Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SIAFEN 20MG 120ML SUSP

Məhsul Kodu : 111-20289
İstehsalçı ölkə: Bolqaristan
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİAFEN, 100 mq/5 ml daxilə qəbul üçün suspenziya

SİAFEN tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 100 mq ibuprofen vardır.

İstifadəsinə göstərişlər

Siafen daxilə qəbul üçün suspenziya istifadə olunur: − immunizasiyadan sonrakı vəziyyət daxil olmaqla uşağınızın qızdırmasının tez və effektiv düşməsi üçün,; − zəif və mülayim ağrının tez və effektiv yüngülləşməsi üçün, məsələn boğazın iltihabı zamanı, süd dişləri çıxanda, diş ağrısı zamanı, qulaq ağriyarkən, baş ağrıyanda, yüngül xəsarət və çıxıqlar zamanı; − soyuqdəymə və qripin simptomlarını yüngülləşdirmək üçün.

Əks göstərişlər

Siafen qəbul etməyin − Əgər uşağınızda təsiredici maddə ibu profenə və ya bu dərman vasitəsi nin hər hansı digər komponentinə qarşı allergiya varsa; − əgər uşağınız keçmişdə asetilsalisil turşusunun (aspirin) və ya ağrının və yüksək temperaturun yüngülləşməsi məqsədi ilə istifadə olunan digər dərman vasitələrinin qəb ulundan sonra (QSİƏP), hava çatış mazlığından, astmadan, burun ax masından, məxmərəkdən, üzün, dilin, dodaqların və ya boğazın ödemindən, əziyyət çəkibsə; − əgər uşağınız xoradan, perforasiyadan və ya mədə -bağırsaq traktının qanaxmasından (iki və ya çox sübut edilmiş xora və ya qanaxma epizodu) əziyyət çəkir və ya çəkibsə; − əgər uşağınız da keçmişdə ağrının və yüksək hərarətin yüngülləşməsi məqsədi ilə dərman vasitələrinin (QSİƏP) qəbulundan sonra perforasiya və ya mədə-bağırsaq traktının qanaxması olubsa; − əgər uşağınız kəskin qaraciyər, böyrək və ya ürək çatışmazlığından əziyət çəkirsə; − təsdiqlənmiş hipokaliemiyada; − eşitmə qabiliyyətinin pozulmalarında; − hamiləliyin son üç ayında (böyüklərə aiddir).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Siafen daxilə qəbul üçün suspenziya uşaqların istifadəsi üçün nəzərdə tutulmuşdur, lakin lazım olsa, onu böyüklər də qəbul edə bilər. Hər hansı bir dərman vasitəsini istifadə etm əzdən əvvəl öz həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləlik Əgər Siafen daxilə qəbul üçün suspenziyanı qəbul edərkən hamilə qalsanız, həkiminizə bildirin. Hamiləliyin son 3 ayı ərzində bu dərman vasitəsini istifadə etməyin.

Həkiminizin başqa bir tövsiyəsi yoxdursa, hamiləliyin ilk 6 ayında onun istifadəsinin qarşısını alın. Laktasiya Ibuprofen və onun metabolitləri çox kiçik miqdarda ana südünə keçir. Siafeni tövsiyə olunan dozalarda, qısamüddətli qəbul etdikdə, ana südü ilə qidalandırmanın dayandırılması vacib deyil, çünki indiyədək körpə uşağa hər hansı bir ziyanın dəyməsi məlum olmayıb. Reproduktivlik Siafen daxilə qəbul üçün suspenziya, (QSİƏP) qrupundan olan dərman vasitələrinə məxsusdur, onlar barədədə tək-tük hallar məlumdur ki, yüksək dozada uzunmüddətli istifadə edən də, qadınların hamilə qalmaq qabiliyyəti müvəqqəti itir.

Bu təsir dərman vasitəsinin ləğvindən sonra bərpa olur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Siafen daxilə qəbul üçün suspenziya uşaqların istifadəsi üçün bir dərman formasıdır, ancaq lazım olduqda onu böyüklər də qəbul edə bilər. Bu dərman vasitəsinin qısamüddətli, tövsiyə olunan dozada qəbulu zamanı, nəqliyyat vasitəsinin idarə edilməsinə və avtomobillərlə işləməyə təsir etmir və ya çox cuzi təsir edir.

