Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SIPRINOL 250MG N10 TB

Məhsul Kodu : 111-05830
Reseptlə satılır
İstehsalçı ölkə: Sloveniya
2,94 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİPRİNOL, örtüklü tabletlər

SİPRİNOL tərkibi

Təsiredici maddələr: 250 mq və 500 mq siprofloksasin müvafiq olaraq 291 mq və 582 mq siprofloksasin hidroxlorid monohidrat şəklində.

İstifadəsinə göstərişlər

Preparat siprofloksasinə qarşı həssas olan mikroorqanizmlərin səbəb olduğu bir sıra infeksiyaların müalicəsi üçün göstərişlidir. Terapiyaya başlamazdan əvvəl mikroorqanizmlərin siprofloksasinə qarşı rezistentliyi barədə mövcud məlumatlara diqqət yetirmək lazımdır. Antibiotiklərin düzgün istifadə edilməsi üzrə rəsmi rəhbərlikləri nəzərə almaq lazımdır. Böyüklər - Aşağı tənəffüs yollarında qrammənfi bakteriyaların səbəb olduğu infeksiyalar: - xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi; - xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi zamanı siprofloksasin yalnız bu infeksiyaların müalicəsi üçün tövsiyə olunan digər antibakterial vasitələrin istifadəsi qeyri - məqsədəuyğun olduqda istifadə edilməlidir; - mukovissidoz və bronxoektatik xəstəlik zamanı bronx-ağciyər xəstəlikləri; - pnevmoniya; - xroniki irinli orta otit; - xüsusilə qrammənfi bakteriyaların səbəb olduğu xroniki sinusitin kəskinləşməsi; - sidik yolu infeksiyaları; - ağırlaşmamış kəskin sistit; Ağırlaşmamış kəskin sistitdə siprofloksasin yalnız bu infeksiyaların müalicəsi üçün tövsiyə olunan digər antibakterial vasitələrdən istifadənin məqsədəuyğun olmadığı hallarda istifadə edilməlidir.

- Kəskin pielonefrit; - sidik yollarının ağırlaşmış infeksiyaları; - bakterial prostatit; - genital traktın infeksiyaları; - həssas Neisseria gonorrhoeae səbəb olduğu qonokoklu uretrit və servisit; - orxoepididimit, o cümlədən həssas Neisseria gonorrhoeae səbəb olduğu xəstəliklər; - kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, o cümlədən həssas Neisseria gonorrhoeae səbəb olduğu xəstəliklər. - mədə-bağırsaq traktı infeksiyaları (o cümlədən səyyah diareyası); - intraabdominal infeksiyalar; - qrammənfi bakteriyaların səbəb olduğu dəri və yumşaq toxuma infeksiyaları; - bədxassəli xarici otit; - sümük və oynaq infeksiyaları; - Neisseria meningitidis səbəb olduğu invaziv infeksiyaların profilaktikası - İnhalyasion qarayara (postkontakt profilaktika və xəstəliyin müalicəsi). Siprofloksasin bakterial infeksiyaya bağlı olduğu ehtimal edilən qızdırma ilə neytropenik xəstələrin müalicəsində istifadə edilə bilər. Uşaq və yeniyetmələr - Uşaqlarda Pseudomonas aeruginosa səbəb olduğu bronxial ağciyər xəstəlikləri olan kistik fibrozlu xəstələrdə; - ağırlaşmış sidik yolu infeksiyaları və kəskin pielonefrit; - inhalyasion qarayara (postkontakt profilaktika və xəstəliyin müalicəsi).

Siprofloksasin uşaq və yeniyetmələrdə ağır infeksiyaların müalicəsində istifadə oluna bilər. Müalicə yalnız uşaq və yeniyetmələrdə fibroz -kistoz və/və ya ağır infeksiyaların müalicəsində təcrübəyə malik mütəxəssis tərəfindən təyin edilə bilər.

Əks göstərişlər

- Flüorxinolonlara və ya dərman vasitəsinin köməkçi maddələrinə qarşı yüksək həssaslıq. - Siprofloksasin və tizanidinin eyni zamanda qəbulu.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mərkəzi sinir sisteminə mümkün təsiri səbəbindən siprofloksasin xəstənin reaksiya sürətinə təsir göstərə bilər, bunun nəticəsində də nəqliyyat vasitəsini idarəetmə və ya yüksək diqqət və psixomotor reaksiyaların sürətliliyini tələb edən digər fəaliyyət növləri ilə məşğul olma qabiliyyəti pozula bilər.

