici ilə dəst şəkildə
Sertonok tərkibi
Təsiredici maddə: 1 flakonda 10 mq hidroksokobalamin vardır.
Əks göstərişlər
preparatın komponentlərinə və ya digər QSİƏP-ə qarşı yüksək həssaslıq; aktiv fazada qastroduodenal xora; qastrointestinal qanaxma və ya perforasiya; ağır böyrək və qaraciyər çatışmazlığı; dekompensə olunmuş ürək çatışmazlığı; ağır formalı hipertoniya xəstəliyi; sistem mikoz; aktiv vərəm; osteoporoz ; İtsenko-Kuşinq sindromu; şəkərli diabet; hepatit A, B, hepatit nə A, nə B və digər virus infeksiyaları; vaksinasiya dövrü; hamiləlik və laktasiya dövrü; idiopatik trombositopenik purpurası olan xəstələrə əzələdaxili yeridilmə; podaqra; sistem koaqulyantlar ilə müalicə; uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik zamanı və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Pediatriyada istifadəsi
Preparatın uşaqlarda istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası
Preparat böyüklərdə əzələdaxilinə istifadə olunur. Flakonun içində olan liofilizəolunmuş tozu
ampulun içindəki həlledici vasitəsilə həll edirlər.
Gündə 1 və ya 2 dəfə bir neçə saat intervalla, əzələyə dərin inyeksiya olunur (hər sağrıya bir
inyeksiya).
Sertonok preparatı 2 gündən çox istifadə olunmur.
Hər bir pasiyentdə müalicə məsələləri nəzərə alınmaqla preparatı qısa müddət ərzində ən effektiv
dozalarda istifadə etmək lazımdır.