SİAFEN istifadə qaydası və dozası

Bu dərman vasitəsini həmişə təlimata uyğun və ya həkimim və ya əczaçının təyinatı üzrə qəbul etmək lazımdır. Pasiyentdə hər hansı şübhə olduqda, həkimə və ya əczaçıya müraciət etməlidir. Simptomların yüngülləşdirilməsi üçün ən qısa vaxt ərzində ən minimal effektiv dozadan istifadə etmək lazımdır. Pasiyentdə infeksiya olduqda, simptomlar (məsələn, yüksək temperatur və ağrı) davam etdikdə və ya ağırlaşdırda dərhal həkimlə məsləhətləşməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Ağrı, qızdırma və soyuqdəymə və qrip simptomları zamanı: Siafen daxilə qəbul üçün suspenziya nın gündəlik adi dozası bədən çəkisinin hər kq-na 20-30 mq (20-30 mq/kq) təşkil edir, aşagıda göstərildiyi kimi bir neçə qəbula bölünərək istifadə edilir: Uşağın yaşı Doza 24 saat üçün tezlik 3 aylıqdan 6 aylığadək körpələr (5 kq-dan artıq) 2,5 ml 3 dəfə 6 aylıqdan 12 aylığadək körpələr 2,5 ml 3 dəfədən 4 dəfəyədək 1 yaşdan 3 yaşa qədər uşaqlar 5 ml 3 dəfə 4 yaşdan 6 yaşa qədər uşaqlar 7,5 ml 3 dəfə 7 yaşdan 9 yaşa qədər uşaqlar 10 ml 3 dəfə 10 yaşdan 12 yaşa qədər uşaqlar 15 ml 3 dəfə Siafen təxminən hər 6 saatdan 8 saata qədər verilə bilər (və ya lazım olduqda, hər fərdi qəbul arasında minimum 4 saatlıq interval ilə). Tövsiyə olunan dozanı aşmayın. Həkim tərəfindən təyin edilmiş hallar istisna olmaqla, Siafen daxilə qəbul üçün suspenziya 3 ay lığadək və ya 5 kq -dan aşağı uşaqlara tövsiyə olunmur. İmmunizasiya ilə yaranan hərarət Adətən 2,5 ml təş kil edən bir doza Siafen kifayət edir.

Əgər lazım gələrsə, 24 saat ərzində 2,5 ml-dən 2 dozadan artıq olmamaqla, hər 6 saatdan bir, yeni doza qəbul etmək olar. Əgər hərarət enməzsə, üçüncü dozanı verməyin. Mütləq müalicə həkiminizlə məsləhətləşin. Müalicənin müddəti: Siafen daxilə qəbul üçün suspenziya yalnız qısamüddətli qəbul üçün tövsiyə olunur – 3 gündən çox olmamaq şərti ilə.

3-5 aylıq körpələr (bədən kütləsi 5 kq -dan artıq): Siafen daxilə qəbul üçün suspen ziyanın (üç doza) qəbuluna baxma yaraq, əgər 2 4 saat ərzində simptomlar pisləşərsə və ya onların yaxşılaşması müşahidə olunmazsa, kömək üçün həkimə müraciət etmək lazımdır. Körpə uşaqlar və 6 ay lıqdan böyük uşaqlar: bu dərman vasitəsini 3 gündən artıq qəbul etmək zərurəti olduqda və ya uşaqda əlamətl ər pisləşə rsə, məsləhət üçün həkimə müraciət etmək lazımdır. İstifadə üçün, ən mümkün qısa müddət ərzində ən aşağı effektiv dozadan istifadə etmək məsləhət görülür. İstidadə qaydası: Daxilə qəbul edilir.

Həssas mədəsi olan xəstələr üçün Siafen daxilə qəb ul üçün suspenziyanı yemək zamanı qəbul etmək tövsiyə olunur. İstifadə etməzdən əvvəl flakonu yaxşı çalxalamaq lazımdır Əgər Siz Siafenin qəbulunu unutmusınızsa Kompensasiya etmək üçün uşağınıza ikiqat doza verməyin və ya qəbul etməyin. Əgər bir dozanın qə bulunu unutmusunuzsa və ya uşağınıza verməmisinizsə, bunu xatırlayan kimi təcili qəbul edin və ya uşağınıza verin və bundan sonra növbəti dozanı yuxarıda göstərilən dozalanma intervalına uyğun qəbul edin və ya uşağınıza verin. Əgər dərman vasitəsinin qəbul u ilə əlaqədar hər hansı əlavə sualınız varsa, əczaçınıza müraciət edin.

Prepared by  T-Soft E-Commerce.