SİPRİNOL istifadə qaydası və dozası

Siprofloksasinin dozası xəstəliyin ağırlıq dərəcəsindən, infeksiya növündən, orqanizmin vəziyyətindən, xəstənin böyrək funksiyasından, uşaq və yeniyetmələrdə isə çəkidən də asılıdır. Müalicənin davamiyyət müddəti xəstəliyin ağırlıq dərəcəsindən, kilinik və bakterioloji nəticələrdən asılıdır. Bəzi mikroorqanizmlərin (məs., Pseudomonas aeruginosa, Acinetobacter və ya Staphylococci) səbəb olduğu infeksiyaların müalicəsi üçün siprofloksasinin daha yüksək dozaları, eləcə də digər antibakterial preparatlarla birgə istifadəsi tələb oluna bilər. Bəzi infeksiyaların (məs., çanaq orqanlarının iltihabi xəstəlikləri, intraabdominal infeksiyalar, neytropeniyadan əziyyət çəkən xəstələrdə infeksiyalar və ya sümük və oynaq infeksiyaları) müalicəsi zamanı digər antibakterial dərman vasitələri ilə yanaşı terapiya təyin edilə bilər.

Böyüklər İstifadəsinə göstərişlər Gündəlik doza, mq Müalicənin ümumi davamiyyət müddəti (siprofloksasinin parenteral formaları ilə başlanılmış terapiyalar nəzərə alınmaqla) Aşağı tənəffüs yollarının infeksiyaları gündə iki dəfə 500 mq - 750 mq 7 - 14 gün Yuxarı tənəffüs yollarının infeksiyaları Xroniki sinusitin kəskinləşməsi gündə iki dəfə 500 mq - 750 mq 7 - 14 gün Xroniki irinli orta otit gündə iki dəfə 500 mq - 750 mq 7 - 14 gün Bədxassəli xarici otit gündə iki dəfə 750 mq 28 gündən 3 ayadək Sidik yolları infeksiyaları Ağırlaşmamış kəskin sistit gündə iki dəfə 250 mq - 500 mq 3 gün Premenopauza dövründə qadınlara gündə bir dəfə 500 mq. Ağırlaşmış kəskin sistit, ağırlaşmamış pielonefrit gündə iki dəfə 500 mq 7 gün Ağırlaşmış pielonefrit gündə iki dəfə 500 mq - 750 mq Ən azı 10 gün, bəzi hallarda (məs., abses zamanı) müalicə müddəti 21 günədək artırıla bilər. Bakterial prostatit gündə iki dəfə 500 mq - 750 mq 2 - 4 həftə (kəskin) – 4 - 6 həftə (xroniki) Urogenital infeksiyalar Həssas Neisseria gonorrhoeae səbəb olduğu qonokoklu uretrit və servisit Birdəfəlik qəbul 500 mq 1 gün (birdəfəlik qəbul) Orxoepididimit, o cümlədən həssas Neisseria gonorrhoeae səbəb olduğu gündə iki dəfə 500 mq - 750 mq Ən azı 14 gün xəstəliklər MBT infeksiyaları və intraabdominal infeksiyalar 1 tip Shigella dysenteriae istisna olmaqla, patogenlərin, o cümlədən Shigella spp. səbəb olduğu diareya və ağır dərəcəli səyyah diareyasının empirik müalicəsi gündə iki dəfə 500 mq 1 gün 1 tip Shigella dysenteriae səbəb olduğu diareya gündə iki dəfə 500 mq 5 gün Vibrio cholera səbəb olduğu diareya gündə iki dəfə 500 mq 3 gün Qarın yatalağı gündə iki dəfə 500 mq 7 gün Qrammənfi mikroorqanizmlərin səbəb olduğu intraabdominal infeksiyalar gündə iki dəfə 500 mq - 750 mq 5 - 14 gün Qram-mənfi bakteriyalar səbəb olduğu dəri və yumşaq toxuma infeksiyaları gündə iki dəfə 500 mq - 750 mq 7 - 14 gün Sümük və oynaq infeksiyaları gündə iki dəfə 500 mq - 750 mq Maks.

3 ay Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropenik xəstələr. Siprofloksasin rəsmi rəhbərliklərə uyğun olaraq digər antibakterial dərman vasitələri ilə birgə təyin edilməlidir. gündə iki dəfə 500 mq - 750 mq Terapiya neytropeniyanın bütün dövrü ərzində aparılır Neisseria meningitidis səbəb olduğu invaziv infeksiyaların profilaktikası Birdəfəlik qəbul 500 mq 1 gün (birdəfəlik qəbul) Preparatı peroral qəbul edə bilən xəstələrdə inhalyasiyalı qarayaranın müalicəsi və postkontakt profilaktika. Müalicəyə ehtimal olunan və ya təsdiq edilmiş yoluxmadan dərhal sonra başlamaq lazımdır.

gündə iki dəfə 500 mq Bacilli anthracis-ə yoluxma təsdiq olunduğu andan 60 gün Uşaq və yeniyetmələr İstifadəsinə göstərişlər Gündəlik doza, mq Müalicənin ümumi davamiyyət müddəti (siprofloksasinin parenteral formaları ilə başlanılmış terapiyalar nəzərə alınmaqla) Mukovissidoz gündə iki dəfə bədən kütləsinin 20 mq/kq, maksimal doza bir qəbulda 750 mq təşkil edir 10 - 14 gün Ağırlaşmış sidik yolu infeksiyaları və kəskin pielonefrit gündə iki dəfə bədən kütləsinin 10 mq/kq - gündə iki dəfə bədən kütləsinin 20 mq/kq, maksimal doza bir qəbulda 750 mq təşkil edir 10 - 21 gün Preparatı peroral qəbul edə bilən xəstələrdə inhalyasiyalı qarayaranın müalicəsi və postkontakt profilaktika. Müalicəyə ehtimal olunan və ya təsdiq edilmiş yoluxmadan dərhal sonra başlamaq lazımdır gündə iki dəfə bədən kütləsinin 10 mq/kq - gündə iki dəfə bədən kütləsinin 15 mq/kq, maksimal doza bir qəbulda 500 mq təşkil edir Bacilli anthracis-ə yoluxma təsdiq olunduğu andan 60 gün Digər ağır infeksiyalar gündə iki dəfə bədən kütləsinin 20 mq/kq, maksimal doza bir qəbulda 750 mq təşkil edir İnfeksiya növünə uyğun olaraq Yaşlılar Yaşlı xəstələrə müalicə infeksiyanın ağırlıq dərəcəsinə və kreatinin klirensinə uyğun olaraq təyin edilməlidir. Böyrək və qaraciyər çatışmazlığı Böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün tövsiyə olunan başlanğıc və dəstəkləyici dozalar: Kreatinin klirensi [ml/dəq/1.73 m2] Zərdab kreatinini [µmol/l] Peroral doza [mq] >60 <124 Adi dozalanma rejimi 30–60 124–168 Hər 12 saatdan bir 250–500 mq <30 >169 Hər 24 saatdan bir 250–500 mq Hemodializdə olan xəstələr >169 Hər 24 saatdan bir 250–500 mq (dializdən sonra) Peritoneal dializdə olan xəstələr >169 Hər 24 saatdan bir 250–500 mq Qaraciyər funksiyası pozulmuş xəstələrdə doza korreksiyası tələb olunmur. Qaraciyər və ya böyrək funksiyası pozulmuş uşaqlarda istifadə xüsusiyyətləri öyrənilməmişdir.

İstifadə qaydası Tabletləri qida qəbulundan asılı olmayaraq, bütöv şəkildə, az miqdarda maye ilə udmaq lazımdır. Lakin preparat acqarına qəbul edildikdə, təsiredici maddənin sorulması daha sürətli olacaqdır. Siprinol süd məhsulları (süd, yoqurt) və ya minerallarla zəngin şirələr ilə birgə qəbul edilməməlidir. Ağır hallarda və xəstənin tablet qəbul edə bilməməsi zamanı (məs., enteral qidalanmada olan xəstələr) peroral qəbula keçid mümkün olanadək siproflaksasinin venadaxili yeridilməsi ilə müalicəyə başlamaq tövsiyə olunur.

Bir doza buraxılıbsa, o, istənilən vaxt qəbul edilməlidir, lakin növbəti planlaşdırılmış dozadan 6 saatdan gec olmayaraq. Növbəti dozaya 6 saatdan az vaxt qalırsa, buraxılmış doza qəbul edilməməli və müalicə təyin olunduğu kimi növbəti planlaşdırılmış doza ilə davam etdirilməlidir. Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.